Kateqoriyasız

Tülpan kranını necə seçmək olar, nələrə diqqət yetirilməlidir?

Tülpan kranını necə seçmək olar, nələrə diqqət yetirilməlidir?

Düşünürük ki, evdə vaxt keçirmənin ən yaxşı hissələrindən biri evin təmiri layihələrinə kifayət qədər vaxt ayırmaqdır. Bu layihələri evdə nə qədər çox ediriksə, bir o qədər köhnə materiallar diqqətimizi cəlb edir. Misal üçün; tülpan kranı

Paslanma ləkələri olan kranlardan bezmiş olmalısınız. Siz də kranlarınızı dəyişməyə qərar verdiniz, amma düzgün kranı necə seçəcəksiniz bilmirsiz? Bu yazıda, kran seçimləri üçün nə bilmək lazım olduğunu sizə xəbər verəcəyik.

Niyə bəzi kranlar daha yüksəkdir?

Əgər mebellə təchiz olunmuş tülpanınız varsa, yəni tülpan öz ayaqları üzərində deyil,  mebel üzərində dayanırsa, tülpanınız dəzgahın içinə girə bilər (dəzgah altı və ya dəzgah üstü) və ya kasaya bənzər tülpan ola bilər.

Adından da göründüyü kimi, kasaya bənzər tülpanlar dəzgahın üstündə oturur və kranı onların üstündə quraşdırmaq üçün yer yoxdur. Ona görə də kranlar mebelə quraşdırılmalıdır. Normal kranlar kasaya bənzər tülpanlar üçün qısadır. Şirkətlər bunun üçün əlavə uzun kranlar istehsal edir. İstehlak bazarında tülpanın ölçüsündən asılı olaraq müxtəlif uzunluqlarda kranlar tapa bilərsiniz.

İkili  və tək su giriş kranı nə deməkdir?

Quraşdırılma strukturundan asılı olaraq, ikili və ya tək su girişi olan kranı satın almalı ola bilərsiniz. Kranın tək su girişli olması, kranın qurğudan gələn müəyyən temperaturlu suyun birbaşa axmasıdır. Adından göründüyü kimi, ikili su giriş kranında isti və soyuq su girişi üçün iki ayrı əlaqə var. Suyu istifadəçinin istəyinə uyğun qarışdıraraq iki fərqli temperaturda axıdır.

Fotosel (sensor) kran almalıyam?

Fotoselli kranlar  istifadəçilərin gigiyenasını təmin edir və suya qənaət edir. Evimizdə ən çox istifadə etdiyimiz və ən çox su sərf etdiyimiz yer tülpanın qarşısı ola bilər. Ona görə də bu məqamda suya qənaət etmək və gigiyena qaydalarına riayət etmək çox vacibdir. Fotoselli kranlar istifadəçinin əli krana yaxınlaşdığı zaman açıldığı üçün lazımsız yerə su sərf etmir, onlara toxunmadan açıldığı üçün təmiz qalır və istifadəçinin əlini çirkləndirmir.

Divar içi kran nədir və onun üstünlükləri nələrdir?

Adından da göründüyü kimi divar içi kranlar divarın içərisində olan kran növüdür. Yalnız su açma/söndürmə qolu və kran divardan kənarda qalır. Onlar kiçik yer və kiçik tülpanlar üçün uyğundur. Bu kranlar istənilən hündürlükdə quraşdırıla bilər. Beləliklə, həm adi, həm də kasaya bənzər tülpanlar ilə istifadə edilə bilər.

Kranlarda rəng seçimləri.

Hamam otağlarına rəng qatmaq artıq çox asandır. Hamam otağınızdakı ümumi rəng mövzusuna uyğun olaraq mis, qızılı, qara rənglərdə olan tülpan kranlarından birini seçə bilərsiniz.

 

Geri siyahıya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.