Radiatorlar Arasındakı Fərqlər Nələrdir?
Alüminium radiatorlar, yoxsa polad radiatorlar?
Son zamanlarda alüminiumdan hazırlanan batareyalar çox populyardır. Onlar kimyavi qarışıqdan hazırlanmış və emal edilmiş toz ilə örtülmüşdür. Bu radiatorların növləri istehsal olunma şəkilinə görə fərqlənir. Beləliklə alüminium radiatorlar 2 əsəs istehsal olunma növünə görə fərqlənir, tökmə üsulu ilə hazırlanan və ya damğalama üsulu ilə hazırlanan. Belə radiatorlar daha çox mərkəzi istilik sistemi olan mənzillərdə istifadə olunur. İstilik radiatorlarının bir mənzilə qoyulması üçün ilk öncə üstünlüklərini və mənfi cəhətlərini nəzərə almalıyıq.
Bəs bu radiatorların əsas üstünlükləri nələrdir?
1.İlk olaraq yaxşı istilik keçirmə qabiliyyətinə malik olurlar. Belə radiatorların enerjiyə 30% qənaət edə biləcəyinə inanılır.
2.Bu məhsullarin dizaynı zərif və modern, çəkiləri isə daha yüngül olur. Alüminium radiatorların ölçüləri fərqli ola bilər, belə ki, özünüz üçün ideal seçimi etməkdə sərbəstsiniz.
3.Avadanlıqlar nisbətən daha münasib qiymətədir və əlverişlidir.
Əsas mənfi cəhətlər:
1.Elektrokimyəvi korroziyaya məruz qala bilirlər. radiatorların keyfiyyətinin pis olması suyun keyfiyyətindən aslıdır. Əgər istifadə olunan suyun keyfiyyəti normaldırsa, bu zaman radiatorun ömrüdı daha çox olur.
2.Divarları incədir, buna görə də sərt zərbələrə qarşı çoxda dözümlü olmurlar.
Bəs polad radiatorlar?
Batareyanın bu versiyası şaquli və ya üfüqi bir vəziyyətdə olan əyilmiş borulardan ibarətdir. İstilik səmərəliliyi birbaşa boruların sayı və uzunluğundan asılı olmayaraq, onların arasındakı məsafədən asılıdır.
Polad radiatorların əsas üstünlükləri nələrdir?
1.Məhsullar geniş çeşiddə təqdim olunur. Bələ ki, dünyada uzun zamandır istifadə olunan bu radiatorların günümüzdə bir çox fərqli modeli mövcuddur. Bu da öz növbəsində bizlərə fərqli çeşid imkanı verir.
2.Faktiki olaraq bütün modellərdə kəskin künclər yoxdur və onların sadə formaları təmizləmə prosesini asanlaşdırır.
Polad radiatorların əsas mənfi cəhəti isə, sısdırma riskinin mövcud olmasıdır. Bu modellər zəif istilik sistemi olan yüksək mərtəbəli binalar üçün qəbuledilməzdir.