

PPR Boru Fiber Metak 4 Metr 32 Ø
2,39
Növü | Fiber |
---|---|
Material | Plastik |
Uzunluq | 4 m |
Atmosfer | 20 pn |
Ölçü | 32 mm |
Maksimal istilik | 95 ˚C |
Qalınlıq | 5.6 mm |
- Açıqlama
Açıqlama
Açıqlama
İÇMƏLİ SU ÜÇÜN PPRC BORULAR
Polipropilendən hazırlanan boruların ölçüləri və ümumi göstəriciləri DIN 8077/8078,EN ISO 15874,ГОСТ 52154 и TŞAZ 3033285-07-2011 standartlarına uyğundur. İstehsal prosesində keyfiyyətə ciddi və ardıcıl nəzarət olunur.
Müasir texnoloji avadanlıqlar, təcrübəli mühəndislər və səriştəli idarəetmə sayəsində məhsullarımızın keyfiyyətini ən yüksək səviyyədə saxlayırıq.
Rulon borular istifadəçi üçün daha sərfəlidir. Borunun uzunluğu 100 metrədir, bu da uzun məsafəyə su xəttinin çəkilməsini üçün həm təz, həmdə ucuz başa gəlməsi üçün əlverişlidir. Rulon borular divar qalınlığından asılı olaraq 10 və 16 ATM təzyiqə davamlıdır.
Fiber (kompozit və kombi boru) borular binadaxili isti və soyuq su təhcizatında istifadə edilən təzyiqli sistemlər üçün nəzərdə tutulub. Bu üçqatlı boruların xarici və daxili materialı PPRC-dən (PolypropyleneRandomCopolymer), orta qat isə şüşə lifli PPRC-dən ibarətdir. Boruların orta qatı yüksək izolyasiya xüsuiyyətləri ilə seçilir, onların xətti genişlənmə əmsalı daha aşağıdır və boruların yüksək temperaturlarda deformasiyaya uğraması daha az olur. 20°C temperaturda və PN 25 bar ilə istifadə etdikdə şüşə lifli boruların istismar müddəti 50 il təşkil edir.
İsitmə və soyutma sistemlərində fiber borular genişlənmir və kondensat əmələ gətirmir. Bu borular korroziyaya uğramır və ərp bağlamır. Şüşə lifli borular ekoloji cəhətdən təmizdir. Bu borularda suyun fiziki və kimyəvi xassələri dəyişmir, bu boruların qaynağı və quraşdırılması daha asan və qənaətlidir.
Borular qeyd olunmuş temperatur intervalında istismar olunmalıdır: -10°C-dən +90°C-dək.
Fiber boruların xətti genişlənməsi adi borulardakı kimi hesablanır ΔL = LΔTa
Əsas ütünlüklər
Xətti genişlənmə nisbəti (istilik verildikdə borunun uzanması) adi polipropilen borulardan 75% azdır.
Xətti genişlənmə az olduğuna görə bərkitmələr arasındakı məsafə çox olur, bu da quraşdırılma müddətinin.
Adi və alüminium folqalı borulara nisbətən istilik itkisi azdır.
sistemin uzunömürlüyünü təmin edir.