Tualet kranı nədir?
Tualet kranı intim gigiyena prosedurları üçün rahatlıq təmin edən su kranı növüdür. Tualet kranlarının bir çox modeli var, ancaq bütün tualet kranı modellərinin əsas funksiyası lazımi temperaturda bir su axını yaratmaq üçün isti və soyuq suyu qarışdırmaqdır. Bu kranın yüksək funksionallığı onu bütün növ intim gigiyena üçün istifadə etməyə imkan verir.
Tualet kranı necə seçilir?
Tualet kranı seçərkən kran modellərinə, materiallarına, ölçüsünə, formasına diqqət yetirmək lazımdır. Tuvalet kranlarını quraşdırma üsullarına görə üç yerə ayrmaq mümkündür: divar, unitaz və bide üçün. Materialına görə tualet kranlarının latun, sink, metal növləri var. Eyni zamanda, bu kranlar ölçü və formasına görə də fərqlilik göstərir.
Bundan başqa, tualet kranını seçərkən santexnikanın ölçüsünə, su xətlərinin istiqamətinə, kranın və duş başlığının istiqamətinə diqqət yetirmək lazımdır. Vanna otağındakı avadanlığın dizaynını da unutmamaq gərəkir. Avadanlıqlar arasında ahəng yaratmaq lazımdır. Məsələn, unitaz düz və kəskin xətlərə malikdirsə, unitaza quraşdıracağınız tualet kranı da eyni şəkildə olmalıdır. Dar məkanlarda unitaz ilə əlüzyuyan yan-yana yerləşdirilibsə, divara quraşdırılan tualet kranı əla seçim ola bilər.
Tualet kranlarının hansı növləri var?
Divara quraşdırılan tuvalet kranları ölkəmizdə ən yayılmış və yığcam kran növüdür. Belə qarışdırıcıların yanında adətən çevik şlanqla duş başlığı da olur. Bu kranlar çox funksionaldır, hamam otağını təmizləməyə, ev heyvanlarınızı yumağa belə imkan verir. Digər tərəfdən, bu kran bide ehtiyacını da aradan qaldırır və tualetdə yerə qənaət etməyə imkan verir. Eyni zamanda, divara quraşdırılan tualet kranları su xəttinə asanlıqla qoşula bilir. Bu kranın əsas mənfi cəhəti quraşdırılması ilə bağlı əlavə santexnika xərcləridir.
Unitaza quraşdırılan tualet kranları mövcud unitazlara quraşdırılır. Bu növ tualet kranları dəst şəklində satılır. Tualet kranı dəstinə kran (qarışdırıcı), elastik şlanq və duş başlığı daxildir. Unitaza quraşdırılan tualet kranları minimum yer tutur, heç bir təmir və ya yenidən qurma tələb etmir. Köçdüyünüzdə belə onu söküb özünüzlə götürə bilərsiniz. Bu növ tualet kranının qiyməti də münasibdir.
Bideyə quraşdırılan tualet kranları əlüzyuyan kranlarına bənzəyir. Bu kranın fərqi su təachizatı istiqamətini dəyişdirə biləcəyiniz daşınan aeratordur. Bideyə (intim gigiyenik prosedurlar üçün ayrıca çanaq) quraşdırılan tualet kranlarının bir çox növü var: tək qollu, iki qollu, termostatik, sensorlu və s. Lakin bu modellər geniş hamam və tualetlər üçün uyğundur.
Doğru tualet kranı hansı materialdan olmalıdır?
Gününmüzdə bazarda bir çox tualet kranı modeli mövcuddur. Bu tualet kranı modellərinin istehsalında fərqli materiallardan istifadə olunur: latun, keramika, bürünc, plastik, sink, polad və s. Lakin keyfiyyət barəsində bu qədər əmin danışa bilmirik. Tualet kranının materialının latun olmasa daha məqsədə uyğundur. Bundan əlavə hal hazırda bir çox sink model kran da mövcuddur ki, onların istifadəsi tövsiyyə olunmur. Latun kranın alınması uzun ömürlülük və keyfiyyət baxımından daha məqsədə uyğundur.
Stoklarımızda Rusiyanın, Türkiyənin, Çinin latun tualet kranları mövcuddur. Bu kranlar öz keyfiyyəti və unikal dizaynı ilə ön plana çıxırlar. Rusiyanın Frap, Türkiyənin İtimat, Eca, Teska, Çinin Nat`s və Ledeme kimi brendləri rahat bir şəkildə evdən bir düymə ilə sifariş verə bilərsiniz.
Tualet kranlarından istifadə şərtləri nədir?
Tualet kranının uzun ömürlü olması üçün ondan istifadə tərzinə diqqət yetirmək lazımdır. Tualet kranını təmizləyərkən kimyəvi maddələrdən istifadə edilməməlidir. Kimyəvi maddələr kranın örtüyünə böyük ziyan vurur, ona görə də səthini təmizləyərkən ərp təmizləyici və duzlu spirt kimi məhsullardan istifadə edilməməlidir. Ərp qatını həll etmək üçün sirkə, limon suyu və soda kimi üzvi məhsullardan istifadə etmək olar.
Tuvalet kranı üçün duş başlığı necə olmalıdır?
Duş başlığı plastik, paslanmaz polad və ya latundan istehsal oluna bilər. Diqqət edilməli məsələ başlıqdakı dəliklərin dizaynıdır. Sadə dizayna malik modellər ən praktikdir. Belə başlıqlar ərp ilə tıxanmır və zəruri hallarda asanlıqla təmizlənir. Aeratoru olan məhsullar daha tez tıxanır, lakin su altında asanlıqla təmizlənir. Silikon başlıqlar isə asanlıqla tıxanır və çətinliklə təmizlənir. Əgər mənzilinizdə su filtri yoxdursa, tualet kranı seçərkən bunları nəzərə almanız məsləhətdir.