Filter

Fəaliyyətə 1997-ci ildə başlamış və ilkin mərhələdə polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olan “METAK” şirkəti ölkəmizdə istehlakçıların böyük etibarını qazana bilmişdir. Şirkətin istehsalat sexlərində 2000-ci ildən başlayaraq müxtəlif metallardan döymə məmulatlar, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulmuş tikinti işkələləri və dirəklər istehsal olunmağa başlamışdır. 

Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. 

“METAK” şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və sair MDB bazarlarında dünyanın aparıcı istehsalçıları ilə apardığı uğurlu rəqabətdən də aydın görmək olar.

Bir yerli istehsalçı olaraq hal-hazırda “METAK” brendi altında 2500-ə yaxın məhsul çeşidi alıcılara təklif olunur. Şirkət artıq 25 yaşını qeyd etmişdir və 900 nəfərlik əməksevər kollektivi ilə gələcəkdə də parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Metak PPR Boruların Daşınması və Saxlanılması

Borular qapalı yerdə müvafiq rəflərdə və ya üstü örtülü yerlərdə saxlanılmalıdır. Yığılmış boruların hündürlüyü 2 metrdən artıq olmamalıdır. Boruların kimyəvi və fiziki xüsusiyyətlərinin qorunub saxlanması üçün onları deşici zərbələrdən qorumaq lazımdır.

Polipropilen boru və detalların saxlandığı yerlər yanğın əleyhinə vasitələrlə təmin olunmalıdır. Belə boru və detalların saxlanılma yerləri ətrafında od qalamaq, elektrik və ya qaz qaynaq işləri aparmaq və tez alışan mayelər saxlamaq qəti qadağandır. Bununla yanaşı, aşağıdakı qaydalara da əməl etmək vacibdir:

  • Boruları birbaşa günəş süalarından və mexaniki zədələnmələrdən qoruyun.
  • Çatlamış, zədələnmiş və ya deformasiya olunmuş borulardan istifadə etməyin.
  • Yalnız təmiz boru və fitinqlərdən istifadə edin.
  • Deformasiyanın qarşısını almaq üçün boruların daxilində suyun donmasına imkan verməyin.
  • Deformasiyanın qarşısını almaq üçün boruların mənfi temperaturlarda ehtiyatlı  daşınmasını təmin edin.
  • Boru kəmərini şaxtadan qorumaq üçün izolyasiya edin.
  • Boru xəttinin quraşdırılmasından sonra təzyiqlə test keçirməklə sızıntıların olmamasına diqqət edin.

Metak Məhsullarının Keyfiyyəti

Ölkə üzrə bazar qiymətlərini nəzərə alaraq Metak şirkəti öz məhsullarını keyfiyyətı əsas götürərək qiymət tərtibatı aparmışdır. Bildiyimiz kimi, kanalizasiya boruları qırılmır. Standart ölçü ilə 110-luq borunun qiyməti 25 sm üçün 2.45 azn, 110-luq metak qırılmayan boru 50 sm 3.85 azn, 1 metrlik isə 5.50 azn olaraq tərtb edilmişdir. Kanalizasiya fitinq qiymətləri də həmçinin keyfiyyət və davamlılıq nəzərə alaraq bazar qiyməti üzrə münasib qiymətə tərtib olunmuşdur. Gəlin Metak kanalizasiya fitinqlərinin qiymətlərinə nəzər yetirək. 

Metak Boru Qiymətləri və Metak Fitinq Qiymətləri

Metak boru və fitinq qiymətləri PP Çarpaz 135° Metak 110mm və PP Çarpaz Metak 110mm 6.20 AZN, PP Dirsək 135° Metak – 1.79 AZN, PP Dirsək 90° Metak 1,79 ₼, PP Mufta Metak 1,50 ₼,  PP Üçlük Metak – 1.20 AZN və PP Üçlük -Keçid Metak 1,85 ₼ olaraq bazarda satışa çıxarılmışdır. Sadaladığımız metak məhsulları 100-lük ölçülər üçün nəzərdə tutulmuşdur və yalnız  məhsulların bir qismini sadaladıq. Metak məhsullarının digər növü olan su borularının qiymətləri barədə danışsaq, ilk öncə bunu bildirmək lazımdır ki, metak su boruları üç növə bölünür. Metak kompozit borular, metak sadə borular və metak fiber boruları.

Fiber borular 4 metr olaraq satışa çıxarılmışdır və 20-lik PPRC Boru Fiber Metak 4 Metr 3,72 ₼ olaraq tənzimlənmişdir. Digər məşhur ölçü 25-lik pprc boru fiber metak 5.16 ₼ təşkil edir. Digər növdə sadə borulara nəzər yetirsək, PPRC Boru Sadə Metak 4 Metr 3,44 ₼ , 25-lik isə 5.08 ₼ təşkil edir. Nisbətən ucuz olan rulon borularına gəldikdə isə PPRC 10 atmosfer rulon borularımetak PPRC 16 atmosfer rulon boruları olaraq 2 növdə istehsal olunmuşdur. 10 atmosfer olan 25-lik PPRC rulon boru 0.95 ₼, 10 atmosfer olan 20-lk PPRC rulon isə 0.69 ₼ təşkil edir. Metakın sadə boruları isə standart ölçülərdən olan 25-lik 4 metrlik PPRC boru sadə 5.08 ₼, 20-lik isə 3.44 ₼ olaraq satışa çıxarılmışdır.