fbpx

Vannalar

1,480.00 AZN1,640.00 AZN
təmizləmək
1,550.00 AZN
1,550.00 AZN
1,550.00 AZN
425.00 AZN1,460.00 AZN
təmizləmək
395.00 AZN425.00 AZN
təmizləmək
470.00 AZN540.00 AZN
təmizləmək
1,900.00 AZN
1,850.00 AZN
1,850.00 AZN
305.00 AZN589.00 AZN
təmizləmək
225.00 AZN470.00 AZN
təmizləmək

VANNALAR
 Hamam otağının ayrılmaz bir hissəsi olan hamam vannaları hamama xüsusi bir gözəllik verir. Hamam vannaları günün stresini atmağımıza kömək etməklə yanaşı, ruhumuzu dincəltməyə də komək edir. Hamamın dekorasiyasını dəstəkləyən bu məhsulun seçimi göründüyü qədər asan deyil. Xüsusilə uzun müddət duş qəbul etməyi sevən birisinizsə, bu mövzuda çox daha həssas olmalısınız.
Hamam vannaları xüsusiyyətlərinə gorə bir-birindən fərqlənir. Hamam vannaları seçərkən çox diqqətli olmağınız tövsiyyə olunur. Vannaların bir çox xüsusiyyətləri var ki,bunları bilmək sizə vanna seçimində kömək olacaq. Vannaları dizaynına, görünüşünə,materialina və ölçülərinə görə fərqləndirmək olar.
Beləliklə, vanna seçərkən nələrə diqqət etməlisiniz?
Vanna seçimi xüsusi diqqət tələb edən bir məsələdir. Çünki hamam otağı yalnız müxtəlif təmizlik prosedurlarının yerinə yetirildiyi yer deyil, həm də ağır və stresli iş günündən sonra dincəlmə və güc qazanma məkanıdır. Düzgün dizayn və tərtibatla buranı gözəl bir rahatlama yerinə çevirə bilərsiniz. Hamam otağının mərkəzi elementi isə vannadır. Vanna çeşidi çox olduğu üçün bu məhsulu seçərkən hamamın ölçüsü, vannanın ölçü və forması, materialı və əlavə elementlərini nəzərə almaq lazımdır. 
Hamamın ölçüsü
Bəlkə də seçim edərkən nəzərə alınmalı ən vacib amil hamam otağınızın sahəsidir. Hamamınız böyük və genişdirsə, bu, vanna seçmək üçün çox sərfəli bir vəziyyətdir. Çünki istədiyiniz ölçüdə və dizaynda vanna alıb vannadan həzz ala bilərsiniz. Məsələn, çox geniş hamam otağında kvadrat vanna qoya bilərsiniz. Lakin hamam otağının ölçüsü kiçikdirsə, seçəcəyiniz vannanın ölçüləri mövzusunda çox sərbəst ola bilməzsiniz. Bu səbəbdən oval vannalar seçə və ya hamamınızın ölçüsünə uyğun düzbucaqlı vannalar ala bilərsiniz.Oval vannalar ölçülərinə görə, düzbucaqlı vannalardan nisbətən kiçik olur.
Bunlara əlavə olaraq, vannanı oturacaqlı və ya oturacaqsız seçdiyinizə qərar verməlisiniz. Xüsusilə evinizdə uşaqlı bir ailəsinizsə və ya yaşlı bir insan yaşayırsa, oturacaqları olan modelləri seçmək daha təhlükəsiz olacaq.Əgər siz uşaqlı ailəsinizsə, dərinliyi 43 sm olan mini vannalardan birini ala bilərsiniz. Çünki belə vannalar baş verə biləcək qəzalara qarşı daha təhlükəsizdir. Ancaq uşaqlı ailə deyilsinizsə və evinizdə yaşlı adam yoxdursa, istədiyiniz ölçüdə vanna ala bilərsiniz. Bundan əlavə, əgər siz uzun boylu və artıq çəkidən əziyyət çəkən bir insansınızsa, bu halları nəzərə almanızı tövsiyə edirik.
Vanna seçərkən diqqət yetirilməli olduğunuz digər bir meyar da materialdır. Hazırda vanna istehsalında ən çox istifadə olunan material akrildir.  Akril vannalar gücləndirilmiş plastikdən hazırlandığı üçün çox dözümlüdür, yüngüldür, istiliyi orta səviyyədə saxlayır, fərqli dizaynlarda, formalarda və ölçülərdə hazırlanır, asanlıqla bərpa olunur. Bundan başqa, akrildən olan vannaların qiyməti də uyğundur. Hamam otağınız üçün universal və münasib qiymətə vanna axtarırsınızsa akril vanna əla seçimdir. Başqa bir material növü isə seramikdir. Seramik vannalar hamar parlaq səth səbəbiylə çox estetik görünür. Fayansdan və metal-seramikdən hazırlanan modellər nisbətən bahallıdır. Bu vannalar istiliyi uzun müddət saxlayır, uzun xidmət müddətinə, hamar parlaq səthə, müxtəlif rəng, forma və dizayna malikdir. Ancaq seramik vannalar bahalı və ağırdır. Ona görə də bu vanna modelləri görünüşə böyük əhəmiyyət verən alıcılar üçün uyğundur.
Vanna seçimində əlavə elementləri də nəzərə almaq lazımdır. Məsələn, ailədə uşaq və ya yaşlı insan varsa, təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirməlisiniz. Kənarlarında xüsusi tutacaqların olan vanna seçə bilərsiniz. Yaxud rahatlığınıza çox əhəmiyyət verirsinizsə, hidro  hava massajı qurğuları, qoltualtlığı, baş dayağı  işıqlandırması olan vannaya üstünlük verə bilərsiniz. 
 
Vanna materialları
Vanna seçməzdən əvvəl nəzərə alınmalı olan başqa bir məqam onun materialıdır. Müasir vannaların əksəriyyəti keramikaakril kimi materiallardan hazırlanır. Bundan əlavə, körpələr üçün nəzərdə tutulan plastik vanna modelleri də var. Bununla belə, bu materiallar arasında təsadüfi seçim etmək sağlam davranış olmaz. Çünki vanna davamlı olaraq alınan məhsul deyil. Keyfiyyətli və davamlı materiallardan olanları seçməlisiniz ki, uzun illər istifadə olunsun.Vanna seçərkən, akril materialdan olanları seçmək daha məsləhətlidir.
Akril vannaların bir çox xüsusiyyətləri var. Akril vannalar gigiyenik və davamlı olurlar. Bu vannaların təmizlənməsi daha asan həyata keçirilir. Xarici təsirlərə qarşı isə digər vannalara nisbətən daha dözümlü olur və bərpası da mümkündür. Eyni zamanda, akril vannaların yanğın zamanı zədələnmə ehtimalı da azdır. Bu vannalar sadə quraşdırma, davamlılıq, xoş görünüş və əlverişli qiymət səbəbiylə alıcılar arasında populyarlıq qazanır.
Seramik vannalar uzun müddət istiliyi saxlaya bilir, bu da materialın xüsusiyyətindən iləri gəlir. Bundan başqa, seramik məhsullar su və rütubətə məruz qalaraq paslanmır. Onlar mexaniki zədələrə qarşı da dözümlüdür. Ancaq seramik vannalar kövrək və ağırdır, eləcə də materialına görə daha bahalıdır.   Daşınması və quraşdırılması mürəkkəb olduğu üçün bu vanna modelləri eksklüziv məhsullar sayılır. 
Vanna ölçüləri forma və funksiyaları
Vanna ölçüləri forma və funksiyasına görə çox dəyişir. 100 x 100 sm-dən başlayan və 160 x 160 sm-ə qədər böyüyən oval və ya kvadrat vannalar. Düzbucaqlı məhsulların ölçüləri ümumiyyətlə 110 x 70 sm-dən başlayır və 180 x 80 sm-ə qədər artır. Vannaların daxili hündürlüyü 45 sm ilə 50 sm arasındadır. Xüsusi hazırlanmış modellərdə bu hündürlük 75 ilə 77 sm arasında ola bilər. Ümumiyyətlə vannaların dörd formasını göstərmək olar: düzbucaqlı, kvadrat, künc və oval.
Düzbucaqlı vannalar klassik hesab olunur və müxtəlif materiallardan hazırlana bilir. Bu vanna modelləri istənilən hamam otağına uyğun olduğu üçün universaldır. Düzbucaqlı vannaların çoxunda qoltuqaltlığı, erqonomik baş dayağı kimi xüsusi elementlər olur.
Kvadrat vannalar həcmli olduğu üçün geniş vanna otaqları üçün uyğundur. İki nəfərin belə sığa bildiyi bu vanna modellərinin çoxunda hidro massaj və işıqlandırma kimi əlavə funksiyalar var. Kvadrat vannaların hazırlanmasında akrildən istifadə olunur. 
Künc vannaları həcmli və qeyri-stardart dizayna baxmayaraq hamam otaqlarında boş yerdən rasional istifadə etməyə imkan verir. Ancaq künc vannaları alarkən istiqamətini də nəzərə almaq lazımdır. Bu vanna modelləri akrildən hazırlanır. 
Oval vannalar yığcamlığı və yumuşaq xətləri ilə hamam otağındakı yerə qənaət etməyə imkan verir. Bundan başqa, bu vannaların əksəriyyəti hidro və ya hava masajı qurğusu ilə təchiz edilir. Ancaq bu modellərin baş dayağı və qoltuqaltlığı olmur. 
Vannanın quraşdırılması
Vannanın düzgün quraşdırılması da çox vacibdir. Çünki quraşdırılma düzgün və simmetrik aparılmasa, həm pis görkəm alacaq, həm də ümumilikdə evə və hamam otağına ziyan vuracaq. Məsələn, yerində tam oturmamış vanna ətrafına su çəkərək divarları şişirdə bilər. Vannanı quraşdırarkən su axınını da nəzərə almaq lazımdır. Əgər belə bir problemlə qarşılaşmaq istəmirsinizsə, ən məntiqli şey keyfiyyətli bir məhsul seçin və peşəkar ustaya müraciət edin.