Kateqoriyasız

Su kranlarının növləri

Günümüzdə evlərimizdə işlənən kranların arasındakı fərqləri bilirsizmi?

Düşünürük ki, evdə vaxt keçirmənin ən yaxşı tərəflərindən biri də evin təmiri layihələrinə kifayət qədər vaxt ayırmaqdır. Bu layihələri evdə nə qədər çox ediriksə, bir o qədər köhnə materiallar diqqətimizi cəlb edir. Misal üçün: kranlar.

İkiqat və tək su giriş kranı nədir?                                           

Kranın tək su girişinin olması o deməkdir ki, krandan gələn müəyyən temperaturda suyun birbaşa axmasıdır. Adından göründüyü kimi, ikiqat su giriş kranında isti və soyuq su girişi üçün iki ayrı əlaqə var. Suyu istifadəçinin istəyinə uyğun olaraq iki fərqli temperaturda axıdır.

Fotosel(sensor) kranlar nədir?                                                

Fotosel kranlar istifadəçilərin gigiyenasını təmin edir və suya qənaət edir. Fotoselli kranlar istifadəçinin əlini krana yaxınlaşdırdığı zaman açıldığı üçün lazımsız yerə su sərf etmir, onlara toxunmadan açıldığı üçün təmiz qalır və istifadəçinin əlini çirkləndirmir.

Rəngli kranlar                                                                    

Standart kran rənglərindən sıxılanlar üçün rəngli kranlar möhtəşəm seçimdir. Qara rəngli kranlar soyuq rəngləri sevənlər üçün uyğun olsa da, dizaynda istiliyi sevənlər üçün qızılı rəngli kranlar uyğun olacaq.

Kranlarda aerator lazımdırmı?                                                   

Aerator ən çox yayılmış kran hissələrindən biridir. Ancaq az adam onun varlığından və funksiyasından xəbərdardır. Aerator kranın su çıxışına yerləşdirilən kiçik bir hissədir. Aerator su axınını çoxlu kiçik su axınlarına bölən kiçik bir məhsuldur. Aerator həmçinin ətrafa su sıçrayışının qarşısını alır. İki növ kran aeratorlar var: biri duş başlığında olanlar, digəri isə mətbəx və vanna otağında istifadə olunan standart kranlardır. Kran aeratorlarının əsas məqsədi:                          

•Su sıçrayışının qarşısını alır,                                                                      

•Su təziqini tənzimləyir.

 

Geri siyahıya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.