Yerdən İsitmə Borularının Həyatımızdakı Önəmi
Yerdən isitmə borularının həyatımızdakı önəmi.
Qış fəslinin gəlişi ilə hər kəsin ağlına ilk mənzili necə qızdırmaq sualı gəlir.Bu sualın məsələn,kömür və odun yandırmaq kimi cavabları var.Amma indi təbiətə zərərli qazların buraxılması və yaşadığımız dünyanı getdikcə daha çox çirkləndirməsi səbəbindən hamımız isinmək üçün müxtəlif yollar axtarırıq.Təbiəti qorumaq,yaşadığımız ərazini isti saxlamaq,enerjiyə qənaət etmək təmamilə mümkündür. Bu şərtləri yerinə yetirmək üçün Yerdən isitmədən istifadə etməliyəm,yoxsa radiatordan deyə sual yaranır.Bu suala cavab tapmaq üçün hər iki sistemin üstünlüklərini və mənfi cəhətlərini ətraflı şəkildə araşdıracayıq.
Yerdən isitmə sistemləri tikinti və ya təmir işləri zamanı döşəmənin altına qoyulan su boruları vasitəsilə isti suyun dövr eləməsi ilə əmələ gələn isitmə sistemidir.Yerdən isitmə sistemləri döşəmənin altına yerləşdirildiyi üçün yaşadığınız mənzildə heç bir vizual çirklənməyə səbəb olmur. Radiatorların qabağına böyük əşyalar qoymamalısınız,çünki onlar istilik ötürülməsinə mane olur.Radiatordan istifadə etdiyiniz zaman istilik otağa yayılır.Bir əşyanın arxasındadırsa,bir hissəsi orada qalır,izolyasiyanız yaxşı deyilsə,bir hissəsi çıxıb yox olur.Yerdən isitmədən istifadə etdiyiniz zaman döşəməniz isti olacaq və istilik bərabər paylanacaq.Ayaqlar insan orqanizmində ən isti saxlanılması lazım olan yerlər olduğundan həm sümüklərinizə qədər isinəcəksiniz,həm də sağlamlığınızı qoruyacaqsınız.
Radiator və ya döşəmənin istiləşməsi sualına ən təsirli cavablardan biri təmizlikdir.Radiator istifadə etdiyiniz məkanda yerləşdiyi üçün onu həm xaricdən,həm də içəridən təmizləmək lazımdır.Radiator istilik sistemindən uzun illər istifadə etmək istəyirsinizsə, onu ən azı 3-4 ildə bir dəfə təmizləməli və təmir etməlisiniz.Yerdən isitmə sistemində isə bütün qurğu döşəmənin altında olduğu üçün xarici amillərdən qorunur.
Radiator sisteminə ən yüksək temperaturu vermək üçün kombi 90 dərəcəyə qədər qızdırılmalıdır.Yerdən isitmə sistemlərində isə ən yüksək temperatur 55 dərəcə istilikdə işləyir.Başqa sözlə,Yerdən isitmə sistemləri radiatorlara nisbətən daha az enerji sərf edir.Yerdən isitmə sistemi çəkilərkən döşəməyə quraşdırılan izolyasiya sistemi sayəsində ətrafınızdakı temperaturu saatlarla saxlaya və enerji itkisinin qarşısını ala bilərsiniz.
Bir mühiti qızdırarkən ağlımıza gələn mühüm amillərdən biri də bu temperaturu nə qədər saxlaya biləcəyimizdir. Radiator sistemi havanı qızdırır və lazımi izolyasiyanı etməmisinizsə, bu istilik qapıdan və şüşə kənarlarından çıxır.Yerdən isitmə sistemi isə ilk öncə döşəməni qızdırır.Buna görə də ətraf mühitdə temperatur uzun müddət saxlanılır.Temperatur aşağıdan yuxarıya doğru hərəkət etdiyi üçün döşəmənin qızdırılması onu göstərir ki,biz ətrafdakı istilikdən səmərəli istifadə edə bilərik.
Kombi sistemi quraşdırılarkən quraşdırılma mərhələsinə diqqət yetirilməlidir,çünki bu mərhələdə ediləcək ən kiçik səhvlər daha yüksək hesablara və enerji itkisinə səbəb olur.Həddindən artıq qızma və ya kifayət qədər isinməmə kimi problemlərlə qarşılaşa bilərsiniz.Borular nə qədər qısa olarsa və dönmələr nə qədər az olarsa,bir o qədər az istilik itirilir.Yerdən isitmə sistemində bütün sistem düz döşəmənin altına yerləşdirilir və əlavə hissələrə ehtiyac olmadığı üçün istilik itkisi ehtimalını da sıfıra endirir.