Günümüzdə demək olar ki, əksər evlərdə istifadə olunan su filterləri insan sağlamlığının xidmətində duran qurğulardan sayılır. Bu qurğular suyu mexaniki hissələrdən, xlor kimi təmizləyici kimyəvi maddələrdən, həll olmayan hissələrdən, bakteriya, virus və ağır metallardan təmizləyir. Təmiz və içməli su əldə etmək üçün filtrləri üç kateqoriyaya ayırmaq olar. Birinci kateqoriyaya ən sadə sistemi olan məişət filtrləri, ikinci və üçüncü kateqoriyaya isə müvafiq olaraq orta təmizlənmə dərəcəsi olan və yüksək təmizləmə dərəcəsi olan filtrlər daxildir. Ama hazırda ən çox yayılmış və tövsiyə olunan filtrlər əks osmos sistemi olan filtrlərdir. Bu filtrlər sistemi günümüzdə qabaqcıl texnologiyaya əsaslanan sistem sayılır.
Suyun təmizlənmə növünə görə də filtrlər fərqlənir. Ümumi qayda olaraq təmizlənmə prosesi mexaniki təmizlənmədən başlayır. Mexaniki təmizlənmə birinci olduğu üçün bu proses zamanı mexaniki qalıqlar, çirklər, daş, qum, lil kimi qatqılar, yəni suda həll olmayan maddələr təmizlənir. Bu prosesdə asma şəklində olan hissələr çıxardılır. Belə hissəciklər böyük ölçülü hissəciklər sayılır. Bunların ölçüsü 5-50 mikrondan böyük sayılır. Bu ölçüdə olan maddələri təmizləmək üçün xüsusi daş, qum, diskləri və ya pambığı olan filtrlərdən istifadə olunur. Belə filtrlər bəzən evlərin su girişində də quraşdırılır. Su girişində ağır maddələrin təmizlənməsi üçün qoyulan filtrlər evinizdə nəinki sağlamlığınıza, hətta evdə su ilə işləyən qurğuların işlənməsinə də çox müsbət təsir edəcək. Bundan əlavə olaraq poliproplen və ya polimerdən hazırlanmış sarma kartricləri vardır ki, onlar sizin evinizdə olan santexnika və məişət texnikalarını da qoruya bilər. Keçmiş zamanlardan etibarən insanlar, suyun tərkibində olan daş, qum, lil kimi qatqıları süzmək üçün xüsusi daşlardan və süzgəclərdən istifadə etmişdilər.
Müasir filtrlərdə daha eyni bir texnologiyadan istifadə olunmuşdur ki, bu üsul ion mübadiləsi adlanır. Bu üsulla suyun yumşaldılması həyata keçirilir. Bunun üçün xüsusi kömürlərdən istifadə olunur. Belə filtrlər “kömür filtri” də adlanır.
Hal-hazırda istifadə olunan filtrlərdə əks osmos sistemi də çox tətbiq olunur. Bu sistemi müasir qurğuların əvəz edilməz sistemi adlandırmaq olar. Ekoloji baxımdan suyun təmizlənməsi üçün ən yararlı sistem sayılan əks osmos sistemi suyun daha yaxşı filtrasiya olunmasını təmin edir. Bu üsul bakteriya və virus kimi ziyanlı maddələri təmizləyir. Nitritlər, siyanidlər, flüor, qurğuşun, sulfatlar, xlor kimi maddələrin təmizlənməsi əks osmos sistemi ilə həyata keçirilir. Buna görə də bu sistemlər əvəz olunmaz sistemlər sayılır. Bu sistem ilkin olaraq dəniz suyunun təmizlənməsi üçün nəzərdə tutulmuşdur. Lakin hal-hazırda evimizə gələn şəbəkə suları da ziyanlı maddələrlə dolu olduğu üçün bu sistem ev filterlərinə də tətbiq olundu. Əks osmos sistemi ilə təmizlənən su yenidən mineral filtrindən keçərək minerallaşdırılır. Çünki əks osmos sistemində membran qurğusundan istifadə olunur ki, bu da suyun tərkibindəki mineralların azalmasına səbəb olur. Bu sistem xüsusi bir iş prinsipi ilə işləyir. Əməliyyat prosesi zamanı maye xüsusi bir təzyiq nasosu ilə yuxarı təzyiqdə ən kiçik məsamələri olan membrandan keçir. Membran qurğusunun məsamələri çox sıx olur. Sıxlıq dərəcəsi çox olduğundan bu dəliklərdən yalnız su molekulları keçə bilir. Suyun tərkibində olan zərərli maddələrin ölçüsü adətən su molekullarının ölçüsündən çox olur. Bunların ölçüləri böyük olduğu üçün membranı keçə bilmir və yenidən kirli su olaraq filtrdən xaric olunur. Bir qayda olaraq su əks osmos sistemində belə təmizlənir və demək olar ki, distillə edilmiş vəziyyətdə olur.
Araşdırmalar göstərir ki, böyük şəhərlərdə yaşayan insanların 54%-i içməli su üçün su təmizləmə qurğularından istifadə edir. Su təmizləmə cihazlarında adətən mexaniki, membran, ion filtrlərindən istifadə olunur. Amma bir növ filtir də vardır ki, buna ultrabənövşəyi filtr deyilir. Bu müasir texnologiya əsasında suyun tərkibində olan göbələklər, bakteriyalar, virusla və digər bu kimi patogen mikroorqanizimləri suyun tərkibindən çıxarmağa imkan verir. Bu texnologiyanin ən əsas üstünlüyü suyun tərkibində olan faydalı maddələrin ölməsinə imkan verməməkdir və bu metodun əsas üstünlüyü onun təhlükəsiz olmasıdır. Çünki ultrabənövşəyi şüalar suyun tərkibini dəyişmir. Bundan əlavə olaraq UV dezinfeksiya suyun qoxusuna və dadına heç bir mənfi təsir göstərmir. Belə qurğular qənaətcil işləməsinə görə də çox əlverişlidir. Bu tip avadanlıqlar ekoloji cəhətdən də təmiz olur. Bu avadanlığın bir mənfi cəhəti odur ki, suyun tərkibində olan mexaniki çirkləri təmizləyə bilmir. Bunun üçün mexaniki təmizlənmiş suyu bu filtrdən keçirsəniz daha yaxşı olar. Əgər suyun tərkibində mexaniki çirklər olarsa, bakteriyalar bu maddələrin ətrafında yığılaraq müdafiə oluna bilirlər. Buna görə də, UV texnologiyası suyun son təmizlənmə mərhələsində həyata keçirilməlidir.
Su filtrini seçərkən hansı nüanslara diqqət etmək lazımdır? Suda olan təhlükəli maddələr, viruslar,bakteriyalar və başqa mikroorqanizimlərdən əlavə olaraq, filtrin seçimində başqa nüanslar vardır ki, onlara da diqqət etmək lazımdır.
Filtr suyunun temperaturu ilkin olaraq nəzərə alınası mövzulardan biridir. Filtrlərin əksər hissəsi soyuq su üçün nəzərdə tutulub. Belə filtrlər maximum 40 dərəcə temperaturda işləyə bilir. İsti su üçün nəzərdə tutulan filtrlər də vardır ki, onların xüsusi sifariş ilə hazırlanması həyata keçirilə bilər.
Filtrlərin modul və ya kartriclərinin işləmə vaxtı. Filtr alarkən mütləq şəkildə sizin gündəlik su ehtiyacınız nəzərdə tutulmalıdır. Bunu nəzərə alarkən mütləq su və yemək üçün ehtiyac olan gündəlik su miqdarını təxmini bilmək lazımdır. Müasir qurğular gün ərizində 200-250 litr su vermə qabiliyyətinə malikdir. Belə qurğuların əks osmos sistemi olduğuna görə su vermə sistemi 300 litrdən çox olmur. Filtrlərin kartricləri müəyyən vaxt ərizində təmizlənməlidir. Kirli olan kartriclər suyu tam təmizləyə bilmir. Bir müddət sonra yararsız hala düşür. Kartriclərin təmizlənmə vaxtı növlərindən asılı olaraq müxtəlif vaxtlarda dəyişilir. Məsələn ion kartrici 6 ay, daş, qum kimi maddələri saxlayan filtrlər 3-6 ay aralığında dəyişməlidir. Membran filtri isə 2 ildən sonra dəyişdirilə bilər.
Günümüzdə filtrlər ən çox mətbəxdə, çanağın altına yerləşdirilən çanaq filtrləridir. Bu filtrlər daha yığcam olması ilə seçilirlər. Çanaq filtrlərinin əsas üstünlüyü bunlardır: Bir neçə kartriclə təmin olunan yüksək dərəcəli təmiz su, böyük iş bacarığı və davamlı işləmə sistemi, kiçik və kompakt yerləşməyə uyğun olan ölçülər, rahat bir kranının olması və bəzi modellərdə təzyiqi qoruyub saxlamaq üçün su nasosu da bu modellərin ayrılmaz hissəsidir. Belə filtrlər insan sağlamlığının qorunması baxımından da çox önəmlidir.