Kateqoriyasız

Unitaz alarkən nələrə diqqət etməliyik?

 

Yeni dizayn və strukturları ilə hamamlarınızda ehtiyac duyduğunuz unitaz modelləri ilə istehlak bazarında qarşılaşa bilərsiniz. Zəngin seçimlər arasından dekorasiyanızı ən yaxşı şəkildə tamamlayan məhsula sahib ola bilərsiniz.

Unitaz  növləri

Unitazlar növlərinə görə fərqlənsə də, lazımi gigiyena şəraitini təmin etmək üçün keramika materialından istehsal olunur. Keramika davamlılığı və asan təmizlənməsi ilə hamam otağı üçün çox uyğun bir material olaraq seçilir. Gigiyenaya ən çox ehtiyac duyulan bu ərazilərdə keramika unitazlar xarici örtükləri ilə mikroorqanizmlərin fəaliyyətini məhdudlaşdıraraq sterilizasiyanı təmin edir. Unitazların parlaq keramika səthləri  sadə zərifliyi ilə hamam dekorasiyasında yaradılan zərifliyə əlavə dəyər qatır.

Unitaz növləri, quruluşuna görə kürsülü(ayaqlı) olaraq bilinən və divara asılan unitazlar olaraq iki fərqli tipdə istehsal olunur. Kürsülü(ayaqlı) unitazlar  ənənəvi üslubu əks etdirərkən; Divara asılan unitazlar isə yeni nəsil dizayn məhsulları kimi diqqət çəkir.

Kürsülü(ayaqlı) unitazlar adətən çox yer tutsa da, divara asılan unitaz dəstləri yerə qənaət etməkdə üstünlüyü təmin edir və müasir üsluba uyğun estetik görüntü təqdim edir. Divara asılan unitazlar döşəməyə dəymədiyi üçün hamamların  təmizlənməsində də rahatlıq təmin edir.

Fərqli dizaynları ilə hamam otağına zəriflik qatan unitaz modelləri oval və ya daha kəskin xətlərə malik bucaqlı dizaynlarla çeşidlənir. Ağ unitazların ənənəvi, sadə zərifliyindən fərqli olaraq, qara unitaz modelləri  məkanlara göz oxşayan nəciblik gətirir.

Fərqli rənglərdə və həndəsi dizaynda təklif olunan unitazlar ilə hamamınızın dekorasiyasında diqqəti cəlb edən görünüş əldə edə bilərsiniz. Xüsusilə ziddiyyətli rənglərdə və minimalist üslubda dizayn edilmiş hamam otağında müasir toxunuş üçün boz və qara rənglərdə tutqun rəngləri seçə bilərsiniz.

Unitaz ölçüləri

Unitazlar növlərinə görə müxtəlif ölçülərdə istehsal olunur. Əksər evdə kiçik bir yer olan hamam otağı üçün ən faydalı unitaz modeli, məkana uyğun ölçülərə sahib olanıdır. Quraşdırarkən ölçülərini nəzərə alaraq miqyasını dəyişdirərək hamamınız üçün ən ideal unitaz ölçülərini təyin edə bilərsiniz.Unitazların ölçüsü məkanda sərbəst hərəkət etməyə imkan verməlidir.

Müasir unitazlar VitrA-da!

Müasir dizaynları, strukturları və bir çox model variantları ilə hamamlarınızda axtardığınız mühitə uyğunlaşacaq unitazlar VitrA kolleksiyaları arasında sizi gözləyir.

Divara asılan unitazlarda təmassız qapaq texnologiyasının təqdim etdiyi gigiyenik istifadə imkanı VitrA Clean və VitrA Fresh xüsusiyyətləri ilə maksimum səviyyəyə çatır.

VitrA Rim-ex unitazlarının dizaynı standart unitazlar ilə müqayisədə 95% daha çox gigiyenik funksionallıq təklif edir. V-Care ağıllı unitazları isə fərdi gigiyena təcrübəsini təmin edən qabaqcıl texnologiyalara malikdir. Pultla idarə olunan smart sistem qapağa nəzarət, səth isitmə, su temperaturu və təzyiq parametrləri, yuma seçimləri kimi bir çox tənzimlənən xüsusiyyətlərə malikdir.

Hamam otağında  gigiyenanın qorunmasına böyük töhfə verən ən yenilikçi unitazları araşdırmaq üçün Vitra kolleksiyalarına nəzər sala və müasir xəttlərlə dizayn edilmiş məhsullarla yaşayış yerlərinizi zənginləşdirə bilərsiniz.

Geri siyahıya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.