Kateqoriyasız

Hər evə lazım olan filterli kranlar.

Hər evə lazım olan filterli kranlar.

Hər evdə və iş yerində olması gərəkən əsas məhsullardan biridə filterli kranlardır. İlk növbədə qeyd etmək lazımdır ki, bu ən vacib materiallardan biridir. Bunun səbəbi çirkli suyu təmiz sudan ayırmağa kömək edən məhsul olmasıdır. Filterli kran içdiyimiz və daim istifadə etdiyimiz kran suyunun təmiz axmasını təmin edir. Bununla da evlərimizdə hər zaman təmiz suyun istifadəsini təmin edirik. Buna görə də ilk növbədə filterli krandan istifadə etmək lazımdır.

Filterli kran nədir?                                                         

Filterli kran həmişə rahatlığımızı təmin edən və təmiz sudan istifadəmizə kömək edəcək məhsuldur. Teoretik olaraq, evinizdəki krandan axan suya, 2000-ə qədər çirkləndirici daxil ola bilər. Filterli kran suyu xlordan, qatı maddələrdən, bakteriyalardan və hətta viruslardan təmizləyir.

Filterli kranın fərqi nədir?                                                  

•Bakteriyaları məhv edir. Suda yaşayan bəzi bakteriyalar insan sağlamlığı üçün təhlükəlidir, çünki ağır mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Bu kranlar bütün bakteriyaları aradan qaldırır.                                                                                            

•Dadı yaxşılaşdırır və pH səviyyəsini tənzimləyir. Təmizləmə sistemi suya xoşagəlməz bir dad verən dəmir və natrium kimi mineralların əhəmiyyətli bir hissəsini aradan qaldırır.

Filterli kranların bir çox növləri var. Almazdan əvvəl ilk növbədə keyfiyyətinə fikir vermək lazımdır.

Filterli kranların növləri hansılardır?                                     

Təmiz sudan istifadəni təmin edən filterli kranlar bir çox növə bölünür:

•Quraşdırılmış filterli kran

•İkiqat filterli kran

•Çəngəl filterli kran

•Gil filterli kran

Geniş istifadə sahəsi ilə tanınan filterli kranlar suyun steril şəkildə təmiz olmasını təmin edir. Bu səbəbdən üstünlük verilən kran növləri arasında filterli kranlar fərqli keyfiyyəti ilə həmişə seçilir.

 

Geri siyahıya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.