Filter

Radiatorlar

Radiatorlar Necə Seçilir?


Radiatorlar istilik sistemlərinin ayrılmaz bir hissəsi olaraq daxili mexaniki quraşdırmada ən faydalı sistemlərdən biridir. Radiatorlar isti suyun dövriyyə yolu ilə işləyən istilik sistemlərində istifadə olunur.  Bu növ qızdırıcılar həm mərkəzi istilik sistemi, həm də avtonom istilik sistemi üçün uyğundur. Radiator seçərkən növünə, materialına, suyun həcmi, radiatorun çəkisi və həcmi, istilik ötürmə qabiliyyəti, estetik görünüşü,forması,  istehsal ölkəsi, brendi , qiyməti, zavodun verdiyi zəmanət müddəti kimi nüanslara diqqət yetirilməlidir.

Radiatorların Növləri: 

Alüminium Radiatorlar daha az su həcminə malik olsa da, ən böyük istilik səthinə malik bir radiator növü kimi qeyd olunur. Alüminium radiatorlar geniş sahəyə malik məkanların qızdırılması hədəflənən yerlərdə geniş istifadə olunur.  İstifadə müddəti 15-20 ildir. Bu qızdırıcı cihazların yüngül çəkisi, yaxşı istilik ötürülmə qabiliyyəti və müasir modelləri var, ancaq korroziyaya həssasdır.

Çuqun radiatorlar bir neçə bölmənin birləşməsindən ibarətdir və təbii dövriyyə ilə işləyən istilik sistemlərində istifadə olunur. Avtomatik idarə olunan sistemlər üçün uyğun deyil. İstifadə müddəti 50 ilə yaxındır. Çuqun radiatorların vaxtının keçdiyi düşünülsə də, hazırda istehsalçılar hər bir interyerə uyğun müasir modellər təklif edir. Bu radiatorlar yüksək təzyiqə və aşınmaya davamlıdır, amma ağır çəkiyə və yüksək istilik ətalətinə malikdir, kövrəkdir və hidravlik şoklara həssasdır.

Yüngül və ucuz olan polad radiatorlar ilkin quraşdırma dəyəri ən aşağı olan qızdırıcı cihazdır. Polad radiatorlar aşınmaya digərlərinə nisbətən daha az davamlıdır. Qeyd etmək alzımdır ki,  ən geniş su həcmi polad radiatorlarda olur. İstifadə müddəti 20-25 ildir. Polad radiatorlar aluminium radiatorlarla müqayisədə daha ucuz, sürətli  istilik ötürmə, təzyiq dəyişikliklərinə davamlılıq, müxtəlif dizaynlara malikdir. Ancaq bu radiatorlar korroziyaya həssasdır, qaynaq tikişləri zəifdir və çəkisi ağırdır.

Bimetal radiatorlar iki metaldan istehsal olunur. Xarici alüminium, içərisi polad olur. Bimetal radiatorların istifadə müddəti 25 ilə yaxındır.  Bu radiatorlar yüksək istilik ötürmə qabiliyyəti, yüngül çəki, yüksək təzyiq və korroziyaya davamlılıq, çək görünüşə malikdir. Ancaq bimetal radiatorların qiyməti yüksəkdir.

Tökmə radiatorlar bölmələr şəklində (4-dən -16 qədər) istehsal olunur. Qeyd etmək lazımdır ki, bu tip radiatorlar aşınmaya ən davamlı radiatorlardır. Tökmə radiatorlardan səmərəli istifadə etmək üçün bölmələrin sayı daxili xüsusiyyətlərinə və iqlim şəraitinə uyğun olaraq yerləşdirilir və istilik təmin edilir.

Panel radiatorlar. Daxili xüsusiyyətlərinə, iqliminə görə və həmçinin estetik dizaynına görə dalğavari və ya düz olan panel radiatorlar günümüzün ən çox yayılmış və qiymət baxımından daha sərfəli olan radiator növüdür. Ancaq tökmə radiatoların istismar müddəti  50 ilə yaxın olduğu təqdirdə, panel radiatorların istismar müddəti isə 15-20 il arası dəyişə bilir. Mənzillər, iş yerləri, ofislər, emalatxanalar, məktəblər, kafe-restoranlar və ən əsası xəstəxanalar da daxil olmaqla demək olar ki, bütün daxili məkanlarda istifadə edilə bilən panel radiatorları periodik baxım və təmizlik ilə daha da uzunömürlü etmək olar.

Radiatorların Xüsusiyyətləri:

Radiator seçərkən ilk diqqət yetirilməsi məsələ çəkidir.  Radiatorların çəkisi ağır olarsa, istilik vermə qabiliyyəti də bir o qədər çox olar. Ən ağır radiatorlar çuqundan istehsal olunan radiatorlardır. Ən yüngül radiatorlar isə alüminium radiatorlardır. Bundan başqa, məhsulun istehsalında istifadə olunan materiallar istilik prosesinin keyfiyyətini artırır. 

Material birbaşa isti suyun keçiriciliyinə və otaqda istilik paylanmasına təsir göstərir. Keçirici materiallardan istifadə etməklə istehsal edilən modellər sürətli isitmə təmin edərək daha az enerji sərf edir.Əgər kifayət qədər radiator öz funksiyasını yerinə yetirmirsə, otağınızı düzgün qızdıra bilmirsə, radiatorlarınıza mütəmadi olaraq qulluq olunmalı və təmizlənib yuyulmalıdır. 

Seçdiyiniz radiator ölçüləri istilik keyfiyyətinə və sürətinə birbaşa təsir edir. Modeli nə qədər uzun seçsəniz bir o qədər evinizi tez qızdıra bilərsiniz. Ölçüsünə görə radiatorlar horizontal üfüqi radiatorvertikal şaqüli radiator olmaqla 2 yerə ayrılır. Ölkəmizdə son illər vertikal radiatorlara da üstünlük verilir. Bu minvalla əksər dizaynerlər ev dizayn edərkən artıq mətbəx və digər kiçik həcmli otaqlarda vertikal radiatorlara üstünlük verərək, görünüşü biraz da gözoxşayan edir.

Şaqüli dizaynda olan radiatorlar dar məkanlarda kompakt dizaynı ilə evinizdə incə harmoniya yarada bilərsiniz. Məhsulu almadan öncə otağınızın ölçülərini götürməli və ölçüyə uyğun seçim etməlisiniz. ərazinin düzgün ölçülməməsi həm istilik baxımından, həm də qənaət və fünksionallıq baxımından mənfi hallara səbəb ola bilər.

Standart orta şərtlərdə radiator bölmələrinin sayını (radiatorun uzunluğunu) N=Sx100/Pc düsturu ilə hesablanır. Burda N – bölmə sayı, S – otaqın sahəsi, Pc – bir bölmənin istilik gücüdür. Daha dəqiq hesablama üçün minimum qış temperaturu, otağın istiqaməti, divarların izolyasiya vəziyyəti, pəncərələrin sayı və s.-ni nəzərə almaq lazımdır.

Radiatorlardan səmərəlilik əldə etmək üçün , hətta dekorativ məqsədlər üçün olsa belə üzərlərində və qarşısında heç bir əşya qoyulmamalıdır. Eyni zamanda radiatorlar pərdələrlə örtülməməlidir. Həmçinin seçdiyiniz radiatorun materialı onun temperaturuna və dözümlülüyünə təsir göstərir. Orta istifadə müddəti 15-20 il civarında olan radiatorlar düzgün qaydada quraşdırıldıqda uzun illər davamlılıq nümayiş etdirir. 

Qeyd etmək lazımdır ki, geniş rəng çeşidli radiatorları master.az ünvanında əldə edə bilərsiniz. Adətən bağçalarda, əyləncə mərkəzlərində və bir çox ofislərdə artıq rəngli radiatorlardan geniş istifadə olunur. Toz yığılmasına həssas olan radiatorlar asanlıqla təmizlənir. Böyük və kiçik kvadratmetrlik sahələri qızdıran radiator modelləri onlara qulluq edildikdə səmərəli istifadəni tez bir zamanda özündə əks etdirir. 

Radiatorların Növləri

Master.az olaraq geniş radiator çeşidləri ilə müştərilərimizin xidmətindəyik. Başlıca olaraq italyan brendi olan Global firmasının məhsullarına üstünlük vermişik. Global brendinin Global VİP radiator, Global Vox radiator, Global Vella radiator , Global Mix radiatorGlobal Ekos radiator markalarına üstünlük verilmişdir. Bu modellər standart olaraq mərkəzdən mərkəzə 50sm olmaqla öz funksionallığını qoruyub saxlayır. Global Oscar markasının vertikal radiatorları isə 120sm, 140sm, 160sm, 180sm və 200sm olmaqla 5 ölçüdə təklif olunmuşdur. Daha sonra keyfiyyətinə görə Global brendi ilə baş-başa gələn “Fondital radiator” və “Radiatori Helyos” brendlərini də misal çəkmək olar. 

Nisbətən orta qiymətli radiator çeşidlərindən Rusiya, Türkiyə, Ukrayna modellərini də vurğulamaq olar. Bazar qiymətləri 12-16 azn arası olan bu modellər orta seqmentdə öz sözünü demişdir. Bu brendlərdən ForteProm, Vulrad, Royal İndigo, İnnovita, Sanica kimi markaların adını çəkmək olar. Qeyd etmək lazımdır ki, bazarda satışda heç də geri qalmayan Çin markaları da hegomonluq edir. Bazar qiyməti 9-14 azn arası olan Marcella, Milano, Mirado və Thermex brendlərini misal göstərmək olar. Çin istehsalı radiatorların çəkisi 9-12 kq arası dəyişməklə istilik ötürmə qabiliyyətinə görə İtaliya, Türkiyə və Rusiya modellərindən geri qalır. Master.az saytında k bütün radiator çeşidlərinə ətraflı şəkildə baxıb, məhsullarla maraqla bilərsiniz.