Tülpan Kranlar
Tülpan və onun fərqli növləri.
Tülpan hamam və mətbəxdə ən çox istifadə edilən məhsuldur. Məhz buna görə dayanıqlı və uzun illər sizə xidmət edəcək Tülpan seçmək vacibdir. Alacağınız Tülpan təmizlik üçün istifadə etdiyiniz kimyəvi maddələrə davamlı olmalı, kir tutmamalıdır. Satışda çox sayda müxtəlif növ Tülpanlar tapa bilərsiniz.
Tülpanların növlərinə görə seçimi:
Tülpanlar necə yerləşdirildiyi və quraşdırılmasından asılı olaraq bir çox növdə olur. Tülpan seçməzdən əvvəl bütün çeşidləri bilmək və öyrənmək seçiminizi asanlaşdıracaq.
Divara quraşdırılmış Tülpanlar
Bunlar divara bərkidilmiş və altında mebel və ayaqları olmayan Tülpan növləridir. Onlar kiçik vanna otağı üçün uyğundur.
Ayaqlı Tülpanlar
Ayaqlı Tülpanlar bu gün daha çox istifadəçinin üstünlük verdiyi məhsuldur. Tülpan hissəsi divara quraşdırılmışdır, lakin ayaq hissəsi Tülpanın altında boruları gizlətməyə xidmət edir.
Künc Tülpanlar
Bu növ Tülpanlar künclərdə yerləşdirilir. Tülpanın arxa hissəsi düz deyil, 90 dərəcə bir küncə malikdir. Beləliklə, onu vanna otağının istənilən küncünə yerləşdirə bilərsiniz. Xüsusilə kiçik vanna otağında üstünlük verilir.
Mebellə istifadə edilən Tülpan seçimi
Dəzgah üstü Tülpan
Bu növ Tülpanlar mebellərin üstündə yerləşdirilən Tülpanlardır. Tülpanın kənarı dəzgahın üsdündə qalır. Təmizləmək asandır.
Çanaq Tülpanlar
Tülpan seçərkən böyük qablara bənzər Tülpanlarada rast gələcəksiniz. Onlar müxtəlif rəngdə və müxtəlif materiallardan hazırlanmış olur: şüşə,torpaq,metal
Bu Tülpanlar vanna otağı və mətbəxinizə gözəl görüntü bəxş edəcək. Bununla belə, çanaq Tülpanlar adi Tülpanlar qədər möhkəm və dayanıqlı olmaya bilər. Çanaq Tülpanlar ya dəzgahın üstünə, ya da hamam mebelinə quraşdırılmış şəkildə istifadə olunur.
Tülpan seçmək çox çətin görünə bilər. Bu yazımız sizə yardımçı olacaqdır)