fbpx

Duş seti modelləri hansılardır?

Duş seti modelləri hansılardır?

Evlərdə vazkeçilməz və çox istifadə edilən sahələrindən biri hamamdır. Hamamlarda istifadə edilən duş setləri də çox diqqətlə seçilməlidir. duş setləri hamam otağının havasını dəyişən estetik quruluşa malik funksional avadanlıqdır. Bu setlərlə daha rahat və zövqlü duşa sahib ola bilərsiniz..

Duş setləri arasında etdiyiniz seçim duş qəbul etmək zövqünüzə təsir edəcəyi üçün hər bir avadanlığın bir-biri ilə uyğunluğu və performansı haqqında məlumatınız olmalıdır.duş setlərinə duş şlanqı, duş başlığı  və duş asılqanı daxildir.

2022-ci ildə həm ehtiyaclarınızı qarşılayacaq, həm də hamam otağınıza zəriflik qatacaq duş seti alternativləri var. Duş başlığından bir zamanlar sade normal su axırdısa, günümüzdə duşlar bizə yağış axıntılı,hidromasaj axıntılı və zərif axıntı təklif edir.Beləliklə, duş setlərinin üslubları və növləri hansılardır, hansı duş seti hamam otağınıza uyğundur? Gəlin onlara birlikdə nəzər salaq.

Gizli duş setləri.

Gizli duş setlərində duş başlıqları divara və ya tavana bərkidilərək sabitlənir, yalnız bəzi modellərin başlıqları hərəkət etdirilərək istifadə olunur. Hamam otağına zəriflik qatan şlanqı olmayan dizaynları ilə gizli duş başlıqları quraşdırılmış hamam otağına əlavə xoş görünüş təmin edərək hamam otağınıza zəriflik qatır.

Sürüşməli duş setləri.

Belə setlərdə duş başlığını istədiyiniz hündürlüyə uyğunlaşdıra bilərsiniz. İstifadəçilərə sərbəstlik verən sürüşməli duş setləri daha faydalı məhsullar arasındadır. Xüsusilə uşaqları olanlar üçün vanna otağında rahat istifadəni təmin edir.

Şlanqlı duş setləri.

Belə setlər bu gün ən çox seçilən məhsullardır. Duş başlığını divara asmaq üçün asılqan və şlanqdan ibarətdir. Bu duş seti istəyə bağlı olaraq divara bərkidilmiş kimi də istifadə edilə bilər.

Duş tutacaqları forma  baxımından fərqlidir. Klassik dəyirmi, oval, eləcə də kvadrat və düzbucaqlı olular. Bu müxtəliflik duş sistemini hamamın dekorasiyası ilə uyğunlaşdırmağa imkan verəcəkdir.

Duş dəsti alarkən nəzərə alınmalı olanlar.

Aldığınız hər hansı məhsulda ilk növbədə dayanıqlılığa baxmaq lazımdır. Eyni şey duş sistemi üçün də keçərlidir. Diqqət etməli olduğunuz ilk şey duş başlığı setinin materialıdır. Bundan əlavə, klassik üslubda olan duş setləridə tez paslana  bilər.

Paslanmayan polad, xrom kimi materiallardan istifadə edilərək istehsal edilən duş setləri arasından hamam otağınızın dekorasiyası üçün ən uyğun modelləri seçərək öz zövqünüzü və üslubunuzu asanlıqla əks etdirə bilərsiniz.