Seksiyalı radiator qiymetleri- 2026
mehman zameddinov2025-11-10T13:06:36+04:00Evlərdə, ofislərdə, qapalı məkanlarda istiliyin bərabər şəkildə yayılmasını təmin edən əsas avadanlıqlardan biri radiatorlardır. Radiator istilik mənbəyindən (kombi, mərkəzi sistem və ya qazanxana) gələn isti suyu öz daxili kanalları vasitəsilə dövr etdirərək otağın havasına istilik ötürən avadanlıqdır.. Yəni radiatorun əsas funksiyası suyun istiliyini otağın havasına keçirməkdir. Müasir dövrdə bazarda çoxsaylı radiator modelləri mövcuddur və onların arasında dilim radiatorlar (seksiya radiatorlar)həm texniki göstəriciləri, həm də dizayn baxımından ən çox üstünlük verilən növlərdən biridir. Radiator kombidən gələn, dövriyyə edən isti su soyuduqca yenidən kombiyə qayıdır, orada qızdırılır və dövri proses davam edir. Bu dövriyyə sayəsində otaq daxilində bərabər temperatur paylanır.
Dilim radiator, bir neçə hissədən (dilimdən) ibarətdir. Hər dilim bir istilik kanalıdır və bu kanallar birləşdirilərək istənilən uzunluqda radiator hazırlana bilr.Dilimlərin sayına görə radiatorun gücü arıb və azala bilir.
Günümüzdə bugünkü bazarda dilim radiator modelləri çox müxtəlifdir. Əsas fərq onların materialına, dizaynına , texniki gücünə və rənginə görə yaranır. Ən çox yayılmış modellər Alminium dilim radiator modelləridir Alminium radiatorlar yüngül, müasir dizaynlı və istiliyi tez ötürən modellərdir. Bu material yüksək istilik keçiriciliyinə malik olduğu üçün qısa zamanda otağı qızdırır. Bu radiatorlar enerjiyə qənaət edir və quraşdırılması asan olur. Alminium radiatorlar çuqun radiatorlara və panel radiatorlara nisbətən zərif və müasir görünüşə malikdir. Alminium radiatorlar uzunömrlüdür və alminium olduğu üçün paslanmaya davamlıdır. Alminium radiatorla yanaşı çuqun və bimetal dilim radiatorlar da mövcuddur.
Doğru radiator seçmək üçün aşağıdakı məqamlara fikir vermək vacibdir:
Otağın sahəsi və hündürlüyü – Radiatorun gücü otaq ölçüsünə uyğun olmalıdır. Otağın kvadratı və hündürlüyü mütləq şəkildə nəzərə alınmalıdır. Bundan əlavə olaraq otağın istilik itkisinə qarşı izolyasiyalı olub-olmaması da nəzərə alınmalıdır.
Kombi gücü və təzyiq səviyyəsi – Xüsusilə bimetal radiatorlar yüksək təzyiqli sistemlər üçün uyğundur.
Material keyfiyyəti və istehsalçı brend – Ucuz, amma keyfiyyətsiz modellər daha tez sıradan çıxır. Buna görə də keyfiyyətli və təzyiqə davamlı radiator seçilməlidir.
İstilik çıxışı (kcal və ya W) – Radiatorun istilik ötürmə gücü göstərir. Hər bir radiatorun istilik ötürmə gücü fərqli ola bilər. Bu radiatorun materialından, çəkisindən və istehsal texnalogiyasından aslıdır.
Dilim radiatorları digər radiatorlardan üstün edən əsas cəhəti istənilən ölçüyə və istənilən gücə uyğunlaşdırılmasıdır. Dilim radiatorlar Modul quruluşu sayəsində istənilən qədər artılıra bilər. Standart olaraq hər bir brendin radiatoru bir bağlamada 10 dilim olur. Lakin bu dilimlərin sayı artırılıb azaldıla bilir. 3, 8, 11, 15 istənilən dilim sayını hazırlamaq, bir-birinə bağlamaq mümkündür. Dilim radiatorlar az su ilə yüksək istilik verimi əldə edə bilir. Bu xüsusiyyətinə görə müasir kombilərlə tam uyğunlaşır və enerjiyə qənaet edir. Estetik görünüşlü radiatorlar hər interyerə uyğunlaşır. Dilim radiatorların rəngli radiator modelləri və müxtəlif ölçüdə radiator olan modelləri mövcuddur. Radiatorlar standart olaraq hündürlükləri 50 sm olur. Bununla yanaşı kiçik ölçülü radiatorlar ( 25 sm. 30sm, 35 sm, 45 sm bu ölçülər oxlar arası məsafəni göstərir ) və ya böyük ölçülü radiatorlarda (120 sm, 140 sm, 160 sm, 180 sm, 200 sm) mövcuddur. Hündür olan radiatorlara vertikal radiatorlar da deyilir.
Dilim radiatorların qiyməti bir çox amillərdən aslıdır. Radiatorların qiymətləti arasında ən mühüm fərq radiatorun çəkisinə görə , istehsal ölkəsinə və rənginə görə olan fərqdir. Hazırda dilim radiator qiymətləri 9-25 azn arasında dəyişir. Ölkəmizdə bir çox ölkənin radiatorları mövcuddur. Türkiyə, İtaliya, Rusiya, Çin və s. Ən tanınmış brendlərdən olan İtaliya istehsalı radiator Global, Fondital, Radiatori brendləridir. İtaliya radiatorları həm dizayn, həm də texnologiya baxımından dünya bazarında ön sıradadır.Məsələn, Fondital və Global Radiatori markaları yüksək təzyiqli sistemlər üçün idealdır.Qiymətləri bir qədər yüksək olsa da, istilik performansı və enerji qənaəti baxımından çox effektivdir. Çin istehsalı radiatorlar münasib qiymətə görə populyardır. Lakin burada brend seçimi vacibdir – tanınmamış modellərdə paslanma və sızma riski ola bilər.
Artıq radiatorlar yalnız istilik üçün deyil, interyerin bir hissəsi kimi qəbul edilir.Ənənəvi ağ rəngli modellərlə yanaşı, indi qara radiator , boz, gümüşü və qızılı tonlarda radiatorlar da istehsal olunur.Bununla yanaşı sifariş əsasında da istənilən rəng radiator hazırlamaq mümkündür. Dizayn baxımından fərqli olan modellərin qiyməti daha yüksək ola bilər. Minimalist dizaynlı radiatorlar müasir mənzillərdə həm funksional, həm də estetik görünür. Bundan başqa, boya keyfiyyəti radiatorun paslanmaya qarşı davamlılığına təsir edir. Toz boya ilə örtülmüş modellər daha uzunömürlü olur.
Dilim radiatorlar uzunömrlülüyü ilə seçilir. Dilim radiatorlar yüksək istilik verimliliyi həm otağı tez qızdırır, həm də kombinin az işləməsinə səbəb olur. Bu da enerji qənaəti deməkdir. Alüminium radiatorlar bu baxımdan ən qənaətcil sayılır – az su ilə çox istilik verir. Müasir dilim radiatorlar bərabər istilik paylanması üçün optimallaşdırılmışdır. Yəni radiatorun bir hissəsi isti, digər hissəsi soyuq qalmır – bu, enerji itkisini minimuma endirir.
Radiatorların ömrü düzgün istifadə və texniki xidmətə birbaşa bağlıdır. Uzunömürlü radiator üçün diqqət edilməli olanlar:
- Hər qızdırma mövsümündən əvvəl sistemin havasını boşaltmaq və təmizləmək.
- Kombi təzyiqini mütəmadi yoxlamaq
- Radiatorun içindəki suyun tərkibini təmiz saxlamaq (daşlaşma olmaması üçün)
- Pas və rütubətə qarşı boya təbəqəsini qorumaq
Yaxşı qulluq edilən radiator 15–20 il problemsiz işləyə bilər. Dilim radiatorlar həm funksional, həm estetik, həm də enerji baxımından ən optimal istilik avadanlığı sayılır.Əgər müasir, yüngül və sürətli qızdırma istəyirsinizsə – alüminium radiator ən doğru seçimdir. Unutmayın ki, radiator qiymətləri yalnız materiala deyil, həm də onun keyfiyyətinə, istehsalçısına və enerji səmərəliliyinə bağlıdır.Düzgün seçilmiş radiator uzun illər boyunca həm rahatlıq, həm də enerji qənaəti təmin edəcək. Radiator quraşdırarkən aşağıdakılara diqqət etmək vacibdir:
- Radiator pəncərənin altına quraşdırılmalıdır (isti hava axını bərabər paylansın deyə). Radiatorun qarşısında pərdə, divan və ya masa olduqda istilik axını azalır. Bu, otağın temperaturunu 2–3°C aşağı salır və kombinin daha çox işləməsinə səbəb olur
- Divardan məsafə təxminən 3–5 sm, döşəmədən isə 10–15 sm olmalıdır.
- Hər radiatorun üzərində həva buraxann klapan olmalıdır. İstilik sistemində hava qalarsa, radiator tam qızmır.Mövsüm başlamazdan əvvəl hava kranı vasitəsilə havanı boşaltmaq vacibdir.
- Kombidəki təzyiq 1–1.5 bar arasında olmalıdır. Təzyiq az olarsa, radiatorlar bərabər isinmir.
Unutmayın, istilik sistemi evin rahatlığını müəyyən edən ən vacib amillərdəndir.Ona görə də radiator seçərkən təkcə qiymətə deyil, həm də keyfiyyətə, materiala və enerji səmərəliliyinə diqqət yetirin.Əgər siz də eviniz üçün həm effektiv, həm zövqlü görünüşlü, həm də büdcəyə uyğun radiator axtarırsınızsa, Master.az saytına daxil olaraq radiator modelləri ilə tanış ola və sifariş edə bilərsiniz.
- addlinks_pos:quantity
- addlinks_pos:quantity
- addlinks_pos:quantity
- addlinks_pos:quantity
- addlinks_pos:quantity
- addlinks_pos:quantity
- addlinks_pos:quantity
- addlinks_pos:quantity
- addlinks_pos:quantity
- addlinks_pos:quantity
- addlinks_pos:quantity
- addlinks_pos:quantity
- addlinks_pos:quantity
- addlinks_pos:quantity-6%Stokda yoxdur
BaxışSürətli Baxış - addlinks_pos:quantity
- addlinks_pos:quantity

























































