Filter

Tülpan ve Rakvina

Vanna otağında istifadə olunan tülpan çanaq məhsulları su sistemləri ilə əlaqəli qurğular sayılır. Müxtəlif ölçülərdə, rənglərdə, fərqli naxış və dizayn baxımından hər zövqə uyğun tülpan çanaq modellərini tapmaq mümkündür. Həmçinin, tülpan çanaqların müxtəlif materiallardan olması məhsul çeşidinin zənginliyinə səbəb olur. Həmçinin hamam otağınızın dizaynına uyğun olaraq rəngli tülpan çanaqlarından da istifadə edə bilərsiniz. Qeyri-adi görünüş üçün adətən qara rəngli tülpan çanaqlarına üstünlük verilir. Məhsulu seçməzdən əvvəl quraşdırılacaq sahəyə uyğun olaraq tülpan çanağının ölçüsü müəyyən olunmalıdır. Bu çanaqlar adətən 60, 80, 100 sm kimi ölçülərdə ideal istifadə imkanı təklif edir. Vanna otağınızda istifadə sahəsinə uyğun ölçüləri təyin edərək də hazır tülpan çanaqları ala bilərsiniz. Əlavə olaraq tülpan modellərinin yanına müxtəlif dolablar yerləşdirməklə vanna otağındakı əşyalarınızı (dəsmal, yuyucu vasitələri və s.) rahatlıqla saxlaya biləcəyiniz bir yer yarada bilərsiniz. Yerə qənaət etmək üçün kiçik ölçülü tülpan çanaqları da istifadə üçün əlverişli sayılır. Həmçinin qoşa tülpan çanaq modelləri də rahatlıq baxımından praktikdir. Daha çox vanna otağında yerləşdirilən bu modellər sayəsində üzünüzü yumaq və dişlərinizi fırçalamaq üçün növbə gözləməyə ehtiyac yoxdur, həyat yoldaşınızla və yaxud uşaqlarınızla eyni vaxtda günə başlaya bilərsiniz. 

Tülpan və Çanaq Modelləri

Tülpanlar və çanaqlar modelləri rənginə, dizaynına, ağırlığına və brendinə görə fərqli xüsusiyyətlərə malikdir. Masa üzərində quraşdırılmış çanaq modelləri sizə vanna otağınızda əlavə yerin olmasına imkan verəcək. Eyni zamanda müasir tülpan modellərində çanağın kvadrat olması əşyaların və ləvazimatların yerləşdirilməsi baxımında rahatlıq bəxş edir. Dizaynına görə oval, kvadrat, yarım oval, düzbucaqlı, üçbucaqlı kimi müxtəlif formalarda istehsal olunur. Üçbucaqlı tülpan çanaqlarını vanna otağınızda əlverişli yer olan küncə rahat yerləşdirərək praktiklik əldə edə bilərsiniz. Əgər ayaqyolunda tülpan yerləşdirəcəksinizsə, kvadrat modeldən istifadə edərək yerə qənaət edə bilərsiniz. Vannaların eninə uyğun olaraq düzbucaqlı tülpan modellərinə üstünlük verə bilərsiniz. Həmçinin nəzərə almaq lazımdır ki, tülpan çanaqları seçərkən onların dərinliyinə önəm vermək lazımdır. Nisbətən dərin modellər suyun sıçramasının qarşısını alır. Klassik ağ rəngli modellərlə yanaşı, vanna otağınızda dizayna uyğun olaraq rəngli və xüsusən də qara rəngli tülpan çanaqlarınına yer ayıra bilərsiniz. Ölkəmizdə ağ standart modeldən fərqli olaraq, qara, qəhvəyi, boz, çəhrayı və digər rəngli modellər də mövcuddur. 

Tülpan çanaqları evdə, iş yerlərində, ofislərdə və ya digər yerlərdə lazım olan qurğulardan sayılır. Bu məhsullar material fərqinə görə, dizayn xüsusiyyətlərinə  və geniş rəng çeşidinə görə fərqləndirilirlər. Möhkəm və dayanıqlı olması tülpan çanaqlarının ən çox üstünlük verilən xüsusiyyətlərindəndir. Bu səbəbdən müştərilər ilk öncə məhsulun keyfiyyəti ilə maraqlanırlar. Tülpan çanaq modellərinin istehsalında keramika materialından istehsal olunur. Bu da keramikanın müxtəlif keyfiyyət fərqlərinə bölünməsinə görə alıcıları seçim qarşısında qoyur. Ümumiyyətlə isə keramika örtüyü həm parlaqlıq və görünüş, həm də funksionallığı baxımından keyfiyyətli xammaldır. Biz bu materialın keyfiyyətinin dəfələrlə şahidi olmuşuq. Bundan əlavə, zərbəyə daha davamlı qranit çanaq çeşidləri də bazarda geniş yayılmışdır. Son zamanların dəbdə olan qranit çanaqlara evlərdə daha çox rast gəlinir və bu da onun uzun ömürlü olmasından irəli gəlir. Maye udma xüsusiyətinə görə qranit çanaqlar asanlıqla ləkələnmir. Bu da onun hamar, sürüşkən, tutqun səthi sayəsində asanlıqla baş verir. Mətbəxlərdə gördüyümüz mərmər çanaqlar evin bütün ərazilərində istifadə oluna bilər, həmçinin vanna otağınızda da buna yer ayıra bilərsiniz. Alüminyum çanaqlar paslanmaz olması ilə və ləkə saxlamamaq özəlliyi ilə hər sahədə üstünlüklərini qorumağa davam edirlər. Həm davamlı olması, həm də paslanmaz olması alüminyum çanaqları adi parça ilə rahat təmizlənməsi üstünlüyünü də özündə əks etdirir.

Vanna otağınıza tülpan çanaq seçimi edərkən nələrə diqqət etməlisiniz?

Vanna otağına tülpan çanağı seçərkən ölçülər və təyinatlı istifadədən fərqli olaraq diqqət yetirilməli olunan digər məqamlar da vardır. Bunlardan ən lazım olanı təmizlənmənin və baxımın davamlı olmasıdır. Mənzilə gəlib çatan suyun duzluluq keyfiyyəti və digər nüanslar nəzərə alınmaqla tülpan çanaqlarının nə qədər tez ləkələnə biləcəyi müəyyən edilməsi vacib amillərdəndir. Almaq istədiyiniz məhsulun davamlılıq xüsusiyyətini bilməyiniz nə qədər tez-tez baxım edəcəyinizin göstəricisi olaraq qalacaq. Bundan başqa, evə gələn kran suyunun əsas giriş hissədə xüsusi filter vasitəsi ilə tənzimlənirsə, bununla da seçim rahatlığı yaşa bilərsiniz. Lakin şəbəkədən gələn kran suyunun problemli olduğunu fikirləşirsinizsə, o zaman daha çox tutqun rəngli tülpan çanaqlar arasından seçim edə bilərsiniz. Onu da vurğulamaq istərdik ki, tülpan seçimlərində onlardan istifadə zamanı məhsulun materialı çox önəmlidir. Ailənizdə az yaşlı uşaqlar varsa, tez qırıla bilən tülpan çanaqları ən son seçiminiz olmalıdır. Bunun əvəzinə müştərilərimizə daim tövsiyyəmiz daha davamlı materiallardan hazırlanmış olan məhsullara üstünlük verilməsidir. 

Daha yüksək qiymət aralığında məhsul seçimi edərkən onun dizaynına baxmağınız kifayət edir. Naxışlı olması, qızılı rəngli xüsusi işləmələr ilə dizayn olunması onların satış dəyəri ilə zövqünüzə uyğun təklif olunmasına diqqət yetirməyiniz vacibdir. Özünüz və tanışlarınız üçün məhsul seçərkən istifadə olunan materialın davamlılığına, materialına və digər xüsusi tələblərə diqqət yetirə bilərsiniz. Geniş qiymət aralığında təklif olunan bir çox tülpan çanaqları modellərinə master.az saytında rast gələ bilərsiniz.