Filter

Duş Kranları

Duş dəsti necə seçilir?

Demək olar ki, ömrümüzün təxminən yarım ilini hamamda keçiririk. Ona görə bizə keyfiyyətli bir duş dəsti lazımdır. Hal hazırda bazarda bir çox duş kranı modeli mövcuddur. Müasir duş modelləri bir-birindən yalnız dizaynda deyil, həm də idarəetmə və quraşdırma məsələlərində də fərqlilik göstərir. Hər bir növün öz üstün və mənfi cəhətləri var. Duş dəsti seçərkən avadanlığın funksionallığa, ölçü, material və örtüyünə diqqət yetirmək lazımdır. Hər şeydən əvvəl, duş dəsti praktik olmalı, ehtiyaclarınıza, vərdişlərinizə və quraşdırma imkanlarına uyğun olmalıdır. Duş dəstinə sadəcə duş kranı (duş qarışdırıcısı) deyil, həm də  duş başlığı, duş şlanqı, dayaq kimi əlavə elementlər daxidlir.

Duş kranlarının hansı növləri var?

Duş kranlarını idarəetmə üsuluna görə mexaniki, termostatik, elektron və ağıllı modellərə; quraşdırma üsuluna görə isə açıq və gizli modellərə ayırmaq olar. Bundan əlavə, materialı da nəzərə almaq lazımdır. Materialına görə duş kranlarının paslanmaz metal, latun və sink növlərini göstərmək mümkündür. Duş kranları ilə bağlı qeyd edilməli digər bir məqam örtükdür.

Duş kranlarının idarəetmə üsuluna görə modelləri:

Mexaniki duş kranları günümüzdə ən çox istifadə olunan kran növüdür. Bu su kranlarında suyun təzyiqi və temperaturu mexaniki klapanla ilə idarə olunur. Mexaniki kranların istifadəsi və quraşdırılması asan olduğundan siz özünüz də bu kranı rahat şəkildə quraşdıra bilərsiniz. Su axını və istiliyi bir kranla idarə olunur. Ona görə də hər dəfə duş qəbul edərkən temperaturu əl ilə tənzimləməlisiniz. Be növ duş kranlarında suyun temperaturunu tənzimləmək üçün termostat yoxdur, təzyiq balanslaşdırma klapanı var. Eyni zamanda, mexaniki duş kranları tək qollu və iki qollu kranlara ayrılır.

Termostatik dus kranları duşdan axan suyun temperaturunu tənzimləyir, hətta onu başqa səfərlər üçün də sabit səviyyədə saxlayır. Evdə tənzimləmə ilə problem yaşayan uşaq və ya yaşlı insan varsa, termostatik kranlar düzgün seçimdir. Bu xüsusiyyət yanma riskini aradan qaldırır və termostatik duş kranının mexaniki duş kranı ilə müqayisədə daha təhlükəsiz seçim olduğunu göstərir. İstilik və su axını ayrıca idarə olunduğundan, duşu işə salmazdan əvvəl də temperaturu əvvəlcədən təyin edə bilərsiniz.

Dövr elektron köməkçilərin, rəqəmsal həllərin dövrüdür. Ona görə müasir texnologiyanın vanna otağına da daxil olması təəcüblü deyil. Elektron düş kranları vasitəsilə suyun temperaturunu tənzimləyə, müəyyən bir dərəcə təyin edə və hətta bunu rəqəmsal displeydə görə bilərsiniz. Duşunuzu yataq otağınızdanm belə pult ilə idarə edə bilərsiniz.

Ağıllı duş kranları vanna otağına ən son texnoloji əlavəsidir və duş təcrübənizi tam idarə etməyə imkan verir. Əhval-ruhiyyənizdən asılı olaraq “zərif” və ya “istilatmaq” kimi əvvəlcədən müəyyən edilmiş müxtəlif duş parametrləri arasından seçim edə bilərsiniz. Bundan başqa, hər dəfə mükəmməl duş almaq üçün ideal duş temperaturunuzu və gücünüzü özünüzə görə tənzimləyə bilərsiniz. Elektron duşa bənzər, ağıllı duşlar da duşunuzu uzaqdan idarə etməyə imkan verir və Amazon-un Alexa kimi smartfon və ağıllı ev cihazları ilə tam uyğundur.

Duş kranlarının quraşdırılma üsuluna görə modelləri:

Açıq duş kranları divar səthində quraşdırılır və su təchizatı istisna olmaqla, heç bir təfərrüatı gizlədilmir. Duş qarışdırıcı klapanı gizlətməməyin və ya onu açıq saxlamağın müsbət və mənfi cəhətləri var. Açıq duş kranı daha ənənəvi bir üslubdur. Bu modelin daha çox çeşidi var, quraşdırılması və təmiri asandır, müxtəlif dizaynda istehsal olunur və qiyməti də uyğundur. Açıq duş kranlarını həm vanna otağının təmiri zamanı, həm də təmirindən sonra ala bilərsiniz. Bu duş modellərinin mənfi cəhəti, təmizliyinin çətinliyidir. Belə ki, nə qədər çox açıq hissəsi varsa, təmizlənməsi bir o qədər də çox vaxt aparır. 

Gizli duş kranlarında duş başlığı və idarəetmə qolları istisna olmaqla, hər şey gizlədilir. Son zamanlar müasir vanna otaqları üçün üstünlük verilən duş növüdür. Bu duş modellərinin üstün cəhətlərinə gözəl görünüş, kompaktlıq, təmizləmə asanlığı daxildir. Ancaq mənfi cəhətləri də az deyil. Bura yüksək qiymət, quraşdırma mürəkkəbliyi, hər interyerə uyğun olmaması daxildir. Bundan başqa, gizli duş kranlarının quraşdırılması hamamın təmiri mərhələsində planlaşdırılmalıdır. 

Duş kranlarının materialına görə növləri:

Paslanmaz duş kranları ən praktik və ən populyar seçimdir. Paslanmaz poladdan hazırlanmış qarışdırıcı etibarlı, davamlı və ucuzdur. Eyni zamanda, bu duş kranları istənilən interyerə uyğundur, estetik görünüşə malikdir, asanlıqla təmizlənir.

Latun duş kranları daha uzun ömürlüdür və gəşəng görünür, amma daha bahalıdır. Bu kranlar davamlılıq, antikorroziya xüsusiyyətləri, yüngül çəki və estetik görünüşü ilə fərqlənir.

Sink duş kranları ən ucuz və yüngül duş növüdür, amma eyni zamanda da ən etibarsızdır. Bu duş kranları kövrək olduğu üçün kəskin temperatur dəyişikliklərinə davam gətirmir. Sink duş kranlarının istismar müddəti 1-2 il təşkil edir.

Duş kranlarının örtüyü

Duş kranlarının xarici örtüyü üçün emaye, xrom, paslanmaz poladdan istifadə olunur. Emaye örtük məhsula mat görünüş verir. Kranın səthində barmaq və ya su damcısı izi qalmır. Xrom örtüyü duş qarışdırıcısının möhkəmliyini və gigiyenasını artırır. Bu materialla örtülmüş kranları təmizləmək asandır.

Duş başlığı

Duş başlığı duş kranının vacib hissəsidir. Duş başlıqlarının da  materialına, funksionallığına, ölçüsünə və s. görə müxtəlif modelləri var. Ən populyar modellər plastik və ya metaldır. Metal duş başlığı daha davamlı və bahalıdır. Plastik duş başlığı daha ucuz, lakin daha az istismar müddətinə malikdir.

Müasir duş başlıqlarının bir neçə su təchizatı və çiləmə rejimi olmalıdır. Sıx, damlama və masaj rejimləri ola bilər. Duş başlığı seçərkən rejimlərin sayına və müxtəlifliyinə diqqət yetirin.

Duş başlığnıın bir digər vacib xüsusiyyəti diametridir. Su təzyiqi yüksəkdirsə, böyük diametrli duş başlığı seçə bilərsiniz. Suyun təzyiqi aşağıdırsa, daha yığcam bir model seçmək məntiqlidir. 

Başlığın formasını da unutmayın: oval, dəyirmi, kvadrat, düzbucaqlı, eksklüziv. Vanna otağınızın dizaynına və ölçüsünə uyğun forma seçməyə çalışın.

Bundan başqa, duş başlıqlarının quraşdırma üsuluna görə də müxtəlif növləri var: divar, tavan, əl. 

Duş şlanqı

Şlanq duş başlığının müntəzəm istifadəsi ilə bükülür və çatlayır. Ona görə də duş şlanqı seçərkən materialın keyfiyyətini nəzərə almaq lazımdır. Çox vaxt şlanqlar elastik plastikdən və ya rezindən hzırlanır və qoruyucu bir örtük ilə örtülür. Metal örgüdən olan örtük hamam otağındakı yüksək rütübət səbəbindən tez paslanır. Gücləndirilmiş plastik örtük isə kəskin temperatur dəyişikliklərinə davam gətirmir. Ən gözəl seçim silikondur. Silikon örtük möhkəmliyi və davamlılığı ilə fərqlənir, amma bahalıdır.