Su Təmizləyici Filtrlər nədir, Necə İşləyir?
Su filtri nədir? Su filtri suyu təmizləmək, tərkibindəki çirkləndiriclərdən ayırmaq üçün istifadə olunan, mane funksiyasını yerinə yetirən texnoloji avadanlıqdır.
Bir çox insanların su təmizləyici filtrlərə münasibəti heç də yaxşı deyil. Buna səbəb doğru olduğu zənn edilən, amma, əslində yanlış fikirlərdir.
Bəzilərimiz filtrin “ölü su” verdiyinə inanırıq. Əslində isə əks-osmos texnologiyası ilə çalışan su təmizləyici sistemlərdə suyun kimyəvi tərkibinə heç bir müdaxilə olmadan, yalnız və yalnız fiziki proseslər həyata keçirilir. Bunlar ənənəvi təmizləmə sistemlərinin müasirləşdirilmiş formasıdır.
Su həm mexaniki, həm də bioloji və bakterioloji təmizləmədən keçərək, son mərhələdə təravətini və mineral tərkibini tam şəkildə bərpa edir.
Su filtrindən istifadə etməklə təmiz, eyni zamanda içindəki mineralları “ölməmiş” su əldə edirsiniz. Su filtrlərinin suyu necə təmizlədiyinə dair məlumatınız yoxdursa, sizə qısa şəkildə sizə təqdim edirik. İnsanların su filtrləri və təmizləmə forması haqqında narahatlıqları var. Əks-Osmos sistemli su filtrləri suyu bir neçə addımla, mərhələli şəkildə təmizləyir.
Mərhələ: 1️⃣
➡️ 12″ (inch), 5 mic (mikron) Sediment filtr.
Bu mərhələdə ölçüsü 5 mikrondan böyük hissəciklər və maddələr təmizlənir. (1 mikron = 0.001 millimetr). Bura suya düşmüş iri və xırda maddələr, qum, lil, palçıq, müxtəlif mənşəli tullantılar aiddir.
Sediment filtr, su təmizləyici qurğuların 3 mexaniki önləyici filtrindən birincisidir. Bu mərhələdə su, növbəti, 2-ci mərhələ üçün hazır vəziyyətə gəlir.
Mərhələ 2️⃣
➡️ 12″ inch GAC – xırdalanmış aktiv karbon filtr.
Bu mərhələdə karbon dənəciklərinin səthi maye və bərk formada olan maddələri özünə çəkir. Aktivləşdirilmiş karbon filtr sudakı rəng, qoxu, dad, yağlılıq, xloru aradan qaldırır və suyu 3-cü mərhələ üçün hazır vəziyyətə gətirir.
Mərhələ 3️⃣
➡️ 12″ (inch), 1 mic (mikron) CTO – Preslənmiş aktiv karbon filtr.
CTO (Chlorine, Taste, Odor) filtr, özündən əvvəl, xırdalanmış aktiv karbon filtrdən keçərək gələn, ölçüsü 1 mikronadək olan xlor və xlor birləşmələrini, xüsusi narahatedici dadı və qoxunu aradan qaldırır.
3 mexaniki filtrdən sonuncusu olan CTO filtrdən sonra, su, əsas təmizləyici element olan membran üçün hazır vəziyyətə gəlir.
Mərhələ 4️⃣
➡️ 5-7 angstron LG Membran (1 angstron = 0.000001 mm)
Su təmizlənmə prosesində ən əsas mərhələ olan membran, əks-Osmos elementi hesab olunur və bir girişə, iki çıxışa malik olur.
Bu mərhələdə su bioloji-bakterioloji olaraq təmizlənir və suyun tərkibindəki mikrob, virus, zərərli bakteriyalar aradan qaldırılır.
Mərhələ 5️⃣
➡️ Son post karbon (kakos) filtr.
Tərkibində yalnızca Hindistan qozu qabığında və yer altında olan minerallar mövcuddur. Beləcə, suda acılıq, dadsızlıq vəs. kimi problemlər olmur, su daha təravətli və təmiz qalır.
Mərhələ 6️⃣
➡️ Mineral-Alkalin(ph) filtr.
Su təmizləmə prosesində sonuncu mərhələ olan mineral-alkalin filtr, əvvəlki aşamalarda itirilmiş mineralları bərpa edir və suyun PH (qələvi) əmsalını stabilləşdirir.
Su filtrlərinin növləri hansılardır?
Su filtri təyinatından asılı olaraq fərqli sahələrdə tətbiq oluna bilər. Su filtrlərinin evlər və restoranlar üçün içməli su filtrləri, sənaye sahələri üçün su təmizləmə sistemləri, hovuz filtrasiya sistemləri, mexaniki təmizləyicilər və s. kimi növləri var. Mətbəx üçün içməli su filtrləri arasında ən geniş yayılmış növlər əks-osmos texnologiyası ilə çalışan sistemlərdir. Əks-osmos təbiət hadisələrinin əsasında yaradılmışdır və suyun daha seyrək mühitdən daha sıx mühitə keçməsi ilə tərkibindəki zərərli hissəciklərdən ayrılması ilə çalışır.
Əks-osmos elementindən (membran) başqa, bu tip su filtrlərində önləyici mexaniki filtrlər, dadlandırıcı, minerallaşdırıcı mərhələlər də yerləşdirilir. Su öncə mexaniki olaraq, daha membran səviyyəsində təmizlənir. Son olaraq öz mineral tərkibini lazımi qədər bərpa edir.
Su filtrləri haqqında çox sayda mənfi fikirlər yayılmışdır. Bilinənin əksinə olaraq bu tip sistemlərin mənfi xüsusiyyətləri haqqında ciddi hazırlanmış və sübut olunmuş bir faktor tapılmamaqdadır. Alıcıların sadəcə olaraq məhsul seçimində diqqətli olması kifayətdir.
Su Təmizləyici Filtrini Necə Dəyişmək olar?
Su təmizləmə filterlərinin ölkəmizdə geniş şəkildə yayılmasına baxmayaraq, hələ də filterlərin dəyişdirilməsi və cihaza düzgün texniki qulluq göstərilməsi məsələsi problem olaraq qalır. Əgər hər hansı istifadəçi və ya şirkətdən dəyişim vaxtlarını soruşsanız, alacağınız cavablar bir-birindən fərqli olacaq. Çünki su təmizləmə sistemlərində konkret dəyişim vaxtı kimi anlayış yoxdur. Bu müddət bir çox faktorlara görə dəyişir. Filterlərin dəyişim vaxtı su filterinin növü (osmos, UV), cihazın markası, modeli və texniki kitabçasında qeyd olunan göstəricilər əsasən dəyişə bilər. Su təmizləmə sistemləri müxtəlif həcmli filtrlərlə təchiz olunur. Təbii ki daha böyük həcmli katriclər daha gec dəyişdirilə bilər. Ailənizin su istehlakı filtr dəyişdirmələrinin tezliyinə də təsir edir. Daha çox su istifadə edirsinizsə təbii olaraq da filtrləri daha tez-tez dəyişdirməlisiniz. Cihaza daxil olan suyun keyfiyyəti filterlərin dəyişdirilmə vaxtına əhəmiyyətli dərəcədə təsir göstərən əsas faktorlardan biridir. Hər bölgə və hər zonada suyun keyfiyyətində ciddi fərqlər olduğunu nəzərə alsaq, onda filtrlərin dəyişimini də buna əsasən nəzarətdə saxlamalıyıq. Köhnə filtrləri orijinalları ilə əvəz etmək lazımdır. Məsələn, qurğunun öz üzərində gələn filtrlər 6 ay müddətində suyu təmizləyibsə, yeniləri də ən az 6 ay çalışmalıdır. Saxta filtrlər istifadə edirsinizsə, onları tez-tez yeniləməlisiniz.
Su Təmizləyici Filtrləri Hardan Almaq olar?
Su filtra hazırda bir çox su filtra satış mağazalarından və elektonika mağazalarından əldə edə bilərsiniz. Su filtrlərinin qiyməti istehsal olunduğu ölkə, həcmi, markası və digər nüanslara görə dəyişir. Bir qədər axtarış etməklə su filtra satış saytlarından daha ətraflı məlumat ala bilərsiniz. Lakin su filtri almaq fikrindəsinizsə, öncə bunlara diqqət etməlisiniz.
İlk öncə mətbəx vannasının altındakı sahənin genişliyi nəzərə alınmalıdır ki, qurğunu rahat yerləşdirmək və gələcəkdə, servis zamanı müdaxilə etmək mümkün olsun. Həmçinin, çox yer tutmamalı, digər əşyaları da yerləşdirməyə mane olmamalıdır. Adətən 5 – 6 filtr sayına malik olan su təmizləmə sistemləri daha geniş yayılmışdır. Bu qurğular həm suyu təmizləməli, həm də suyun mineral tərkibini lazımi qədər standartlaşdırmalıdır.
Önləyici filtrlər, membran, son karbon filtr və mineral filtrin olması mütləqdir.
Seçim edərkən diqqət edilməli digər vacib məqam isə məhsulun sertifikatlaşdırılmasıdır.
Müvafiq idarə və qurumlardan uyğunluq və gigyenik sertifikatlarla təmin olunmuş məhsullara üstünlük verilməlidir. Unutmayaq ki, bu tip avadanlıqlar birbaşa sağlamlığa xidmət edir.
Gündəlik su istifadəsi həcmi nəzərə alınmaqla seçim edilməlidir ki, istənilən halda təmiz sudan kəsintisiz formada istifadə etmək mümükün olsun. Filtrasiya gücü, bak həcmi kimi paramaterlər su filtrinin təmizləmə gücünü təyin edən faktorlardır. Su filtri daim servis və qulluq tələb edən məişət əşyasıdır. Odur ki, məhsulun ehtiyat hissələrinin asan tapılması, aldığınız şirkət tərəfindən təmin edilməsi və servis xidmətinin göstərilməsi çox vacibdir.