Hamam aksesuarlari qiymetleri
Hamam Aksesuarları və Avadanlıqları
Hamam otağı evin ən vacib və eyni zamanda ən fərdi məkanlarından biridir. Bu məkan həm gigiyena, həm də rahatlıq üçün nəzərdə tutulur.. Müasir ev dizaynında hamam avadanlıqları artıq sadəcə ehtiyac deyil həm də zövq və komfort göstəricisidir. Əgər siz yeni ev tikir, təmir edir və ya hamamınızı yeniləmək istəyirsinizsə, doğru hamam aksesuarları seçimi çox önəmlidir.Bu blogda biz moydadır,kranlar,unitaz, unitaz baçoku, asma unitaz, duş kabin, vanna, güzgü, dəsmal qurudan və digər vacib hamam avadanlıqları haqqında ətraflı danışacağıq.
Hamam aksesuarlarının funksiyası nədən ibarətdir?
Hamamda istifadə olunan hər bir aksesuar — dizaynın, funksionallığın və rahatlığın ayrılmaz hissəsidir.
Düzgün seçilmiş avadanlıqlar:
- Gündəlik istifadədə rahatlıq yaradır,
- Suya, rütubətə və temperatur dəyişikliklərinə dözümlü olur,
- Məkanın ümumi görünüşünü tamamlayır,
- Təmizliyi və gigiyenanı asanlaşdırır.
Beləliklə, hər bir aksesuar — moydadırdan tutmuş dəsmal qurudana qədər — bir-birini tamamlayan sistemin parçasıdır.
Moydadır, hamamda ən çox istifadə edilən avadanlıqlardan biridir. O, həm lavabo, həm saxlama yeri, həm də dizayn elementi funksiyasını daşıyır.
Moydadır seçərkən diqqət etməli cəhətlər:
- Rütubətə davamlı material,
- Hamam ölçüsünə uyğun forma (divara montaj, yerüstü və s.),
- Aşağı hissədə saxlama bölməsi və ya dolablar.
Suya davamlı moydadır modelləri hazırda həm keyfiyyət, həm də qiymət baxımından ən çox seçilənlərdəndir. Onlar müasir dizayn, uzunömürlülük və praktik istifadə imkanı ilə seçilirlər.
Hamam kranları hər gün istifadə olunan ən vacib elementlərdən biridir. Müasir kran modelləri təkcə suyu açmaq üçün deyil, həm də enerjiyə və suya qənaət üçün nəzərdə tutulub.
- Tülpan kranları – moydadır və tülpanların üzərində quraşdırılır,
- Duş kranları – duş sistemi ilə birləşdirilən modellər,
- Tualet kranları – isti və soyuq su qarışdırıcılı,
- Sensorlu kranlar – avtomatik işləmə mexanizmi ilə gigiyenik və modern variant.
Kran seçərkən Latun materialdan hazırlanmış modellərə üstünlük verilməlidir. Bu cür kranlar uzunömürlüdür və suyun təzyiq dəyişikliklərinə qarşı davamlı olur.
Unitaz hər bir hamam otağında əsas gigiyena elementi sayılır. Onun dizaynı, mexanizmi və forması rahatlıq baxımından mühüm rol oynayır.
Ən çox istifadə olunan modellər:
- Ayaqüstü (klassik) unitaz,
- Asma unitaz,
Unitaz seçərkən diqqət etmək lazımdır:
- Səssiz su axını sistemi,
- Yumşaq qapanan qapaq (soft-close),
- Yüksək keyfiyyətli keramika,
- Az su sərf edən sistem.
Asma unitazlar son illərdə çox məşhurdur — çünki həm estetik, həm də təmizliyi asanlaşdırır.
Divar içi baçok (gizli unitaz baçoku) müasir hamam dizaynında ən çox seçilən sistemlərdən biridir. Bu tip baçoklar asma unitazlarla birlikdə istifadə olunur və su çəni divarın içərisində gizlədilir. Nəticədə həm minimalist, həm də təmiz görünüş əldə edilir. Divar içi baçokların üstünlükləri çoxdur:
- Səssiz işləmə – su buraxma və doldurma prosesi az səs çıxarır,
- Yer qənaəti – gizli sistem olduğundan hamam daha geniş görünür,
- Təmizlik rahatlığı – döşəmənin altı hissə boş qalır, bu da yuyulmanı asanlaşdırır.
Ən çox Almaniya və Türkiyə istehsalı divar içi baçok sistemləri etibarlılığı ilə seçilir. Onların bəzilərində iki mərhələli su axını sistemi olur — bu, həm suya qənaət edir, həm də ekoloji baxımdan daha uyğundur. Estetik dizayn, texniki keyfiyyət və funksionallığın birləşdiyi bu sistemlər müasir hamamların ayrılmaz hissəsinə çevrilib.
Duş kabinlər həm su sərfini azaldır, həm də hamamın təmizliyini qoruyur. Bundan əlavə, duş kabin qiymətləri hər büdcəyə uyğun çeşiddə təqdim olunur. Sadə modellərdən tutmuş, hidromassaj funksiyalı və buxar generatorlu lüks variantlara qədər geniş seçim imkanı var.
Duş kabin modelləri
- Künc modellər – Kiçik hamam otaqları üçün yerə qənaət edən variantdır.
- Oval və dairəvi kabinlər – Daha geniş hamamlar üçün estetik və zərif görünüş yaradır.
Duş kabin seçərkən yalnız dizayna deyil, həm də keyfiyyətə, suya davamlılığa və zəmanətə diqqət yetirmək vacibdir. Uzunömürlü və funksional bir model həm gündəlik rahatlığınızı təmin edəcək, həm də hamamınıza müasir görüntü qazandıracaq.
Unutmayın ki, düzgün seçilmiş duş kabin həm rahatlıq, həm də səliqə baxımından evinizdə vacib rola malikdir.
Dəsmal quruducuları hamam otağında təmizlik və rahatlıq üçün vacibdir. Məhz bu baxımdan dəsmal quruducuları, digər adı ilə suşulka, həm funksional, həm də estetik baxımdan hər bir hamam üçün ideal seçimdir. Bu aksesuar təkcə dəsmalların tez qurumasına deyil, həm də hamamın içərisindəki rütubətin azalmasına kömək edir.
Dəsmal quruducularının ən böyük üstünlüyü — dəsmalların daim quru və isti qalmasıdır. Xüsusilə soyuq aylarda nəm dəsmallar həm narahatlıq yaradır, həm də bakteriya yığılmasına səbəb olur. Suşulka bu problemi tamamilə aradan qaldırır. İstilik yayaraq dəsmalları tez qurudur və eyni zamanda hamamın havasını təravətli saxlayır. Bundan əlavə, müasir dəsmal quruducu modelləri həm elektriklə işləyən, həm də su sisteminə qoşulan variantlarda istehsal olunur. Elektrikli modellər montaj və istifadə baxımından daha rahatdır, su dövriyyəli modellər isə enerjiyə qənaətlidir və uzunömürlüdür.
Bugünkü bazarda paslanmayan poladdan, nerj materialdan müxtəlif dizaynlarda çox sayda modellər mövcuddur. Divara asılan və ya sərbəst dayanan variantlar fərqli hamam ölçülərinə uyğun olaraq seçilə bilər. Minimalist üslubdan tutmuş klassik formaya qədər hər zövqə uyğun suşulka modelləri tapmaq mümkündür. Dəsmal quruducu qiymətləri modelin materialına, ölçüsünə və istehsal ölkəsinə görə dəyişir. Yüksək keyfiyyətli paslanmaz materialdan hazırlanan modellər uzun müddət problemsiz işləyir və hamamınıza həm funksionallıq, həm də estetik görünüş qazandırır.
Hamam vannaları evdə rahatlıq və istirahət məkanı yaratmaq üçün əsas elementlərdən biridir. Vanna yalnız yuyunmaq üçün deyil, həm də gündəlik stressdən azad olmaq və bədəni rahatlatmaq üçün ideal vasitədir. Müasir bazarda müxtəlif vanna modelləri mövcuddur ki, hər bir istifadəçinin tələblərinə cavab verir.
Akril vannalar – Yüngül, təmizlənməsi rahat və müxtəlif ölçülərdə mövcuddur. Akril material istiliyi yaxşı saxlayır və vannada uzun müddət isti su ilə rahatlıq təmin edir. Vanna alarkən ölçü, material, dizayn və funksionallıq önəmlidir. Kiçik hamamlar üçün kompakt modellər, geniş hamamlar üçün isə böyük və lüks variantlar daha uyğundur. Həmçinin, vanna qiymətləri seçdiyiniz material və modelə görə dəyişir.
Trap, hamam və duş otaqlarında suyun düzgün şəkildə axıdılmasını təmin edən və sızmaların qarşısını alan əsas elementlərdən biridir. Onun əsas funksiyası suyu kanalizasiya sisteminə yönləndirmək və eyni zamanda kanalizasiya qoxularının otağa yayılmasının qarşısını almaqdır. Müasir interyer dizaynında trap modelləri həm funksional, həm də estetik baxımdan mühüm rol oynayır.
Gizli traplar son illərdə ən çox seçilən modellərdəndir.Bu traplara seramik (ceramik) traplarda deyirlər. Onların əsas üstünlüyü – estetik baxımdan görünməz olmalarıdır. Bu traplar döşəmənin səthinə tam inteqrasiya olunur və yalnız kiçik bir xətt şəklində su axını hissəsi görünür. Bu, xüsusilə müasir hamam interyerləri üçün ideal seçimdir. Gizli traplar həm suyun axmasını təmin edir, həm də hamamda təmiz və səliqəli görünüş yaradır.
Traplarda əks klapan xüsusilə su geri axını və qoxu keçməsi problemini aradan qaldırmaq üçün hazırlanıb. Klapan sistemi sayəsində kanalizasiyadan gələn hava və su axınları qarşısı alınır, beləliklə, hamam otağında xoşagəlməz qoxuların yaranması mümkünsüz olur. Bundan əlavə, klapanlı traplar çox vaxt duş kabinlərində və kiçik hamamlarda istifadə olunur, çünki onlar həm funksional, həm də səliqəli quruluşa malikdir.
Trap seçərkən nələrə diqqət etmək lazımdır? Düzgün trap seçimi uzunmüddətli rahatlıq və təhlükəsizlik üçün vacibdir. Seçim zamanı aşağıdakı məqamları nəzərə almaq lazımdır:
- Ölçü və forma – Otağın ölçüsünə və döşəmə quruluşuna uyğun trap seçin.
- Material – Seramik, paslanmayan polad və ya plastik trap modelləri fərqli davamlılıq səviyyəsinə malikdir.
- Funksionallıq – Gizli, klapanlı və ya klassik trap modellərindən ehtiyacınıza uyğun olanı seçin.
- Təmizləmə rahatlığı – Asan təmizlənən modellər uzunmüddətli istifadədə böyük üstünlük yaradır.
Müasir hamam və duş otaqlarında trap təkcə texniki bir detal deyil, həm də dizaynın vacib hissəsidir. Gizli traplar minimalist görünüşü ilə müasir interyerlərə uyğun gəlir, seramik traplar davamlılıq və zəriflik təmin edir, klapanlı traplar isə su və qoxu keçməsini tam qarşısını alır.
Hamam güzgüləri həm funksionallıq, həm də dekorativ görünüş baxımından hamam otağının ən vacib hissələrindən biridir. Düzgün seçilmiş güzgü həm məkanın vizual genişliyini artırır, həm də işıqlandırmanı daha effektiv edir. Müasir hamam interyerlərində işıqlı güzgü modelləri xüsusilə populyardır, çünki onlar həm praktiklik, həm də zərif görünüş təmin edir.
Hamam güzgüsü seçərkən otağın ölçüsünə və interyer tərzinə diqqət yetirmək vacibdir. Kiçik sahəli hamamlar üçün dairəvi və ya künc modellər, geniş məkanlar üçün isə böyük düzbucaqlı güzgülər məkanın balansını qoruyur. Çərçivəsiz, minimal dizaynlı və ya metal kənarlı modellər həm müasir, həm də klassik interyerlərdə uyğunluq yaradır. İşıqlı güzgü həm gündəlik istifadə üçün rahatlıq yaradır, həm də hamam otağında müasir bir atmosfer formalaşdırır. Bu modellər LED işıqlandırma ilə təchiz olunduğu üçün enerji sərfiyyatı az, işıq keyfiyyəti isə yüksək olur. İşıqlı güzgülər makiyaj, üz baxımı və gündəlik gigiyena üçün ideal şərait yaradır.
Hamam aksesuarları hər bir hamam otağının həm funksional, həm də estetik görünüşünü tamamlayan vacib detallar hesab olunur. Düzgün seçilmiş aksesuarlar sayəsində həm rahatlıq təmin edilir, həm də məkan daha səliqəli və müasir görünür.
Hamamda asılqan və dəsmal asanlar gündəlik istifadə üçün zəruri aksesuarlardandır. Onlar həm dəsmalların səliqəli saxlanmasını, həm də nəm qalmasının qarşısını alır. Paslanmayan metal və ya xrom materialdan hazırlanan modellər həm davamlı, həm də estetik baxımdan cəlbedicidir.
Sabun qabı və maye sabun dispenserləri həm gigiyena, həm də səliqə baxımından mühüm rol oynayır. Müasir sabun qabları şüşə, keramik və ya metal materiallardan hazırlanır və hamamın ümumi dizaynına uyğun seçilə bilər. Bu aksesuarlar həm təmizliyi, həm də vizual harmoniyanı təmin edir.
Hamamda zibil qabı nizam-intizam və təmizlik üçün vacibdir. Kompakt və paslanmayan modellər həm praktik, həm də uzunömürlüdür. Bundan əlavə, diş fırçası qabları, güzgü yan rəfləri və kiçik saxlama qutuları da hamamın funksionallığını artırır.












































