Su Qizdirici Aristonlar
Hər bir evin, hər bir ofisin əsas ehtiyaclarından biri su qızdırıcılarıdır. İsti su əldə etmək üçün olan qızdırıcıların bir neçə növləri var. Bu növlərdən biri də elektrikli su qızdırıcılarıdır. Bəzi insanlar bu qızdırıcıları Ariston adlandırır. İstər qışda isti suya ehtiyac duyulan vaxt olsun, istərsə də gündəlik həyatın komfortunu artırmaq üçün, elektrikli su qızdırıcılar həyatımızı olduqca asanlaşdırır.Bu blogda elektrikli su qızdılrıcıları haqqında ətraflı məlumat verəcəyik. Elektrikli su qızdırıcılarının modelləri, növləri, brendləri və xüsusiyyətləri haqqında ətraflı məlumatınız olacaq.
Elektrikli su qızdırıcı dedikdə nə nəzərdə tutulut? Elektrikli su qızdırıcı, adından da göründüyü kimi, elektrik enerjisi vasitəsilə suyu qızdıran cihazdır. Bu cihazların əsas vəzifəsi, soyuq suyu müəyyən temperaturadək qızdıraraq isti su ehtiyacını təmin etməkdir. Elektrikli su qızdırıcıları iki əsas növdə olur: Birinci növ Axın tipli su qızdırıcıları-su cihazın içindən axdığı zaman dərhal qızdırılır. Yəni su anında isinir. İkinci növ isə Toplu (çənli) su qızdırıcılar – müəyyən həcmdə suyu çəndə saxlayır və ehtiyac olduqda həmin suyu istifadəçi üçün hazır vəziyyətdə saxlayır. Ümumilikdə elektrikli su qızdırıcılarının qazlı modellərə nisbətən üstünlükləri vardır.
Təhlükəsizlik: Elektrikli modellərdə qaz sızması və ya alov riski yoxdur. Bu qızdırıcılaq buna görə təhlükəsiz sayılır və daxili məkanlarda rahatlıqla istifadə oluna bilir.
Quraşdırma rahatlığı: Qaz çəkilişi tələb etmir, sadəcə elektrik bağlantısı kifayətdir. Bu sistem həmdə əlavə xərclərin qarşısını alır.
Enerji səmərəliliyi: Müasir Ariston modelləri kimi elektrikli su qızdırıcılar enerji sərfiyyatını azaldan ağıllı sistemlərlə təchiz edilir. Enerji səmərəliliyi sizin büdcənizə qənaət etməyə şərait yaradacaq.
Dizayn: Yeni nəsil horizontal su qızdırıcılar həm şaquli, həm də üfüqi quraşdırıla bilər, bu da məkanda yerə qənaət etməyə imkan verir. Kiçik və hündürlüyü az olan hissələrdə horizontal su qızdırıcılardan istifadə etmək əlverişliliyi artırır.
Hazırda bir çox insanlar Elektrikli su qızdırıcısı dedikdə Ariston nəzərdə tutur. Ariston bir su qızdırıcı markasının adıdır. Ariston markası uzun illərdir bu sahədə liderdir. Ariston elektrikli su qızdırıcıları yüksək keyfiyyəti, davamlılığı və enerji səmərəliliyi ilə seçilir. Ariston qiymətləri modellərə, tutumuna və texnoloji xüsusiyyətlərinə görə dəyişir. Ariston brendinin Ariston Pro 1, Ariston Lydos modelləri mövcuddur.
Əgər məkanda yer azdırsa, horizontal su qızdırıcılar sizin üçün ideal seçim ola bilər. Bu cihazlar divarın üfüqi istiqamətində quraşdırılır və həm estetik, həm də praktik baxımdan çox əlverişlidir. Bu qızdırıcılar az yer tutması, rahat quraşdırılması və səssiz işləmə rejiminə görə üstünlük təşkil edir.
Elektrikli Su Qızdırıcısı Seçərkən Nələrə Diqqət Etmək Lazımdır? İlk pncə nəzərə alınmalı hissələrdən biri qızdırıcının su tutumudur. Su tutumunu ailə üzvlərinin sayına və istifadə edilən suya görə nəzərə almaq lazımdır. Tək və ya 2 nəfərlik ailələr üçün 50-80 litrlik su qızdırıcısı, 3-5 nəfərlik ailələr üçün isə 100 litrlik kifatət edir. Böyük ofislərdə və ya ailə üzvlərinin sayı çox olan mənzillərdə 150-200 litrlik iri həcmli aristonlardan da istifadə edə bilərsiniz. Su qızdırıcısı seçərkən ikinci diqqə etməli olduğunuz hissə enerji sərfiyyatıdır. Enerji səmərəliliyi olan modellər almağnız sizin büdcənizə qənaət edəcək.
Su qızdırıcılarının quraşdırılması zamanı suyun təzyiqinə mütləq nəzarət etmək lazımdır. Quraşdırılma zamanı Vertical aristonlar şaquli istiqamətdə quraşdırılır və bu növdə olan modellər daha geniş çənə malik olur. Horizontal aristonlar yəni üfiqi quraşdırılanlar isə mətbəxdə hamamda daha az yer tutması və dar məkanlara rahat yerləşməsi ilə seçilir. Bu tip modellər nisbətən az ölçüyə sahib olur.
Hazırda elektrikli su qızdırıcıları bir neçə markada bazarda mövcuddur. Bunlardan ən geniş yayılmış modeli Ariston modelləridir. Ariston modelləri İtaliya istehsalıdır. Bununla yanaşı Rusiya istehsalı Aristonlar, Çin istehsalı Termex modelləri , Termal modelləridə mpvcuddur.
Elektrikli su qızdırıcılarının quraşdırılması zamanı mütləq diqqət edilməli mövzular bunlardır.
- Cihazın elektrik təchizatı sabit və torpaqlanmış olmalıdır. Bu elektriklə bağlı problemlərdə təhlükəsizlik üçün ən vacub nüansdır.
- Su təzyiqi cihazın texniki göstəricisinə uyğun olmalıdır. Əgər mənzilinizdə və ya ofislərinizdə suyun təzyiqi çoxdursa yaxşı olardı ki su tənzimləyici qoyasınız. Bu sizin məişət avadanlıqlarınızı , istilik sistemlərinizi və hamamda istifafə olunan digər avadanlıqlarıda qoruyacaq. Bunun sayəsində avadanlıqların istifadə ömrü uzanacaqdır.
- İsti su çıxışı və soyuq su girişi düzgün istiqamətdə qoşulmalıdır. Quraşdırılma zamanı buna diqqət edilməlidir.
- Hər 6 aydan bir daxili çən təmizlənməlidir.
- Anod çubuğu (korroziyadan qoruma) ildə bir dəfə yoxlanmalıdır.
- Termostatın işlək vəziyyətdə olduğuna əmin olunmalıdır.
Bu qaydalara əməl etməklə elektrikli su qızdırıcınızın ömrünü 2–3 dəfə artıra bilərsiniz.
Elektrikli su qızdırıcıların qiymətləri Brendlərə, istehsalçı ölkələrə və ölçülərə görə dəyişə bilir. İtaliya istehsalı Ariston modlləri 300-400 azn arası dəyişdiyi halda Rusiya istehsalı Ariston modelləri 200-350 azn arası dəyişir. Termex və Termal modelləri Çin istehsalıdır. Çin istehsalı olan modellər isə 170-200 manat aralığında dəyişir.
Elektrikli su qızdırıcılarında enerjiyə qənaət üçün bir neçə yolu vardır. Enerji qənaəti yalnız cihazın texnologiyasından deyil, həm də istifadə qaydasından asılıdır. Ariston elektrikli su qızdırıcılar bu baxımdan istifadəçiyə bir neçə üstünlük təqdim edir. Birinci olaraq ECO rejimi suyun istiliyini optimal səviyyədə saxlayaraq artıq enerji sərfiyyatını azaldın. Məsələn, suyu 60°C-dən yuxarı qızdırmağa ehtiyac yoxdur bu həm qənaət, həm də cihazın ömrünün uzanması deməkdi.r. İkinci əsas nüans Qızdırıcını lazım olmayan vaxtlarda söndürməkdir. Əgər uzun müddət evdə deyilsinizsə, cihazı tam söndürmək daha doğrudur. Bu, həm elektrik sərfini azaldır, həm də daxili hissələrin fasiləsini təmin edir. Digər üsul isə köhnə modellərdə su çəni istiliyi tez itirə bilər. Əlavə izolyasiya materialı istifadə edərək bu itkini azaltmaq mümkündür.
Bir çox istifadəçi elektrikli su qızdırıcılardan düzgün istifadə etmədiyi üçün problem yaşayır. Peşəkar ustaların fikrincə, ən çox rast gəlinən səhvlərtorpaqlama edilmədən aristonun qoşulmasıdır. Bu, həm təhlükəlidir, həm də cihazın elektron sistemini sıradan çıxara bilər. Digər çox edilən səhvlərdən biri Temperaturun lazımından daha çox yüksəyə qoyulmasıdır. 70 dərəcədən yuxarı temperatur cihazın ömrünü azalda bulər.
ƏGər evinizdə və ya ofisinizdə uzunmüddətli, təhlükəsiz və qənaətli su qızdırıcısına ehtiyacınız varsa, Master.az ideal seçimdir. Bizim saytımızda həm horizontal su qızdırıcılar, həm də şaquli modellərlə mövcuddur. Qiymətlər isə fərqli büdcələr üçün əlçatandır.Unutmayın ki, düzgün seçilmiş bir su qızdırıcısı yalnız rahatlıq deyil, həm də enerji qənaəti və uzunömürlülük deməkdir.












































