Filter

Tualet Başlığı necə seçilir?

20-ci əsrdən etibarən hamam aksesuarları arasında gigiyenik duşlar (tualet başlığı) el arasında bide duşları deyilən məhsullar artıq bazarda öz sözünü deməyə başladı. Gigiyenik duş klassik bideye tam alternativ olaraq istifadə edilir. 

Tualet duşlarının bir çox üstün cəhəti var. Bu gigiyenik əl duşları şəxsi gigiyenanın təmin olunmasında mühüm rol oynayır. Çünkü su ilə təmizlik prostatit, hemoroid, eroziya kimi xəstəliklərin qarşını alır. Gigiyenik duşlar tualetdə yerə qənaət etməyə imkan verir. Bundan başqa, tualet və ya hamam otağının təmizliyi üçün də istifadə olunur. Unutmayın ki, statistikaya əsasən bir insan ömrünün il yarımını tualetdə keçirir. Tualet aksesuarları seçimi də məhz buna görə önəmlidir. 

Tualet və ya hamam otağı üçün gigiyenik əl duşlarını seçərkən diqqət olunmalı olan məqamlar vardır ki, bunlar da məhsulun uzunömürlü olmasına xidmət edir. Tualet duşu kimi hamam aksesuarı seçərkən növünə (divar gigiyenik duşları, əlüzyuyan gigiyenik duşlarıquraşdırma gigiyenik duşları), dizayna (klassik dizayn yoxsa müasir dizayn), rahatlığa (stardart rahatlıq yoxsa lüks rahatlıq), keyfiyyətinə, ekoloji cəhətdən təmizliyinə, davamlılığına və s. diqqət yetirmək lazımdır. 

Tualet Başlığı seçərkən nəyə diqqət yetirilməlidir?

Tualet Başlığı (Aftafa) növleri

Tualet başlığının quraşdırma üsuluna görə üç əsas növü var: divar tualet kranları, əlüzyuyan tualet kranlarıquraşdırma tualet kranları. Divar gigiyenik duşları tualet kranını rahat bir hündürlükdə və unitazdan aralı şəkildə quraşdırmağa imkan verir. Bu tualet duşu modellərin istifadəsi daha rahatdır, lakin əlavə su təchizatı tələb olunur. Əlüzyuyan gigiyenik duşları əlüzyuyana quraşdırılır. Bu cür tualet duşu modelləri əlüzyuyanın unitaza yaxın olmasını tələb edir. Quraşdırma gigiyenik duşlarının şlanqlı duş başlığı və klapanı göz önündə olur, qalan hissələri divarın içinə yerləşdirilir. Tualet duşlarının quraşdırma üsulunu hamam və ya tualetin ölçüsünə və quraşdırma imkanlarına görə seçmək lazımdır.

Tualet Başlığının dizayn və estetik görünüşü

İlk öncə onu qeyd etmək lazımdır ki, müştərilər adətən ilkin olaraq məhsul seçimində dizayna və estetik görünüşə diqqət yetirirlər. Master.az-da istənilən zövqə uyğun tualet duşu modelləri tapmaq mümkündür. Klassik gigiyenik duşlar, müasir gigiyenik duşlar … Lakin unutmaq olmaz ki, tualet duşu yaxud gigiyenik duş hamam aksesuarları içərisində ən çox istifadə edilən məhsuldur. Ona görə məhsulun dizaynı ilə yanaşı, keyfiyyətini də nəzərə almaq lazımdır. 

Tualet Başlığı materialı

Hazırda bazarda plastik tualet kranları daha çox yer tutmuşdur. Lakin məsləhət olunan latun başlıqlı tualet kranlardır. Latun tualet kranlar suyu ərpdən qoruyur, çöküntü halında yığılmış ərplərin uzun müddət orada qalmasının qarşısını alır. Plastik tualet kranlar da bu kimi hallar tez tez olur. Bundan başqa, satışda paslanmaz poladdan hazırlanan başlıqlar da var. Polad tualet kranları da davamlı hamam aksesuarları arasındadır. Bir çox brendlər müştəri tələbatını nəzərə alaraq qiymətə birbaşa təsir göstərəcək məhsul istehsal etmək qərarına gəldilər. Duş başlığını plastik edib, onun uc hissəsini latun materialla təchiz etdilər. Bu da özünü doğrultdu. Tualet duşu həm yüngül, həm də latun başlıqlı oldu. Gigiyenik duşun ağır olması sizi qəti aldatmasın, çünki dəmir tərkibli məhsullarla istehsal da geniş yayılıb. Bilinməyən brendlərdə bu hala rast gəlmək olar. 

Tualet Başlığı istehsal edən brendlər

Gigiyenik duş başlıqları seçimlərində Nats brendinə məxsus başlıqları qeyd etmək lazımdır. Bazarda öz sözünü demiş Nats brendi tualet duşu istehsal etməklə də məhsul çeşidlərini artırmışdır. Məhsullar qiymətə müvafiq olaraq plastik, latun və yuxarıda qeyd etdiyimiz kimi plastik – latun olaraq istehsal olunmuşdur. Digər brend Türkiyə istehsalı İTİMAT brendidir. Bu marka da gigiyenik duş başlıqları istehsal etməklə öz məhsullarını xarici bazara çıxarmışdır. Nats brendi kimi İtimat da öz istehsalında latun başlıqlı tualet kranlarına üstünlük vermişdir. Nats və İtimat brendlərində İstifadəsi uzunömürlü olan gigiyenik duş başlıqlarına dizayn cəhətdən də önəm verilmişdir. Kvadrat, oval, yarimoval, dəlikli və digər dizayn formalarda istehsal edilmiş tualet duşları müştəri zövqünə görə istehsal edilmişdir. Həmçinin istehsal zamanı bide duşlarının ustaya ehtiyac olmadan rahat montaj olunmasına da önəm verilmişdir. 

Tualet Başlığı üçün şlanq

Tualet Kranı seçimi nə qədər önəmlidirsə,tualet kranını şlanqının seçimi də bir o qədər vacibdir. Şlanq xarici və daxili təbəqələrdən ibarətdir. Daxili təbəqə möhkəm və elastik olan tökmə rezindən, xarici təbəqə isə neylon ip, alüminium lent və ya polimerdən istehsal oluna bilər. Şlanq seçimi edərkən onun uzunluğu və içərisində olan materiallarına fikir vermək lazımdır. Sonradan yaranan su sızması vaxt itkisinə gətirib çıxara bilir. Ölçünü seçərkən döşəmyə dəyməməsinə diqqət etmək lazımdır. Adətən şlanqın uzunluğu 1-1,5 m. olur.

Tualet Başlığı üçün termostat

Divara quraşdırılan tualet duşunun termostatlı olması lazımdır. Termostat gigiyenik duşdan gələn suyun temperaturun asanlıqla tənzimlənməsinə xidmət edir. Bu cihazın vasitəsilə vaxta qənaət etməyə və kəskin temperatur dəyişikliklərindən qaçınmaq mümkündür.

Tualet Başlığının rəngi

Həmçinin müasir dövrümüzdə dizaynerlər mənzil dizaynı edərkən rəngli məhsullara ən çox qara və ağ məhsullara önəm vermişlər. Bu minvalla gigiyenik duş başlıqları çeşidlərində də bu özünü göstərmişdir. Adətən tək bir rənglə deyil, qara qızılı, ağ qızılı aftafa başlıqlarına da çox önəm verilir. Hamam otağınızdakı su kranlarına görə gigiyenik duş başlığının seçimini etmək sizin üzərinizə düşür. Həmçinin bazarda geniş yayılmış Türkiyə istehsalı ECA tualet duşları da istifadəçilər üstün verir. Nisbətən qiymət cəhətdən daha bahalı olan modellərdən isə İtaliya brendi olan GROHE tualet duşları misal göstərmək olar. Funskiyaları eyni olsa da keyfiyyət və dizayn fərqi digər brendlərə nisbətən daha premium olan bu modellərə də ölkəmizdə geniş şəkildə üstünlük verilir. 

Tualet Başlığının suya qənaət xüsusiyyəti

Gigiyenik duşlar seçimində suya qənaətə önəm vermək əsas məsələlərdəndir. Adətən təzyiqlə işləyən tualet duşları tez sıradan çıxması ilə tanınır. Bunun bir çox səbəbləri vardır. Tualet duşundan istifadə etdikdən sonra tualet kranında qalan suyun tam çıxarılmaması, aftafada yığılan suyun başlığa ziyan yaradacığı qaçınılmazdır. Qənaətcil aftafa başlığı axan suyun intensevliyini tarazlaşdırır və lazerlə açılan xüsusi deşiklərin sayəsində yüksək qənaəti təmin edə bilir. Bir dəqiqədə maksimum 5 litr su axını təmin edən gigiyenik duşlar suyun təmizlənməsini də təmin edir. 

Qeyd olunan bu məhsulların hər biri ilə Master.az saytında tanış ola bilərsiniz. Saytın Hamam kateqoriyasından Tualet Başlığıbölməsinə keçid edərək qiymətlər və çeşidlərlə tanış olub, sifarişinizi verə bilərsiniz.