Unitaz Seçimi
Unitaz seçimində nələrə diqqət eləmək lazımdır?
Unitaz seçimi bütün tualet və Hamamlar üçün çox vacibdir.Çünki Unitazlar hamam və tualetlərin ən qabaqcıl və vacib sanitar avadanlığı elementlərindən biridir.Düzgün seçim etsəniz,onlar çox davamlı məhsullardır və sizə illərlə xidmət edə bilərlər.Buna görə də seçim edərkən bütün variantları nəzərə almaq vacibdir.Hər hansı bir tikinti materialı alarkən davamlılıq çox vacibdir.Bu materiallar aksesuarlar kimi deyil,birbaşa quraşdırma ilə bağlıdır.Ümumiyyətlə ağırdır və onların yığılması bacarıq tələb edir.Böyük bir problem yoxdursa və ya dekorasiya dəyişikliyi edilmirsə,asanlıqla dəyişdirilmir.Buna görə də,xüsusilə Unitaz seçərkən kimyəvi maddələrə və təsirlərə davamlı olması vacibdir.Unitazlar hər zaman təmizlənir və bir çox kimyəvi maddələrə məruz qalırlar.Unitaz seçərkən məhsulun zəmanət müddətini öyrənmək və onların nə qədər davamlı olduğunu araşdırmaq sizin xeyrinizə olacaq.İstehlak bazarında bir çox Unitaz modelləri var.Əsas odurki sizin hamam və tualetinizə uyğun modeli tapıb alasız.Seçim edərkən Unitazın qoyulacaq yeri,forması,yerə uyğun ölçüsü nəzərə alınmalıdır.
Unitazın ölçüləri standartdırmı?
Sualın cavabı qısaca bəli.Unitazların ölçüləri adətən standartdır.Standart Unitazların hündürlüyü təxminən 55 sm,uzunluğu 52 sm və eni 32 sm-dir.Ancaq bazarda bir qədər böyük və ya kiçik olanlarını da tapa bilərsiniz.
Kiçik bir hamam və tualetiniz varsa,mümkün qədər kiçik Unitaz modeli istifadə edərək yerə qənaət edə bilərsiniz.Bundan əlavə,bir neçə sadə məsləhətlə məkanınızı daha böyük göstərə bilərsiniz.Quraşdırılması imkan yaradırsa,divara asılan Unitaz modelləri sizə yer qənaəti yaradacaq.Bu model Unitazlar hamam və tualetdə geniş görüntü yaradır.Bu modellər təmir baxımından da heç bir çətinlik yaratmır.Divara asılan Unitazın arxa tərəfində su baçoku olmadığı üçün daha az uzunluğa malikdir və dibi açıq olduğundan təmizlənməsidə çox asan olacaq.
Əgər divara quraşdırılması imkan yaratmırsa, o zaman adi Unitaz(ayaqlı) sizin xilaskarınız olacaq.
Tualetlərdə diqqət edilməli olan ən vacib şey gigiyenadır.Hamam və tualetin gigiyenasını təmin etmək çox vacibdir.Ancaq təmizlik çox vaxtınızı almamalıdır.Buna görə də hamam və tualetdə asan təmizlənən məhsul seçmək lazımdır.
Unitazların keramikadan olmasının ən mühüm səbəbi onların hamar olması və üzərində çox kir olmamasıdır.Ancaq təbii ki, zamanla səthdə kir və saralma əmələ gəlir.Son zamanlarda bəzi markaların yeni texnologiya örtükləri sayəsində bu kirləri azaltmaq mümkündür.
Müasir Unitazlar formasına,quraşdırılma metoduna(yerdən və ya asma),yuma sisteminin konstruksiyasına və kanalizasiya ilə birləşmə növlərinə görə fərqlənirlər.
Unitazlar aşağıda qeyd olunan dövlət standartlarına uyğun tətbiq olunur;
•qurğunun hündürlüyü-400mm
•statik yüklənmə-200kq
•yuyulma üçün su həcmi-6 l-dən az olmamalı
Bu parametrlər bütün istehsalçılar üçün məcburidir.Unitaz seçimi onun formasından,rahatlığından,materialından, konstruksiyasından və istismar şərtlərindən aslıdır.
Unitaz qapağının seçimi əhəmiyyətsiz görünsə də həm rahatlıq,həm də görünüş baxımından Unitazı tamamlayır.Unitaz qapaqlarının fərqli rəng və ya naxışları hamam və tualetə rəng qatsa da,bu gün tez-tez rast gəlinən yavaş bağlanan Unitaz qapaqları səsin qarşısını alır.Unitaz qapaqlarında gigiyenanı rahatlıqla təmin edə bilmək çox əhəmiyyətlidir.Buna görə də,hamar səthə malik,asanlıqla təmizlənən və çirkləri dəf etməyən Unitaz qapaqlarını seçmək lazımdır.
Unitaz seçimində sizə bütün detalları tək-tək izah etdik. Ümid edirik seçim etmək sizin üçün daha əlverişli olacaq.