Filter

Qranit Çanaqlar

    Müasir mətbəxlər öz dizaynı, funksionallığı, görünüşü ilə evdar xanımların işini rahatlıqla aparmağa kömək edir. Mətbəxlərdə müxtəlif qurğularla yanaşı olaraq mətbəx çanaqları da xüsusi yerə sahib olur. Mətbəx çanaqları mətbəxin ən vacib avadanlığı hesab oluna bilər. Mətbəx çanağısız bir mətbəx otağı təsəvvür etmək olmaz, ən çox istifadə olunan bu avadanlıq olmazsa, sanki mətbəx boşmuş kimi təsir bağışlayır.

      Mətbəx çanaqlarının istifadəsinə, rənginə, materialına, forma və ölçülərinə görə fərqlənirlər. Çanaqların dözümlülüyü onun hazırlandığı materialla müəyyən edilir. Bir çox istehsalçılar süni mərmərdən istifadə edirlər. Hal-hazırda ən çox istifadə edilən məhsullar qranit çanaqlardır. Qranit çanaqlar zədələnməyə davamlı məhsullar sayılır. Qranit çanaqlar, mərmər çanaqlara nisbətən daha az qulluq tələb edir və istifadə üçün daha əlverişli məhsullar sayılır. Qranit çanaqların bir çox müsbət cəhətləri vardır.

      Bir çox süni daş və ya qranit çanaqlar istehsal edən brendlər vardır. Bunları bir-birindən fərqləndirən əsas xüsusiyyətləti məhsulun keyfiyyəti, istehsal texnologiyası, məhsulun davamlılığı, materialı və ən əsası isə istifadəyə yararlılığı nəzərə alınır.  Süni daş, yəni qranit çanaqlar bir neçə xammalın birləşməsindən alınır. Bu çanaqların tərkibi təbii mərmər qırıntıları, polimer bağlayıcılar və akril qatranlardan ibarətdir. Xarici görünüş olaraq süni mərmər təbii mərmər ilə eyni görünüşə malik olur. Materialının daha elastik olmasına görə bu çanaq növləri ilə işləmək daha rahat olur. Süni mərmərdən yəni qranitdən hazırlanmış çanaqlar müasirliklə yanaşı, funksionallıq baxımından da üstündür. Bu çanaqların bir çox əsas üstünlükləri vardır, hansı ki performans, davamlılıq, gigiyena və estetika baxımından daha üstün modellər sayılır.

      Süni daşdan olan çanaqlar cəlbedicimüasir görünüşü ilə digərlərindən üstün sayılır.Bu çanaqlar bir çox rəng seçimi ilə mətbəxin dizaynına və interyerinə uyğun olur. Süni mərmərin praktiki olaraq səthində heç bir məsamə yoxdur. Bu, məsamələrə kir, yağ kimi qalıqların toplanmasının qarşısını alır. Bu səbəbdən qranit çanaqlar daha gigiyenik sayılır və bu tip çanaqlar daha rahat təmizlənir, hətta köhnə ləkələr süngər və ya adi yuyucu vasitəsi ilə rahatlıqla aparıla bilər. Xüsusiyyətlərinə görə qranit çanaqlar metal çanaqlardan heç də geri qalmır. Bu çanaqlar temperatur və rütubətin təsiri altında pisləşmir, deformasiyaya uğramır və mexaniki təsirlərə qarşı davamlı olur. Çanaqların bu növü birbaşa günəş şüası, kimyavi yuyucu vasitələrin təsirindən emalını itirmir və rəngini qoruyub saxlaya bilir. Alıcılar səssizlik baxımından da qranit çanaqlara üstünlük verə bilər. Metal mətbəx çanaqlarında su axını zamanı səs daha çox yayılır. Qranit çanaqlar səsi udma funksiyasına malikdir ki, bu, materialını daha sıx birləşməsindən asılıdır.

     Bəzi qranitə oxşar materialdan və ya akrildən hazırlanmış çanaqlardan fərqli olaraq qranit çanaqlarda istiyə davamlılıqləkələrin olmaması bu məhsulu daha çox isifadəyə yararlı edir. Qranit çanaqlarda səthin soyulması, yemək ləkələrinin qalması, mexaniki zədələnmələr baş vermir.

    Qranit çanaqlar ətraf-mühitə uyğun sayılır. Çünki bu növdə olan məhsulların tərkibində kimyəvi və ya zərərli maddələr olmur. Bu kompanentlər insan orqanizmi üçün çox zərərli sayılır. Kimyəvi maddələrin olmaması qranit çanaqların sağlamlıq üçün təhlükəsiz olduğunu tamamilə təsdiqləyir. Çoxsaylı araşdırmalar göstərir ki, bu çanaqların vəziyyətini və görünüşünü xlorid, fosfor, amonyak, hidrogen, yod kimi məhsullar belə pisləşdirmir. Yalnız aseton və nitrat turşusunun qatılaşmış halı kiçik zədələr yarada və qopmaya səbəb ola bilər. Bu çanaqların ən üstün cəhətlərindən biri də rənglərinin solmaması və emalının getməməsidir. Bu məhsulları seçməklə siz daima büdcənizə qənaət etmiş olacaqsınz.

     Bəzi qranitə oxşar materialdan və ya akrildən hazırlanmış çanaqlardan fərqli olaraq qranit çanaqlarda istiyə davamlılıq və ləkələrin olmaması bu məhsulu daha çox isifadəyə yararlı edir. Qranit çanaqlarda səthin soyulması, yemək ləkələrinin qalması, mexaniki zədələnmələr baş vermir.

     Bu məhsulları seçərkən çox diqqətli olmaq lazımdır. Belə məhsullarda material və keyfiyyətdən əlavə olaraq ölçü, forma və rənglərinə diqqət etmək lazımdır. Çanaq seçərkən ilk əvvəl nəzərə alınacaq nüans onun formasıdır. Düzgün formada seçilmiş çanaq diqqəti və interyeri özünə cəlb edəcək. Bu modellər kvadrat formalı, dəyirmi, oval, künc formasında olur. 

Qranit çanaqların rəng seçiminə gəldikdə isə, bu modellərin çox hissəsi məhsulun öz təbii rəngində olur. Ən çox sevilən rənglər ağ, bej, boz, şokolad rəngləridir. Son zamanlar isə qara rəngə tələbat artmışdır. Qranit çanaqların rəngi 8-10 ilə qədər dözümlü olur. Bundan başqa qranit çanaqlar müxtəlif rəng effektləri ilə də dizayn oluna bilər.  

     Qranit çanaqların təmizlənməsi üçün xüsusi bir qulluğa ehtiyac yoxdur. Bu məhsullar xüsusi daş baxım məhsulları ilə və ya adi qab yuma geli ilə təmizlənə bilər. Çanaqda su ləkələrinin yaranmaması üçün xanımlar su və ya sirkədən istifadə edə bilərlər.