Unitaz qiymətləri – 2026
Unitaz hər bir hamam və sanitar qovşağının əsas hissəsidir. Unitaz hər bir evin və ictimai məkanın sanitar sistemində əvəzolunmaz hissədir. Rahatlıq, gigiyena və estetik görünüş baxımından düzgün seçilmiş unitaz həm gündəlik istifadədə rahatlıq yaradır, həm də interyeri tamamlayır. Onun əsas funksiyası insanın gündəlik gigiyenasını təmin etmək, tullantı suların təhlükəsiz şəkildə uzaqlaşdırılmasını təmin etməkdir. Sadə görünsə də, düzgün seçilmiş unitaz həm rahatlıq, həm də sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır. Müasir dövrdə unitaz modelləri təkcə funksionallıq baxımından deyil, həm də dizayn və texnologiya ilə fərqlənir.
Unitazların bir çox növləri var. Ənənəvi olaraq bazarda iki əsas unitaz tipi vardır. Birinci növ Klassik (döşəmə üzərində olan ) unitazlar, ikinci növ isə Asma ( divara bağlanan) unitazlar. Hər iki növ unitazların həm üstünlükləri , istifadə rahatlıqları və qiymət fərqləri var. Klassik unitazlar (döşəmə üstü) ən çox yayılmış modellərdir. Bu tip unitazlar asan quraşdırılır və büdcəyə uyğun olur. Asma unitazlar isə son illərdə daha çox populyarlıq qazanıb.. Bu tip asma unitazlar həm estetik görünüş, həm də təmizlənmə baxımından çox əlverişlidir.
Asma Unitazlar divara bərkidilən konstruksiyaya malikdir. Bu tip unitazların su çəni hissələri divarin içərisində olur və görsənmir. Bununla yanaşı bu unitazlar həm yerə qənaet edir, həm də minimalist və səliqəli görünüş yaradır. Asma unitazın əsas üstünlüklərinə gəldikdə isə, ilk olaraq döşəmənin altında toz yığmamaqları nəzərə çarpır. Bu tip unitazlar asma olduğu üçün alt hissəsi boş qalır və Rahat təmizlənib yuyula bilir. Bu unitazlar dizayn baxımından müasir və zərif görünür. Quraşdırılma zamanı baçok hissə divarin içində qaldığı üçün səssiz işləyir. Bu modellərin qiyməti klassik unitazlara nisbətən bir qədər yüksəkdir lakin uzunömrlülük və estetik baxımdan daha sərfəlidir. Orta seqmentdə asma unitaz qiymətləri 150 – 300 AZN arasında dəyişir, lakin markaya və istehsal ölkəsinə görə bu rəqəm fərqli ola bilər.
Klassik unitaz modelləri yəni (döşəmə üstü unitaz) olan modellər, həm rahat quraşdırılma, həm də münasib qiymətə görə geniş yayılıb. Onların su çəni arxada yerləşir və sistem sadə konstruksiyaya malikdir. Klassik unitazların üstünlükləri montajının asan olması və əlavə konstruksiyaya ehtiyac olmamasıdır. Bu unitazlarda qiymət aralığı daha genişdir və büdcəyə uyğundur. Bununla yanaşı su çəninin mexanizimi sadədər və təmiri rahatdır. Bu unitazlarında dizayn baxımından çox sayda çeşidləri vardır. Kvadrat formada, oval formada modelləri mövcuddur.
Unitazlar əsasən keramika materialından hazırlanır. Bununla yanaşı porşelen və ya akril materialdan da istehsal olunur. Ən çox seçilən material keramikadır – həm davamlı, həm təmizlənməsi asan, həm də nəm və temperatur dəyişikliyinə qarşı dözümlüdür. Keramika unitazlar qiymət və keyfiyyət baxımından optimal variantdır. Müasir texnologiyalar smart unitaz adlanan modellərin yaranmasına səbəb olub. Bu növ unitazlarda, avtomatik su axını və sensorlu qapaq sistemi, isitmə funksiyalı oturacaq, qoxu əleyhinə filter və uzaqdan idarəetmə funksiyası mövcuddur. Yeni nəsil unitaz modelləri su sərfiyyatını azaldan texnologiyalarla təchiz olunur. İki mərhələli (dual flush) su çənləri istifadəçiyə su miqdarını idarə etmək imkanı verir
Unitaz seçimində bir çox nüansa diqqət yetirmək lazımdır. Doğru unitaz seçmək istəyirsinizsə ilk öncə hamamın ölçüsünü nəzərə almalısınız. Kiçik ölçülü hamamlarda asma unitazlardan istifadə etmək daha uyğundur. Çünki bu tip unitazların su boçoku hissəsi divarin içində olur və az yer tutur. İkinci diqqət etməli olduğunuz məsələ material və mxanizimlərin keyfiyyətidir. Unitazın uzunömrlü olması üçün onun mexaniziminin keyfiyyətli olması mütləq şərtlərdən biridir. Üçüncü diqqət etməli olduğuuz hissə təmizlənmənin rahatlığıdır. Rahat təmilənə bilən unitazlara üstünlük verməniz tövsiyyə edilir.
Hamam otaqlarının əsas elementlərindən biri olan unitazların qiymətləri İstehslçı ölkə, model, istehsalçı firma və növünə görə dəyişə bilər. Orta hesabla sadə klassik unitazlar 150-300 arası qiymət aralığında olur. Asma unitazlar isə 150-500 aralığında dəyişir. Unitazların qiymətinə təsir edən faktorlardan biri də onların rəng seçimləridir. Artıq unitazlar ağ rəngdə olmaqla yanaşı digər rənglərdə də olur. Müasir modellərdə rəng seçimləri çoxdur. Qara, boz, qızılı, bej, qırmızı və bir çox tonlarda istehsal edilir. Müasir hamam dizaynlarında rəngli unitazlardan çox istifadə olunur.
Unitazlarda istehsalçı və brend fərqləri vardır. Hazırda bizim məhsullarımızın arasında Türkiyə istehsalı , Almaniya istehsalı, Çin istehsalı unitazlar mövcuddur. Türkiyə istehsalı unitazlar münasib qiymət və keyfiyyət ilə seçilir. Çin istehsalı modellərimiz də mövcuddur. Müxtəlif ölçülərdə və rəng seçimi bol olan Çin istehsalı olan unitazlarımız münasib qiymətə təklif olunur.
Nəticə olaraq deyə bilərik ki, Düzgün seçilmiş unitaz gündəlik rahatlıq və gigiyenanı təmin edən ən vacib hamam məhsuludur. Əgər minimalist və səliqəli dizayn istəyirsinizsə, asma unitaz sizin üçün idealdır. Əgər büdcəyə uyğun, praktik və asan təmiri olan model axtarırsınızsa, klassik keramika unitaz ən doğru seçimdir.
Unutmayın ki, unitaz qiymətləri yalnız məhsulun markasından deyil, həm də onun funksionallığından və uzunömürlülüyündən asılıdır. Keyfiyyətli seçim edərək siz uzun illər ərzində rahat, səliqəli və gigiyenik bir hamam mühiti yarada bilərsiniz.












































