Yardım və Tez-tez Verilən Suallar

Yardım və Tez-tez verilən suallar​

Narahat olmayın, biz həmişə sizinləyik!

  • Çatdırılma Bakı şəhəri və Bakı ətrafı, həmçinin Respublika üzrə həyata keçirilir.
  • Sifarişdə olan məhsulun və ya məhsulların toplam dəyərinə və sifariş verilmiş məhsullara əsasən qarafik təyin olunmuşdur. Əgər sifarişdə olan məhsulun və ya məhsulların toplam dəyəri 300 azn-dan aşağıdırsa Bakı şəhəri daxilində 10 AZN , şəhərətrafı 20-25 azn və rayonlara individual hesablanaraq ödəniş tələb edilir. Əgər sifarişin ümumi dəyəri 300 azn-dan çoxdursa şəhərdaxili , 1000 azn-dan çoxdursa şəhər ətrafı, 1500 azn-dan çoxdursa bölgələrə çatdırılma pulsuzdur.
  • Şəhərdaxili saat 11.00-a qədər olan sifarişlər eyni günün saat 18.00-a qədər çatdırılır. Saat 11.00-18.00 arası verilən sifarişlər isə növbəti gün saat 10.00-dan 18.00-ə qədər çatdırılır.
  • Sifarişlər binaların və ya fərdi yaşayış evlərinin girişinə qədər çatdırılır.

Məhsullar fiziki yoxlama yolu ilə müştərilərə təhvil verilir.
Qeyd: Çatdırılmanı şirkətin şəxsi maşınları və əlavə yük taksi xidmətləri ilə təşkil edirik. Quraşdırılma isə məhsuldan asılı olaraq dəyişir. İstənilən məhsulu bizdən sifariş verdikdən sonra əməkdaşlarımıza bildirərək usta xidmətindən yararlana bilərsiniz. Quraşdırılma xərcləri və şərtləri sifarişdən sonra usta ilə danışıqdan sonra bildiriləcək.

Sifariş vermək üçün www.master.az saytına daxil olaraq, məhsulları seçib, səbətə ataraq verə bilərsiniz, həmçinin ünvana yaxınlaşaraq birbaşa anbardan əldə bilərsiniz və 050 272 11 33 nömrəsinə yaza yaxud zəng edərək çatdırılma xidmətindən yararlanaraq verə bilərsiniz.

Master.az onlayn satış şəbəkəsindən ünvana gəlmədən bir kliklə məhsulların sifarişini verə bilərsiniz. Çatdırılma xidməti sifarişinizi qapınıza gətirəcək. Lakin şourum da mövcuddur. Ünvan: Dərnəgül Ziya Bünyadov pr.328 AS TEXNİKA binasının yanı. Ətraflı: 050 272 11 33

Master.az sizin üçün geniş çeşiddə, hər zövqə uyğun və hər qiymətə Hamam, Mətbəx, Santexnika, İstilik-sistemləri və Elektik məhsullarının satışını həyata keçirir. Hər zövqə uyğun su kranları, moydadırlar, duş kabinlər, vannalar və hamam akseusarları, həmçinin Mətbəxiniz üçün moykalar, mətbəx kranları və isti döşəmə borularından onların hər bir aksesuarına kimi satış mövcuddur. Elektrik sahəsində kabellər və razetka-vkuluçatellər seçimini də rahatlıqla edə bilərsiniz.

Kredit və hissəli ödəmə yoxdur. Master.az onlayn satış şəbəkəsi məhsullarını münasib qiymətə təklif etdiyi üçün yalnız nağd alışla satış həyata keçirir. Məhsulları nağd qiymətə alaraq cibinizə qənaət edə bilərsiniz. Nəzərinizdə saxlayın ki, məhsulu kreditlə əldə etdikdə nağd alışla qiymətdən yüksək olur.

master.az şəbəkəsindən alınan məhsullar alındığı tarixdən etibarən ( lakin alınma günü nəzərə alınmamaq şərti ilə) 14 təqvim günü ərzində dəyişdirə və ya qaytara bilər. Bu, aşağıdakı şərtlər əsasında həyata keçirilir:
1. Məhsul və komplektasiyasına daxil olan hissələrin əmtəə görünüşü saxlanılıbsa (mexaniki zədələr, cızıqlar, sürtülmələr yoxdursa, birdəfəlik (blister) qablaşdırmalı məhsullar üçün isə – qablaşdırma açılmayıbsa);
2. Zavod plombu, qoruyucu örtüyü, yarlığı saxlanılıbsa;
3. Məhsulda istifadə izləri aşkarlanmayıbsa.
Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri istehlakçıların hüquqlarının müdafiəsi haqqında  Azərbaycan Respublikasının qanunu əsasında tənzimlənir.
Əgər məhsul nağdsız ödənişlə əldə olunubsa, ödənişin geri qaytarılması ilə bağlı mağaza tərəfindən istehlakçının müştərisi olduğu banka sorğu göndərilir. Ödəniş bank tərəfindən adətən 3-4 iş günü ərzində müştərinin kartına geri qaytarılır.
Dəyişdirilmə və qaytarılma şərtləri ilə bağlı istənilən sualınızı 050 272 11 44 nömrəsinə zəng edərək, yaxud birbaşa ünvana yaxınlaşaraq bildirə bilərsiniz.

master.az olaraq respublikanın istənilən ərazisinə çatıdırılma edirik. Sifarişi sayt üzərində yaxud WhatsApp vasitəsi ilə etdikdən sonra ünvan müəyyənlışdikdə individual olaraq sifariş həcmindən asılı olaraq çatdırılma xərci qeyd olunacaq. Bizə güvənə bilərsiniz.

  • Ödəmə aşağıdakı şəkillərdə mümkündür:
  • Online sifariş zamanı Online ödəmə birbaşa sayt üzərindən. Həmçinin Card to card, Mərkəzdə terminal, mərkəzdə nağd, qapıda nağd ödəniş sistemləri keçərlidir.

    Qeyd: Kredit kartları və hissəli ödəmə kartları (birkart, tamkart, bolkart, albali və s.) keçərli deyil. Yalnız debet kartları keçərlidir.
  • Master.az onlayn sifariş xidməti 24 saat keçərlidir. Sifarişi səbətə atıb, rəsmiləşdirdikdən sonra qısa vaxt ərzində məhsulun çatdırılması həyata keçiririk. Şourum isə hər gün 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

    satış meneceri – +994 50 272 11 33
    Texniki şöbə – +994 50 272 11 44
    koorporativ – +994 70 272 11 55
    mail: [email protected]

Daha çox sualınız var? Bizimlə əlaqə saxlayın