Filter

Paslanmaz Çanaqlar

Paslanmaz çanaqlar – hər mətbəxdə olması vacib olan məhsullar sırasındadır. Adətən daha çox qabların yuyulması və ya nisbətən əllərin yuyulması kimi vacib proseslər üçün istifadə olunan mətbəx çanaqlarının əsas mətbəx vasitələrindən biridir. İsti və soyuq su təmin edən kranlarla birbaşa bağlı olan paslanmaz çanaqlar mətbəxdə istədiyiniz təmizliyi əldə etməyə imkan verir. Düzgün mətbəx çanağı seçməklə mətbəx otağınızı daha funksional məkana çevirə bilərsiniz. Material, dizayn, forma və rəng kimi müxtəlif xüsusiyyətləri ilə bir-birindən fərqli olan paslanmaz çanaqlar hər kəsin ehtiyacını qarşılamağa imkan verir. Mətbəxlərin ən çox istifadə sahəsini əhatə edən çanaqlar 3 əsas hissə olaraq çeşidlənmişdir. İlkin olaraq hövzə mətbəx çanaqları, içindəki suyun hövzədən çıxmasını təmin edən bir drenaj sahəsi ilə təchiz olunmuşdur. Bu məhsullar müxtəlif materiallarda, ölçülərdə və üslublarda olur. Hər bir mətbəx çanağının altında suyun hövzədən çıxmasına imkan verən drenaj sahəsi vardır. Adətən çanağın altında və divarlarının içərisində bir yerə yapışdırılmış şəkildə olur. Mətbəx çanaqları bildiyimiz kimi mətbəx kranları ilə birləşdirilməlidir. Geniş çeşidləri olan mətbəx kranlarını mətbəx çanaqlarına uyğun edərək mətbəxinizi həm qəşəng, həm də funksional məkan kimi göstərə bilərsiniz. Eyni zamanda mətbəx çanaqlarının qiymətini və çeşid zənginliyini gözdən keçirərək mətbəxinizə uyğun aksesuarlarla təchiz edərək gündəlik həyatınıza praktiklik qata bilərsiniz. 

Mətbəx çanaqları evdə geniş istifadə edilən məhsul kimi qəbul edilsə də, daha geniş istifadə sahəsinə malikdir. Ümumiyyətlə, mətbəx çanaqları mətbəx otağınızın əvəz edilməz bir hissəsi kimi ön plana çıxarılmışdır. 

Məhsullar ümumiyyətlə iki gözlü və tək gözlü olmaqla iki hissəyə bölünür. Gözün bir tərəfi qablarınızı qurumağa buraxa biləcəyiniz bir yerdir. Dəzgahınızda kifayət qədər yer varsa əlbəttə ki iki hissəli mətbəx çanaqları sizin üçün daha funksional olacaqdır. Bəzi modellərdə quruma yeri sağ tərəfdə, digər modellərdə isə solda olur. Hansı istiqamət sizə daha uyğun olduğunu müəyyən etdikdən sonra variantlar arasından seçiminizi dəqiqləşdirib mətbəxiniz üçün çanaq seçimini reallaşdıra bilərsiniz. Tək parça olan modellər isə yalnız yuyulma hissəsindən ibarətdir. Xüsusi ilə iş yerlərində və ofislərdə üstünlük verilən tək göz mətbəx çanaqları kiçik məkanlarda funksionallığı ilə ön plana çıxır. Tək göz mətbəx çanaqları modelləri adətən qabyuyan maşına yaxın yerləşdirilə bilər. Lakin iş yerlərində çox yer tutmadığı üçün ümumiyətlə tək gözlü mətbəx çanaqlarına üstünlük verilir. 

Mətbəx çanaqları seçimi edərkən nəyə fikir verməliyik?

Adətən müştərilər qiymət məsələsini önə çıxararaq məhsul seçimində keyfiyyəti ikinci plana keçirməyi düşünürlər. Lakin bu, belə olmamalıdır. Çünki indi qənaət edəcəyiniz məhsul qısa müddət ərzində sıradan çıxdıqdan sonra siz yenidən əlavə xərc çəkməli olacaqsınız. Santexnika bazarında bu mətbəx çanaqları zəif keyfiyyətdə olan məhsulları ucuz, orta keyfiyyətlliləri orta və yüksək keyfiyyətli məhsulları bahalı qiymət olmaqla 3 hissəyə bölmək olar. Nisbətən zəif modellər metaldan hazırlanır, su ilə uzunmüddətli təmasdan sonra tez sıradan çıxır və zərbə zamanı metalın deformasiyaya uğraması halları baş verir. Nisbətən orta keyfiyyət və qiymətdə olan çeşidlər bazarda ən çox satılan məhsullardır. Bu da onların nerjaveyka materialdan olub paslanmaz olmasına dəlalət etdiyi üçün güvən yaratmasına səbəb olmuşdur. Nerjaveyka mətbəx çanaqları həm su ilə təmasda özünü etibarlı göstərmişdir, həm də qiymət baxımından da istifadəçilər üçün əlverişli olmuşdur. Müxtəlif brendlərin markaları isə nerjaveyka olsa da, digər xüsusi özəllikləri ilə məsələn cızılmama, damcını özündə saxlamama özəlliyi ilə digərlərindən fərqlənirlər. Bu da özünü qiymətdə birbaşa göstərmişdir. Adətən müştəriləmizə seçim edərkən mat rəngli paslanmaz çanaqları tövsiyyə edirik. Cızıqları özündə çox əks etdirməyən mat rəngli çanaqlar həmçinin su damcısının rahatlıqla silinməsini təmin edir və özündə ləkəni saxlamır. Orta seqment məhsulların da kiçik qiymət fərqlərinə görə bir-birilərindən fərqlənirlər. Birinin digərinə nisbətən daha sərt toxunuşda cızılmasından tutmuş, zərbəyə qarşı davamlılığına qədər müxtəlif nüanslar qiymət dəyişiminə səbəb olur. 

Bu məhsulları seçərkən çox diqqətli olmalı olan məqamlardan biri də ölçü mövzusudur. Belə məhsullarda material və keyfiyyətdən əlavə olaraq ölçü, forma və rənglərə diqqət etmək lazımdır. Çanaq seçərkən ilk əvvəl nəzərə alınacaq nüans onun formasıdır. Düzgün seçim edilmiş çanaq diqqəti və interyeri özünə cəlb edəcək. Bu modellər kvadrat, dəyirmi, oval, künc və s. formasında olur. Çanaqların dizaynı son dərəcə önəmlidir. Bu zaman məhsullara istənilən forma verilə bilir. Hal hazırda bir qablı və iki qablı, kəpənək formalı çanaqlar seçimlər arasında daha çox üstünlük təşkil edir. 

Həmçinin belə modellərin dərinliyi də nəzərə alınmalıdır. Dərinlik çox olarsa qabların, ərzaqların, əllərin yuyulması daha rahat olur. Suyun sıçramaması üçün çanağın dərinliyinin 180 mm və ya daha çox olması lazımdır.