Filter

Kondisionerlər 

Kondisionerlər, iç məkanı isti və soyuq şəraitlərə uyğun şəkildə tənzimləmək və ətraf məkanın havasını təmizlənməsini təmin etmək üçün istifadə olunan mənzil  avadanlıqlarıdır. Əsasən, bu cihazlar otaqda olan havanın temperaturunu aşağı  salıb (soyutma funksiyası) və ya qaldıraraq (isitme funksiyası) yaşayış mühitinin 

istənilən istilik və soğutma tələblərinə uyğun olaraq düzəldilməsini təmin edir.

Kondisionerlərin əsas funksiyaları aşağıdakılardır:

Soyutma funksiyası 

Məkanın istiliyik  temperaturunu aşağı salıb təmiz və rahat bir şəkildə yaşamaq üçün serin hava təmin edir. Soyutma prosesi, iç və ətraf havanın  mübadiləsi və buxar formasında olan nəmli havanın kondensasiyası ilə həyata keçirilir.

Isıtma funksiyası 

Soyutma rejimindən əlavə olaraq, kondisionerlər istilik  funksiyasını da yerinə yetirir. İç mekanın havasını qaldıraraq soyuq zamanlarda təmiz və isti hava təmin edir.

Nəmləndirilmə funksiyası 

Bəzi kondisioner modelləri hava nəmliyini artıraraq ətraf mühiti daha rahat və nəmləndirilmiş şəkildə etmək üçün nəm almaq üçün istifadə oluna bilər.

Havalandırma və təmiz hava təminatı 

Kondisionerlər daxili filtrlər vasitəsilə iç mekandakı havanı təmizləyib, toz və qoxu maddələrini təmizləyərək təmiz və təravətli bir mühit təmin edir.

Kabin kontrolu 

Kondisionerlər  uzaqdan idarəetmə xüsusiyyətlərinə malikdir və təlimata uyğun olaraq cihazlara nəzarət etmək imkanı verir.

Kondisionerlər, mənzil, ofis, mağaza və ya digər yaşayış və iş yerlərində rahat hava təmin etmək üçün yaygın şəkildə istifadə olunur. Tələb və sahəyə uyğun fərqli model və növləri mövcuddur, beləliklə, müştərilər özünə uyğun olanı seçə bilər və tələblərinə uyğun effektiv mühit təminatını əldə edə bilər.

Kondisioner yayda ehtiyacımız olan ən vacib məişət texnikasıdır. Nəinki yayda, hətta soyuq aylarda belə köməyimizə çatır. Bütün  elektronik mağazalar kondisioner satışı ilə məşğul olur. Fərqli markalarda istənilən ölçüdə cibinizə uyğun kondisoner seçə bilərsiniz.

Əlbəttə ki, tələbatın çox olması hazırda hər yay olduğu kimi indi də qiymətlərə təsir göstərir. Ancaq bu barədə bir qədər sonra.

Gəlin görək, hansı firmaların  kondisioner modelləri mövcuddur?

Borsch, Gorenje, Beko, HAİER, LG, Samsung, Mitsubishi, Panasonic, Gree, YOSHİRO, Midea firmalarına məxsus kondisionerlər mövcuddur. 

Öncədən qeyd edək ki, mağazalarda istənilən qiymətə həm nəğd, həm kreditlə 

kondisionerlər təklif olunur. Kondisioner qiymətləri isə kvadratmetrə və BTU səviyyəsinə görə dəyişir. 

BORSCH markasının kondisionerləri bir qədər bahalı hesab edilir. 20-30 kvadratmetr, 9000 BTU sahib kondisionerlər 1060 azn-ə təklif olunur.1200 BTU, 30-40 kvadratmetr kondisionerlər isə 1200, 1600, 2000 azn arasında dəyişir. 

Əlbəttə ki, burada fərqli modellər nəzərdə tutulur. Bazarda YOSHİRO firmasına məxsus 20-30 kvadratmetr, 9000 BTU kondisionerlər 800 azn-ə təklif olunduğu halda, Samsung eyni kvadratı  1000 azn-ə təklif edir. LG markasında isə eyni ölçü 1650 azn-ə satılır. 

Hazırda Soliton mağazasında endirimli qiymətlər kondisioner qiymətlərinə də təsirgöstərir.  Biz də endirimdə olan bəzi modellərin qiymətləri ilə bağlı araşdırma etdik. 

Endirimdə olan Beko BMW 240/241, 120/121 modeli nəğd alışa 2400 azn-ə deyil, 

2000 azn-ə əldə etmək mümkündür. Həmçinin, Beko BBFDO 760 azn, Samsung  kondisionerləri 1700 deyil, 1500 və 1200 azn qiymətinədir.  

Gördüyünüz kimi, hər brendə məxsus fərqli qiymətlər və ölçülər var.

Bəs gəlin görək kondisioner seçimində ən çox nəyə diqqət etməliyik?

Kondisioner alarkən işığın hansı tətəfdən düşməsi, kondisionerin harada 

quraşdırılacağı, onun BTU dəyəri, həcmi,  ən əsası otağın sahəsi və kondisionerin soyutma -isitmə qabiliyyəti, pəncərə sistemi, izolyasiya sistemi, tavanın hündürlüyü və.s nəzərə alınmalıdır. 

Kondisionerin soyutma-isitmə qabiliyyəti BTU olaraq qiymətləndirilir. 

BTU (British Thermal Unit) kondisionerlərin istilik və soyutma effektivliyini ölçmək üçün istifadə olunan bir ölçü terminidir. BTU, müəyyən bir vaxtda bir məkanın temperaturasını bir dərəcə artırmaq və ya azaltmaq üçün tələb olunan enerji miqdarını ölçür. Kondisionerlər adətən bir saatda əldə edilən BTU miqdarı ilə qiymətləndirilir.

Ölçülmüş BTU sayı, kondisionerin gücünü və performansını göstərir. 

Kondisionerlərin BTU dəyəri, onların məkanın ölçüsü və tələb olunan istilik və ya soğutma tələblərinə uyğun olaraq təyin edilir.

Məsələn, bir otağın uyğun temperaturaya çatdırılması üçün tələb olunan BTU miqdarı, otağın ölçüsünə və ətraf mühitin temperaturasına bağlıdır. Əgər daha böyük bir otağı tənzimləmək və optimal temperaturaya çatmaq üçün yüksəlir.

Kondisionerlər 9000 BTU-dan başlayır, 12000, 18000, 24000, 30000, 33000 BTU olaraq dəyişir. Böyük kondisionerlər, BTU  səviyyəsi  yüksək olan kondisionerlərdir. 

Hazırda 18000 BTU-ya malik 50-60 kvadratmetr MİDEA kondisioneri 1900 azn, BOSCH kondisioneri 2100 azn, eyni gücə malik Samsung kondisionerinin qiyməti 2250 azn, LG kondisioneri isə 2600 azn-ə təklif olunur.

Əgər siz BTU qabiliyyəti daha yüksək kondisioner axtarışındasınızsa, 2400 BTU kondisionerlər haqda da məlumat verək. Bunlar isə MİDEA markasında 1450 azn-ə, 50-60 kvadratmetr üçün Bosch  kondisioneri 2100 azn, LG markasına məxsus olanlar isə 2400, 2600 azn arasında dəyişir.

Həmçinin, seçimdə enerji qənaətini də unutmayın. Mitsubishi və VRF kondisionerlərinin enerji səmərəliliyi yüksəkdir. Enerji qənaəti aşağı olan kondisionerlər qiymət baxımından da daha ucuzdur. 

Bilməlisiniz ki, kondisionerlərin uzun müddət fasilə etməsi zərərlidir, arada bir işlədilməlidir. Həmçinin, kondisionerin daxili bloku ildə 2 dəfə mütəxəssis tərəfindən təmizlənməlidir. 

Kombilər 

Yayda sərinlik qədər qışda istilik də bir ehtiyacdır. Bu ehtiyacı isə kombilər 

qarşılayır. 

Kombilərin əsas üstünlüyü, onların tək bir cihazda hem istilik, hem də sıcak su təchizatı funksiyonlarını icra etməsidir. Bu, mənzil sahiblərinə yer mənafementində və quraşdırma prosesində çox vaxt və enerji qazandırır. Kombilər ayrıca enerji təsərrüfatlıdır, çünki su istilik sistemindən qaz sərf edərək suyu yalnız tələb olunduğu anda isitmək üçün istifadə edir. Bu da istilik sisteminin daha sərfəli  və çevik olmasını təmin edir.Əksər kombilər, mənzil və yaşayış sahələrində ən tərəfdaş və yayğın mənzil avadanlığı olaraq tətbiq edilir. Kombilər müxtəlif kapasitetlər və funksiyalara sahibolabildiyi üçün, istifadəçilər özünə uyğun olanı seçmək üçün bir çox seçimlərə malikdir. Ətraf mühitə və yaşayış sahəsindəki tələblərə uyğun bir kombi modeli seçməklə, verimli və təsirli bir ısıtma və su təchizat sistemindən faydalanmağınızı təmin edir.

Kombini seçəndə evin sahəsini, cihazın gücünü, qızdırıcı cihazlarının sayı və növünü nəzərə almaq vacibdir. Kombilər qüvvə və konturların sayına görə də fərqlənirlər. Onların gücü 12kVt-dan 35 kVt-dək qalxa bilər və müvafiq olaraq 50 kvadratmetrdən 350 kvadratmetrədək sahəni qızdırır və isti su verir.Hazırda satış bazarında 3 növ kombilər – bacalı, hermetik və kompressor-kondensatorlu kombilər yer alır. Bacalı kombilər – yanma əsasında lazım olan oksigeni alır və yanma sonunda lazımsız qazları, uyğun baca vasitəsilə xaric edir. 

Hermetik kombilər – yanma üçün istifadə olunan hava ventilyator vasitəsilə xarici 

mühitdən alınır və yanma sonrası ortaya çıxan tullantı qaz eyni sistemlə xaricə 

atılır. Bu halda otağın havasını dəyişməyə ehtiyac olmur. Çünki yanma üçün otağın havasından istifadə olunmur. 

Kompressor-kondensatorlu kombilər təbii qaz  yandırdığı zaman böyük miqdarda su buxarı əmələ gəlir. Bu növ kombilər əmələ  gəlmiş buxarın enerjisini hərəkət etdirir və enerji əldə edildikdən sonra kondensator buxarını kənara atır. Adi kombilərdə istifadə olunan istilik 80-90 faiz təşkil edirsə, kompressor-kondensatorlu kombilerdə bu 105-109 faiz olur.

Hazırda Rusiya, Türkiyə, Çin istehsalı kombilər bazarda daha çox təklif olunur.