Yerdən İsitmə Sistemləri (İsti Pol) – Master.az (2023)
Son illər gündəmə çevrilən və standart üsullarla müqayisədə daha səmərəli və sağlam isitmə təmin edən yerdən isitmə sistemləri bir çox insanın maraqlandığı və araşdırdığı istilik sistemidir. Bəs yerdən istilik nədir? Bu mövzuda verilən sualların cavabını araşdıraq.
Yerdən İsitmə Sistemi Ətrafı Necə Qızdırır?
Beton döşəməsinin altına qoyulmuş borular vasitəsilə dövrəyə gələn aşağı temperaturlu su ilk növbədə döşəməni qızdırır və həmin istilik şüalanması ətraf mühiti qızdırır.
Digər istilik sistemləri olan radiatorlar kimi yerdən istilik sistemləri də ətrafdakı istilik qurğusundan isti suyu istifadə edərək qızdırır. Belə ki yerdən istilik sistemi kombi, kollektor və böyük ərazilərdə istilik nasosu ilə birgə istifadə olunur.
İstilik Nasosu Nədir?
İstilik nasosları enerjini bir mənbədən digərinə yüksək səmərəliliklə ötürən cihazlardır. İstilik nasosunun daxilində bir soyuducu dövrə mövcuddur ki, bu da mayeyə təzyiq edən bir kompressor vasitəsilə işləyir. Bu da faza dəyişikliyi ilə bu mayenin enerjisini alır və bu enerjini daşıyır.
Standart istilik sistemləri ilə müqayisədə yerdən istilik sisteminin bəzi üstünlüklərini qeyd edək.
Döşəmə İstilik Sistemlərinin Ən Böyük Üstünlükləri
İlk növbədə rahatlıq, enerijinin səmərəliliyi, dizayn rahatlığı, sağlam mühit, təhlükəsizliyin təminatı və sonda aşağı qiymətə təmir xərcləridir.
Yerdən İsitmə Boruları Çəkildikdən Sonra Döşəmə Üçün Hansı Materialdan İstifadə Edilməlidir?
Borular çəkildikdən sonra döşəmə betonla örtülür. Daha sonra kafel, keramika, parket kimi materiallarla döşəmə vurula bilər. Döşəmə istiləşməsi üçün digər döşəmə örtükləri də istifadə edilə bilər. Mərmər və keramika kimi materialların istilik keçiriciliyi parketdən daha yüksək hesab edilir.
Soyuq ərazilərdə yerdən istilik sistemi tətbiq oluna bilərmi?
Döşəmə (yerdən) isitmə sistemləri dəqiq layihə əsasında boru çəkimi intervalları və temperaturlar müəyyənləşdirilərək hər hansı bir iqlimdə tətbiq olunur.
Yerdən İsitmə Sistemləri Əhəngli Sularda İstifadə Oluna Bilərmi?
Suyun temperaturu yüksəldikcə cihazlarda əhəng çökməsi problemi baş vermə ehtimalı yaranır. İsti pol sistemi qapalı sistem olduğu üçün tərkibində əhəng miqdarı yuxarı olan suların doldurulmasında gərəkli tədbirlər görülməklə problemin qarşısı alına bilər. Eyni zamanda sistem qapalı işlədiyindən kimyəvi maddələr də qataraq bu problemin qarşısı alınır.
İsti Pol İstifadə Olunan Sistem Elementləri Hansılardır və Hansı Funksiyaları Yerinə Yetirirlər?
Sistemin ən əsas hissəsini təbii ki istilik boruları təşkil edir. Tikinti prosesində döşəməyə vurulmuş straforlara borular yerləşdirilir. Straforlar boruların asan quraşdırılmasına imkan verməlidir. Su istilik mənbəyi ilə qızdırılır. Qızdırılan su kollektorlar üzərində sirkulyasiya üsulu ilə borularda dövr edir.
Kollektor Başlıqlarına Birləşdirilməli Olan Boru Ölçüləri Necə Təyin Olunur?
Kollektor başlıqlarına birləşdirilməli olan boru ölçüləri proqram ilə hesablanmalı və proqramın verdiyi kəmiyyətlərə uyğun quraşdırılmalıdır. Düzgün hesablanmayan mənzillərdə istədiyiniz istilik performansını almaya bilərsiniz. Belə ki, sistem işə salınandan sonra proqram vasitəsilə müəyyən edilən axın dəyərləri kollektorlar üzərində tənzimlənməlidir.
İsti Pol Kollektoru Necə İşləyir?
Axını tənzimləyən kollektorlar istilik xəttində dövr olunmuş suyun axın və qayıdış xətləri ilə xüsusi klapanlarla axmasına nəzarət edir. Kollektorda hər bir dövrə üçün ayrıca bir klapan olduğundan bütün sistemi dayandırmadan ancaq stabil xətt üzrə işə düşür.
İsti Pol Kollektorunu Necə Tənzimləmək Olar?
Yerdən isitmə kollektorunun rahat tənzimlənməsi üçün axın sayğacı olan kollektorlardan istifadə etmək lazım olur. Mənzildəki hər bir otağın ayrı-ayrı istilik ehtiyacları vardır. Bu problemi həll etmək üçün istilik kollektorunda hər bir dövrənin axınının sürətini ayrıca olaraq tənzimləmək lazımdır. Axın sayğacları olan kollektorlarda hər bir klapanda bir axın ölçən vardır. Oradakı iynə suyun axını istiqamətinə uyğun olaraq yuxarı qalxır və ya aşağı düşür. Bu şəkildə yerdən isitmə kollektoru asanlıqla tənzimlənə bilir. Bu tənzimləmə düzgün yerinə yetirilməzsə, su geri qayıdacaq, kollektordan uzaq yerlərdə istilik problemi və ya yaxın yerlərdə həddindən artıq qızma problemi yaranacaq.
Strafor Nədir? Yerdən İsitmə Sistemlərində Strafor Seçərkən Nələrə Diqqət Edilməlidir?
Yerdən isitmə paneli yaxud strafor yeraltı istilik sistemlərində betonun üzərindən qoyulan və birinci mərtəbə ilə otaq arasında izolyasiya kimi xidmət edən xüsusi bir materialdır. Strafor panellərinin məqsədi isti pol borularını yerə düzməkdən ibarətdir. Strafor seçimində boruların çəkilməsinə, əzilməyə davamlılığı və panellərin asanlıqla bir-birinə bağlanması kimi xüsusiyyətlərə üstünlük verilməlidir.
PEX Və PERT Boruları
PEX və PERT borularını lazım olan istilik temperaturunda istifadəsi mümkündür. PEX boru sistemlərinin üç müxtəlif növü vardır ki, bunlar da: PEX-a Peroksid, PEX-b Silan və PEX-c Şüalanmadır. PERT borular isə yerdən isitmə sistemlərində daha çox istifadə olunan, çarpaz əlaqə olmadan artan temperatur müqavimətinə malik istilik borularıdır. Yerdən isitmə sistemi 35-55°C aralığında işlədiyinə görə PERT borularının gücü bu temperatur aralığında PEX borularından 1-2% daha yaxşıdır, yəni onlar daha uzunömürlüdür. Hər iki boru növünü seçərkən onların oksigen bariyerli olmasına da diqqət yetirməyi tövsiyyə edirik.
Yerdən İstilik Sistemində Döşəmə və Ətraf Temperaturun Düzdün Qaydası Necə Olmalıdır?
Sağlam döşəmə temperaturu beynəlxalq standartlara uyğun olaraq maksimum 26 dərəcə göstərilir. Yerdən isitmə temperaturunu 24°C-də daimi olaraq saxlamaq sağlamlıq və rahatlıq baxımından düzgün temperatur seçimidir. Sağlam həyat tərzi sürən bir insanın mənzilində tənzimlədiyi temperatur 20-22°C-dir.
Yerdən İsitmə Boruları Neçə Dərəcədə İşləyir?
İdeal şəraitdə yerdən isitmə sistemində suyun orta temperaturu 35-55°C aralığında işləyir.
Yerdən İsitmə (İsti Pol) yoxsa Radiator Sistemi Daha Qənaətcildir?
Radiator sistemləri ən az 70-80°C isti su ilə işlədiyi halda, isti pol sistemi 35-55°C aralığında işləyir. Yerdən isitmə boruları daha aşağı temperaturda işləmək xüsusiyyəti olduğuna görə daha çox enerjiyə qənaət edir.
Yerdən İsitmə Sistemində Zamanla Texniki Xidmətə Ehtiyac Yaranırmı?
Yerdən isitmə sistemlərində radiator sistemlərinə nisbətən daimi qulluğa ehtiyac duyulmur. Əgər heç bir nasazlıq yoxdursa, heç bir qulluğa ehtiyac olmayacaq.