



Metak PP Kanalizasiya boru Qırılmaz 50/6m
12,20
Ölçü | 50 |
---|---|
Uzunluq | 6 m |
Qalınlıq | 1.9 |
Material | Polipropilen |
- Açıqlama
Açıqlama
Açıqlama
ÜMUMİ MƏLUMAT
METAK şirkəti Polipropilen kanalizasiya boruları və birləşmələrinin tam çeşidini təklif edir. Məhsulumuzun əsas üstünlüyü materialın
xüsusiyyətləri ilə bağlıdır:
Polipropilen qeyri-toksikdir, hətta alovlandığı təqdirdə yalnız karbon qazı və su ifraz edir.
Materialın elastikliyi qırılmaların qarşısını alır.
Binaların daxili kanalizasiya sistemlərində polipropilendən hazırlanmış kanalizasiya borularının çuqun və ya digər plastik borulara nisbətən daha çox istifadə edilməsi səbələrinə nəzər salaq.
Birincisi, çuqun boru və fitinqlərlə müqayisədə polipropilen borular bir sıra danılmaz üstünlüklərə malikdir:
yüksək kimyəvi davamlılılıq;
korroziyaya uğramaması;
daşınma və saxlanılmanın asan olması;
yüngül çəki;
hamar daxili səth.
İkincisi, daxili kanalizasiyaya material seçərkən ən əhəmiyyətli faktorlardan biri də icazə verilən yüksək işçi temperatur həddidur. Müasir məişət texnikasından istifadə etməklə təsərrüfat kanalizasiyası axınının temperaturu adətən 95°C çatır. Polietilen və ya PVC-dən hazırlanmış borular və fitinqlər üzrə icazə verilən temperatur həddinin 65°C olduğunu nəzərə alaraq, kanalizasiya borusuna qaynar axıntıların daxil olunması nəticəsində boru kəmərlərinin deformasiyası baş verir, bu da öz nüvbəsində kipləşmə yerlərindən sızmalara gətirib çıxarır bununla da, icazə verilən temperaturun son həddinin 95°C müəyyən edilən polipropilen boruları digər plastik borularla müqayisədə üstünlüyə malikdir.
Bərkidici vasitə kimi kipləşdirici halqa və ya ikiləçəkli halqadan istifadə olunur. Bu üstünlüklər sayəsində şirkətmizin kanalizasiya fitinqləri və borularımızdan istər peşəkar, istərsə də fərdi ustalar tərəfindən kanalizasiya sistemlərində geniş istifadə olunur.
Analoji sistemlərlə müqayisədə polipropilen kanalizasiya boru və fitinqlərindən istifadə zamanı daşınma və quraşdırılma xərcləri orta hesabla 25-30% azdır. METAK şirketinin məhsulları ISO 9001-2015 keyfiyyət idarəetmə sisteminə uyğun olaraq istehsal edilir və bütün müvafiq sertifikatlara malikdir.
Bu borular ГОСТ 32414-2013 uyğun olaraq istehsal olunur və daxili kanalizasiya sistemləri üçün nəzərdə tutulub. Açıq yerlərdə istifadə olunduqda günəş şüaları və s. xarici faktorlardan və mexaniki təzyiqdən müdafiə vasitələrindən mütləq istifadə olunmalıdır.
Aşağı temperaturlar boruların elastikliyinə mənfi təsir göstərərək onların istismar müddətini azaldan bilər.Boruların quraşdırılması qaydalarına riayət olunmadığı halda METAK şirkəti keyfiyyətlə bağlı yaranan xoşagəlməz hallara görə məsuliyyət daşımayacaq.