Filter

Tülpan Kranı

Tülpan kranları necə seçilir?


Evimizdə hər gün istifade etdiyimiz  Tülpan əlüzyuyan kranı seçərkən nəyə diqqət etməliyik? Daimi  ləkəli olan tülpan kranlarından  bezdisiniz. Siz də kranı  dəyişməyə qərar verdiniz, lakin düzgün kranı necə seçəcəksiniz? Bu yazıda, sizə tülpan  kranı seçimləri haqqında yardım edəcək faydalı məlumatları ələ aldıq.

Tülpan kranı seçərkən bir çox meyarı nəzərə almaq lazımdır, çünki su kranlarının ölçüsünə, dizaynına, formasına, keyfiyyətinə, materialına və digər xüsusiyyətlərinə görə bir çox növü var. Bu kran modelləri arasında sizə ən uyğun olanını seçmək lazımdır. 

Tülpan kranlarının ölçüsü və forması

Tülpan kranın ölçüsünü seçərkən həm kranın, həm də əlüzyuyanın parametrlərini nəzərə almaq lazımdır. Kranın iki əsas parametrinə diqqət yetirmək vacibdir: hündürlük və uzunluq. Hündürlük kranın quraşdırıldığı səthdən kranın ucuna qədər olan və şaquli olaraq ölçülən, uzunluq isə kranın quraşdırıldığı səthdən kranın ucuna qədər olan və üfüqi olaraq ölçülən məsafədir. 

Hündürlüyə görə əlüzyuyan kranlarınə üç qrupa bölmək olar: hündür (25 sm-dən yuxarı), orta (15-25 sm arası) və alçaq (12-15 sm arası). Hündür kranlar dərin kasası olan masa üstü əlüzyuyanlar üçün uyğundur. Orta və alçaq kranlar isə orta və kiçik tülpanlar üçün əlverişlidir. Tülpanın nə qədər dərin olacağını hələ bilmirsinizsə, kran seçimini təxirə salmağı məsləhət görürük.

Kranın rahatlığı uzunluğundan aslıdır. Əgər kiçik tülpana uzun kran  quraşdırılıbsa yəni kranın ucu əlüzyuyanın kənarına yaxındırsa, ondan istifadə etmək əlverişsiz olacaq. Çünki belə bir tülpanda uzun kran suyun ətrafa sıçramasına səbəb olacaq. İdeal seçim qısa kran quraşdırmaqdır ki, krandan gələn su axının əlüzyuyanın drenaj klapanına və ya onun yanına tökülsün .

Bundan başqa, su kranı seçməzdən əvvəl, əlüzyuyanın parametrlərini də bilmək vacibdir. Dərin və geniş yoxsa dar və uzun? Yalnız bundan sonra kran modelinə qərar verə bilərsiniz. Məsələn, dərin və geniş tülpan üçün hündür və uzun kran, kiçik və dar bir əlüzyuyan üçün isə alçaq və qısa kran ideal olur. 

Tülpan kranlarının dizaynı

Tülpan kranlarının dizaynında ilk növbədə kranın əlüzyuyana uyğun olub-olmadığına diqqət yetirmək lazımdır. Məsələn, müasir yüksək texnologiyalı əlüzyuyanlar üçün tək qollu kranlar, klassik görünüşlü tülpanlar üçün iki qollu kranlar idealdır. 

Dairəvi perimetrli əlüzyuyanınız varsa, yumuşaq və hamar xətləri olan kran, bucaqlı formada əlüzyuyanlar üçün daha aydın xətləri olan kran seçmək lazımdır. Rəng ahəngini də unutmamaq lazımdır.

Kran dizaynında qeyd edilməli digər bir məqam da dönən kranstatik kran modelləridir. Əlüzyuyan və vanna üçün ümumi bir kran quraşdırmaq istəyirsinizsə, dönən kran almaq rahatdır. Dönən kranların bir çox uzun modelləri var. Statik kranlar isə sabit olaraq tülpanda istifadə üçün əəlverişlidir və dönən kranlara görə daha az təmir tələb edir.

Eyni zamanda, tülpanın quruluşunu da unutmamaq lazımdır. Əgər moydadırla təchiz olunmuş tülpanınız varsa, yəni öz ayaqları üzərində deyil, hamam moydadırı üzərində dayanırsa, kasaya bənzər əlüzyuyandan istifadə etmək məntiqlidir. Kasaya bənzər tülpanlar kasa kimi dəzgahın üstündə durur və kranı onların üstündə quraşdırmaq üçün yer olmur. Ona görə də kranlar hamam moydadırına quraşdırılmalıdır. Normal kranlar bu halda kasa tülpanları üçün qısadır. Şirkətlər belə növ əlüzyuyanlar üçün əlavə uzun kranlar istehsal edir. Satışda tülpanın ölçüsündən asılı olaraq müxtəlif uzunluqlarda kranlar tapa bilərsiniz.

Tülpan kranlarının materialı

Tülpan kranları materialları parslanmaz metal, sink, latun kimi bir çox materialdan hazırlanlr. Kranın davamlılığı seçəcəyiniz materialdan aslıdır. Ona görə bu meyarı da nəzərə almaq lazımdır.

Paslanmaz metaldan olan kranlar münasib qiymətədir, yaxşı performansa malikdir, təzyiq dəyişikliklərinə və korroziyaya davamlıdır. Bu materialdan hazırlanan kranlar istənilən kimyəvi maddə və süngərlə zədələnmədən təmizlənə bilər. Ancaq pazlanmaz poladdan olan kranların forma çeşidliyi yoxdur.

Sink kranlar daha yüngül və ucuzdur, amma çox kövrəkdir və kəskin temperatur dəyişikliklərinə davamlı deyil. Ona görə bu kranlar daha tez pozulur. Sink kranlar xlorlu su ilə təmasda olaraq insan sağlığı üçün zərərli maddələr ifraz edir.

Günümüzdə ən dözümlü və keyfiyyətli kranlar latun kranlar sayılır. Bu kranlar möhkəmlik, davamlılıq, antikorroziya xüsusiyyətləri, çəkisi və gözəl görünüşü ilə fərqlənir. Latun kranlar onilliklərlə sahiblərinə xidmət edir.

İkili və tək su girişi olan kranlar 

Quraşdırmağınızın strukturundan asılı olaraq, iki və ya tək su girişi olan kranı almalı ola bilərsiniz. Kranın tək su girişinin olması yəni tək su kranı o deməkdir ki, krandan  gələn müəyyən temperaturda su birbaşa axır. Adından göründüyü kimi, ikili kranında isti və soyuq su girişi üçün iki ayrı əlaqə var. Suyu istifadəçinin istəyinə uyğun olaraq iki fərqli temperaturda axıdır.

Fotosel kranlar və Senor kranlar

Fotoselli kranlar  istifadəçilərin gigiyenasını təmin edir və suya qənaət edir. Evimizdə ən çox istifadə etdiyimiz və ən çox su sərf etdiyimiz yer kranlar ola bilər. Ona görə də bu məqamda suya qənaət etmək və gigiyena qaydalarına riayət etmək çox vacibdir. Fotoselli kran istifadəçinin əli krana yaxın olduqda açıldığı üçün lazımsız yerə su sərf etmir, onlara toxunmadan açıldığı üçün təmiz qalır və istifadəçinin əlini çirkləndirmir.

Kranlarda rəng seçimi

Hamama rəng qatmaq artıq çox asandır. Hamam aksesuarları və ya rəngli hamam və tülpan kranları ilə hamam otaqlarınıza rəng qata bilərsiniz. Hamam otağınızdakı ümumi rəng mövzusuna uyğun olaraq qızılı, qara və klassik xrom rənglərdə olan kranlardan birini seçə bilərsiniz.

Qara rəngli kranlar

Adi hamam otaqlarından, klassik kran rənglərindən sıxılanlar üçün rəngli kranlar möhtəşəm bir seçimdir. Soyuq rəngləri sevənlər üçün qara rəng, dizaynda isti tonlar sevənlər üçün isə qızılı rənglər daha uyğun olacaq. Düzgün kran rəngi istifadəçidən istifadəçiyə dəyişir. Qara kranlar həm faydalı, həm də qəşəngdir.

Tülpan kranların istifadə müddəti

Su kranlarının istifadə müddəti gövdəsinin möhkəmliyi və gizli mexanizmlərinin etibarlılığı ilə bağlıdır. Möhkəm kran gövdəsi latundan hazırlanır. Latun kəskin temperatur dəyişikliklərinə və su təzyiqinə davamlıdır. Bundan başqa, latun gövdəsi olan kranlar sızıntılara qarşı da dayanıqlıdır.

Tülpan kranlarının gizli mexanizmləri isə suyun təzyiqini və temperaturunu tənzimləyən mexanizmlərdir. Mağazada bu mexanizmlərin keyfiyyətini yoxlamaq mümkün deyil. Ona görə məhsulun zəmanət müddətinə fikir vermək lazımdır. İstehsalçı nə qədər uzun zəmanət müddəti verirsə, məhsul o qədər etibarlıdır.