MƏHSUL HAQQINDA: Xam beton üzərinə tətbiq ediləcək alçı və sement əsaslı suvaqlardan öncə səthin yapışqanlığını artırmaq məqsədiylə istifadə edilən polimerlə modifikasiya edilmiş qətran əsaslı iç və çöl cəbhə astarıdır |
XÜSUSİYYƏTLƏRİ: Solğun qırmızı rəngli astardır. Sıxlığı 1,47±0,02 q/ml |
TƏTBİQ SAHƏSİ: Xam beton səthlərə alçı və sement əsaslı qarışımın tətbiqindən əvvəl tətbiq edilir. Xam beton səthlərdə (divar, sütun, tavan) iki tərəfli bağlayıcılığı artıran astar kimi istifadə edilir |
TƏTBİQİ: Tətbiq ediləcək səth məhsulun yapışmasını əngəlləyən hər cür kir, pas və yağlardan təmizlənməlidir. Səthdəki xətalar təmir edilməlidir. Səth quru və təmiz olmalıdır. Tətbiqi: İstənilən konsistensiyaya görə 1-2% civarında su ilə aşağı dövrlü qarışdırıcı ilə qarışdırılıb hazırlanaraq rolik ilə səthə tək qat şəklində tətbiq edilir. Tətbiq zamanı FABKONTAKT müəyyən aralıqlarla qarışdırılmalıdır. Üzərinə suvaq və alçının tətbiq edilməsi üçün səth tam qurumalıdır (təxminən 24 saat) |
İNCƏLDİLMƏSİ: Rolik ilə tətbiq edildikdə maksimum 1-2% təmiz su ilə həll edilərək tək qat olaraq tətbiq edilməsi tövsiyyə olunur |
QURUMA VAXTI: (20ºC, 65% HR-də): Son quruma – 24 saatdır (daha yüksək rütubətlilik və aşağı temperaturlarda quruma müddəti uzana bilər) |
SƏRFİYYAT: Tətbiq ediləcək səthin növünə, əmiciliyinə və strukturuna görə 1 kiloqram ilə tək qatda orta hesabla 4 m2 sahə örtülə bilər. Dəqiq sərfiyyat üçün nümunə testi keçirilə bilər |
QEYD: Tətbiq etmə temperaturu +5ºC İLƏ +30ºC olmalıdır. |
SAXLANMA MÜDDƏTİ: Açılmamış qutusunda, sərin və quru yerdə dondan və birbaşa günəş işığından qorunaraq 18 ay saxlanıla bilər. Qutunun qapağını istifadədən dərhal sonra hava keçirməyəcəyi şəkildə bağlayın |
Açıqlama
Əlavə informasiya
Rəylər (0)
İlk nəzərdən keçirin Cavabı ləğv et
Çatdırılma və Ödəmə haqqında
Rəylər
Hələ rəylər yoxdur.