Filter

Vannalar

Hamam otağının ayrılmaz bir hissəsi olan hamam vannaları hamama xüsusi bir gözəllik verir. Hamam vannaları günün stresini atmağımıza kömək etməklə yanaşı, ruhumuzu dincəltməyə də komək edir. Hamamın dekorasiyası dəstəkləyən bu məhsulun seçimi göründüyü qədər asan deyil. Xüsusilə uzun müddət duş qəbul etməyi sevən birisinizsə, bu mövzuda çox daha həssas olmalısınız.

Hamam vannaları xüsusiyyətlərinə gorə bir-birindən fərqlənir. Hamam vannaları seçərkən çox diqqətli olmağınız tövsiyyə olunur. Vannaların bir çox xüsusiyyətləri var ki,bunları bilmək sizə vanna seçimində kömək olacaq. Vannaları dizaynına, görünüşünə,materialina və ölçülərinə görə fərqləndirmək olar.

Beləliklə, vanna seçərkən nələrə diqqət etməlisiniz?

Vanna seçimi xüsusi diqqət tələb edən bir məsələdir. Çünki hamam otağı yalnız müxtəlif təmizlik prosedurlarının yerinə yetirildiyi yer deyil, həm də ağır və stresli iş günündən sonra dincəlmə və güc qazanma məkanıdır. Düzgün dizayn və tərtibatla buranı gözəl bir rahatlama yerinə çevirə bilərsiniz. Hamam otağının mərkəzi elementi isə vannadır. Vanna çeşidi çox olduğu üçün bu məhsulu seçərkən hamamın ölçüsü, vannanın ölçü və forması, materialı və əlavə elementlərini nəzərə almaq lazımdır. 

Hamam Vannaların Ölçüsü

Bəlkə də seçim edərkən nəzərə alınmalı ən vacib amil hamam otağınızın sahəsidir. Hamamınız böyük və genişdirsə, bu, vanna seçmək üçün çox sərfəli bir vəziyyətdir. Çünki istədiyiniz ölçüdə və dizaynda vanna alıb vannadan həzz ala bilərsiniz. Məsələn, çox geniş hamam otağında kvadrat vanna qoya bilərsiniz. Lakin hamam otağının ölçüsü kiçikdirsə, seçəcəyiniz vannanın ölçüləri mövzusunda çox sərbəst ola bilməzsiniz. Bu səbəbdən oval vannalar seçə və ya hamamınızın ölçüsünə uyğun düzbucaqlı vannalar ala bilərsiniz.Oval vannalar ölçülərinə görə, düzbucaqlı vannalardan nisbətən kiçik olur.

Bunlara əlavə olaraq, vannanı oturacaqlı və ya oturacaqsız seçdiyinizə qərar verməlisiniz. Xüsusilə evinizdə uşaqlı bir ailəsinizsə və ya yaşlı bir insan yaşayırsa, oturacaqları olan modelləri seçmək daha təhlükəsiz olacaq. Əgər siz uşaqlı ailəsinizsə, dərinliyi 43 sm olan mini vannalardan birini ala bilərsiniz. Çünki belə vannalar baş verə biləcək qəzalara qarşı daha təhlükəsizdir. Ancaq uşaqlı ailə deyilsinizsə və evinizdə yaşlı adam yoxdursa, istədiyiniz ölçüdə vanna ala bilərsiniz. Bundan əlavə, əgər siz uzun boylu və artıq çəkidən əziyyət çəkən bir insansınızsa, bu halları nəzərə almanızı tövsiyə edirik.

Vanna seçərkən diqqət yetirilməli olduğunuz digər bir meyar da materialdır. Hazırda vanna istehsalında ən çox istifadə olunan material akrildir.  Akril vannalar gücləndirilmiş plastikdən hazırlandığı üçün çox dözümlüdür, yüngüldür, istiliyi orta səviyyədə saxlayır, fərqli dizaynlarda, formalarda və ölçülərdə hazırlanır, asanlıqla bərpa olunur. Bundan başqa, akrildən olan vannaların qiyməti də uyğundur. Hamam otağınız üçün universal və münasib qiymətə vanna axtarırsınızsa akril vanna əla seçimdir. Başqa bir material növü isə seramikdir. Seramik vannalar hamar parlaq səth səbəbiylə çox estetik görünür. Fayansdan və metal-seramikdən hazırlanan modellər nisbətən bahallıdır. Bu vannalar istiliyi uzun müddət saxlayır, uzun xidmət müddətinə, hamar parlaq səthə, müxtəlif rəng, forma və dizayna malikdir. Ancaq seramik vannalar bahalı və ağırdır. Ona görə də bu vanna modelləri görünüşə böyük əhəmiyyət verən alıcılar üçün uyğundur.

Vanna seçimində əlavə elementləri də nəzərə almaq lazımdır. Məsələn, ailədə uşaq və ya yaşlı insan varsa, təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirməlisiniz. Kənarlarında xüsusi tutacaqların olan vanna seçə bilərsiniz. Yaxud rahatlığınıza çox əhəmiyyət verirsinizsə, hidro hava massajı qurğuları, qoltualtlığı, baş dayağı işıqlandırması olan vannaya üstünlük verə bilərsiniz. 

Vanna qiymətləri 

Hamam vanna qiymətləri daha çox material və ölçüsünə görə dəyişir. Siz kuvet və cakuzi modellərə satışda daha çox rast gələcəksiniz. Formasına görə fərqlənən bu modellər 250 azn-dən başlayaraq 450, 500, 700, 800 azn-ə qədər təklif olunur. Həmçinin,mağazalarda seçim edərkən əgər qərarsızsınızsa,  sizə təqdim edilən vanna otağı şəkillərindən istifadə edə bilərsiniz.

 Jakuzi vanna qiymətləri

Jakuzi vanna qiymətləri də klassik vannalar kimi əsasən ölçüsünə görə dəyişkəndir. Siz  hamam üçün lazım olan jakuzi vanna axtarışındasınızsa, onları 3800 azn, 4500 azn,500 azn arasında nəzərə almalısınız. Ancaq daha münasib qiymətə 2-ci əl satışa çıxarılan jakuzi vannalar işlənmə müddətindən asılı olaraq 150 350, 380, 200, 400 azn-ə tapa bilərsiniz.

Vanna Materialları

Vanna seçməzdən əvvəl nəzərə alınmalı olan başqa bir məqam onun materialıdır. Müasir vannaların əksəriyyəti keramikaakril kimi materiallardan hazırlanır. Bundan əlavə, körpələr üçün nəzərdə tutulan plastik vanna modelleri də var. Bununla belə, bu materiallar arasında təsadüfi seçim etmək sağlam davranış olmaz. Çünki vanna davamlı olaraq alınan məhsul deyil. Keyfiyyətli və davamlı materiallardan olanları seçməlisiniz ki, uzun illər istifadə olunsun.Vanna seçərkən, akril materialdan olanları seçmək daha məsləhətlidir.

Akril vannalar

ın bir çox xüsusiyyətləri var. Akril vannalar gigiyenik və davamlı olurlar. Bu vannaların təmizlənməsi daha asan həyata keçirilir. Xarici təsirlərə qarşı isə digər vannalara nisbətən daha dözümlü olur və bərpası da mümkündür. Eyni zamanda, akril vannaların yanğın zamanı zədələnmə ehtimalı da azdır. Bu vannalar sadə quraşdırma, davamlılıq, xoş görünüş və əlverişli qiymət səbəbiylə alıcılar arasında populyarlıq qazanır.

Seramik vannalar

uzun müddət istiliyi saxlaya bilir, bu da materialın xüsusiyyətindən iləri gəlir. Bundan başqa, seramik məhsullar su və rütubətə məruz qalaraq paslanmır. Onlar mexaniki zədələrə qarşı da dözümlüdür. Ancaq seramik vannalar kövrək və ağırdır, eləcə də materialına görə daha bahalıdır.  Daşınması və quraşdırılması mürəkkəb olduğu üçün bu vanna modelləri eksklüziv məhsullar sayılır. 

Vanna Ölçüləri – Vanna Dizaynları

Vanna ölçüləri forma və funksiyasına görə çox dəyişir. 100 x 100 sm-dən başlayan və 160 x 160 sm-ə qədər böyüyən oval və ya kvadrat vannalar. Düzbucaqlı məhsulların ölçüləri ümumiyyətlə 110 x 70 sm-dən başlayır və 180 x 80 sm-ə qədər artır. Vannaların daxili hündürlüyü 45 sm ilə 50 sm arasındadır. Xüsusi hazırlanmış modellərdə bu hündürlük 75 ilə 77 sm arasında ola bilər. Ümumiyyətlə vannaların dörd formasını göstərmək olar: düzbucaqlı, kvadrat, künc və oval.

Düzbucaqlı vannalar

klassik hesab olunur və müxtəlif materiallardan hazırlana bilir. Bu vanna modelləri istənilən hamam otağına uyğun olduğu üçün universaldır. Düzbucaqlı vannaların çoxunda qoltuqaltlığı, erqonomik baş dayağı kimi xüsusi elementlər olur.

Kvadrat vannalar

həcmli olduğu üçün geniş vanna otaqları üçün uyğundur. İki nəfərin belə sığa bildiyi bu vanna modellərinin çoxunda hidro massaj və işıqlandırma kimi əlavə funksiyalar var. Kvadrat vannaların hazırlanmasında akrildən istifadə olunur. 

Künc vannaları

həcmli və qeyri-stardart dizayna baxmayaraq hamam otaqlarında boş yerdən rasional istifadə etməyə imkan verir. Ancaq künc vannaları alarkən istiqamətini də nəzərə almaq lazımdır. Bu vanna modelləri akrildən hazırlanır. 

Oval vannalar

yığcamlığı və yumuşaq xətləri ilə hamam otağındakı yerə qənaət etməyə imkan verir. Bundan başqa, bu vannaların əksəriyyəti hidro və ya hava masajı qurğusu ilə təchiz edilir. Ancaq bu modellərin baş dayağı və qoltuqaltlığı olmur. 

Vannanın Quraşdırılması

Vannanın düzgün quraşdırılması da çox vacibdir. Çünki quraşdırılma düzgün və simmetrik aparılmasa, həm pis görkəm alacaq, həm də ümumilikdə evə və hamam otağına ziyan vuracaq. Məsələn, yerində tam oturmamış vanna ətrafına su çəkərək divarları şişirdə bilər. Vannanı quraşdırarkən su axınını da nəzərə almaq lazımdır. Əgər belə bir problemlə qarşılaşmaq istəmirsinizsə, ən məntiqli şey keyfiyyətli bir məhsul seçin və peşəkar ustaya müraciət edin.

Vanna hansı materialdan hazırlanır? 

Vanna hamam üçün ən kritik, eyni zamanda ən vacib detaldır.

Bu gün duş kabinəsi nə qədər dəbdə olsa da, hamam heç vaxt aktuallığını itirmir. Evdə kiçik uşaqlar olduqda rahat və praktik, əvəzolunmaz, çətin bir gündən sonra əsl istirahət təmin edən bu santexnika avadanlığının hər bilicisi öz məziyyətlərini tapacaqdır. Düzdür, çox şey belə bir məhsulun keyfiyyətindən asılıdır. Yalnız rahatlıq və davamlılıq ilə sizi sevindirməsi üçün vannanın necə seçiləcəyini dəqiqləşdirməlisiniz.

Hamam Vannasinin Ölçüsünü Təyin Edin.

Bəlkə də bu cür santexnika üçün əsas xüsusiyyət həm xarici, həm də daxili ölçüləridir. Bu vəziyyətdə hamamınızın ölçülərini nəzərə aldığınızdan əmin olun. Axı, sizə mümkün qədər rahat görünən şey otaqda çox yer tuta bilər və ya heç o yerə sığmır. Buna görə də, burada vəziyyətiniz üçün ən yaxşı hamam vannasını tapanadək ağlabatan bir uzlaşma axtarmalısınız.

Doğru Hamam Vannasi Materialinin Seçilməsi.

Bu gün hər cür santexnika hazırlanır! Buna görə, vannanın hansı materialdan daha yaxşı olduğunu araşdırmaq o qədər də asan deyil. Ən tipik seçimlər: akril vannalar, daş vannalar, çuğun vannalar və s.-dir.

Akril Vannalar

Bu versiya əsasən gücləndirilmiş bir plastik olan PMMA-dan hazırlanmışdır. % 100 saf ola bilər və akrilonetril butadien stiren əlavə oluna bilər – bu vəziyyətdə keyfiyyət hesabına olsa da, qiymət daha aşağı olur (daha məsaməli quruluşa görə üst qat daha sürətli aşınır). Hər halda, akril vannalar yüngül və isti olur və ən əsası dizayn və avadanlıq baxımından müxtəlifdir (hidromasaj, xromoterapiya, su səviyyəli sensorlar və s. daxildir).

Vannanın formasını seçək.

Vannanın düzgün seçilmiş formasından onun rahatlığı və maksimum sizə uyğunluğu, eləcə də dizayna uyğunluğu bilinir. Bildiyiniz kimi düzgün seçilən formada vanna çox şeyə təsir edir. Bəs vannalar hansı formalarda ola bilər? Kvadrat, standart oval və yumru vannalar var. Ancaq hansının sizə uyğun olacağını seçdiyiniz dizayn və interyerə görə, eləcə də şəxsi xüsusiyyətlərinizdən irəli gələrək dəyərləndirməlisiniz. 

Vanna modelləri və formaları hansılardır? 

Hamam otaqları hər gün istifadə etdiyimiz xüsusi sahələrdən biri olduğu üçün çox önəmlidir. Əlimizi yuduğumuz, duş qəbul etdiyimiz, əsas ehtiyaclarımızı qarşıladığımız hamamlar davamlı təmizlik tələb edən bir sahədir. Buna görə də gigiyenik olmalıdır. Bir sözlə, hamamlar təmizlik və rahatlıq tələb edən bir sahə olduğundan onun dekorasiyası da önəmlidir.

Əvvəla, müasirlikdə təmtəraq, ağır naxışlara, rənglərə yer yoxdur. Müasir vanna otağından danışarkən bilmək lazım olan ilk qayda, hamamın düz, sadə və aydın xətləri olmalıdır. Müasir bir vanna otağı dizayn edərkən, şkaf və vanna otağından başqa ərazidə heç bir dağınıqlığın olmamasına diqqət yetirməlisiniz. İntizamlı və mütəşəkkil bir mühit istəyən müasir vanna otaqlarında şəxsi məhsullarınız və təmizlik materiallarınız üçün rəf və ya uyğun şkaf istifadə etməlisiniz.

Sevərək istifadə edəcəyiniz müasir vanna otağınızı səliqəli saxlamaqla yanaşı, müasirlikdən güzəştə getməmək üçün həndəsi formalar ən çox seçilən xətlərdir. Banyonun divarları müasir vanna otağı bəzəyində mühüm yer tutur. Buna görə də divarları rəngli naxışlarla bəzəyərək vanna otağınıza dinamizm qata bilərsiniz.

Vanna seçərkən hamamın ölüçlərini nəzərə almağı unutmayın. Həmçinin, duş kabin seçimləri zamanı onun quraşdırılacağı yeri öncədən seçin. Sevilən markalara, keyfiyyətə və uzun müddətli istifadəyə üstünlük verirsinizsə, Akabe İnşaat tam sizin axtardığınız yerdir.

Vannaların klassik, müasir, orijinal stildə olmasına da öncədən qərar verin ki, interyerdə ayrı bir parça kimi qalmasın, əldə etdiyiniz məhsul onu tamamlasın və daim sizi sevindirsin. Duş kabinləri seçərkən onun təmizlənməsi və baxım qaydaları haqda öncədən məlumat almağı unutmayın. Həmçinin, əldə etdiyiniz vannaları təmizləyərkən kəskin kimyəvi maddələrdən istifadə etmək tövsiyə olunmur.

 

Düzgün rəngləri seçərək, vanna otağınıza müasir bir görünüş verə bilərsiniz. Məsələn, bütün ağ rəngli vanna otağı müasir və sadə üslubu çatdırmağın ən asan yoludur. Banyonuzda tək rəngdən istifadə banyonun digər elementlərini ön plana çıxarır və dizayna əhəmiyyət verir. Tək rəngdən istifadə etmək istəmirsinizsə, divarların bəzi hissələrini əks rənglərlə ziddiyyət təşkil edərək dizaynı tamamlaya bilərsiniz. Məsələn, ağ kirəmitli divarların bəzilərini qara və ya metal rəngli və ya naxışlı keramika ilə örtməklə qəşəng və müasir bir görünüş əldə edəcəksiniz.

Hamamınız üçün düzgün vanna necə seçə bilərsiniz?

Əgər bir hamamın dizaynında doğru vanna modelləri seçmək istəyirsinizsə, zövqünüzə və məkanın tələblərinə uyğun olacağını düşündüyüm bir neçə populyar vanna tipini aşağıda təqdim edirəm:

Klasik Vanna: Klasik vanna modelləri zamanın sınaqdan keçmiş, ən sadə və populyar seçimlərdən biridir. Köhnə tərzi və klassik formaları sevənlər üçün yaxşı bir seçimdir.

Kütləvi Vanna: Məkanınıza görə fərqli ölçülərdə tapa biləcəyiniz kütləvi vanna modelləri mövcuddur. Dairə forması, oval və ya müxtəlif simetrik formalar kimi variantları mövcuddur. Bəzi modellər əlavə funksiyalar, misal üçün masaj, sujet, aydınlatma və musiqi funksiyalarını da təklif edir.

Jakuzi (Hidromassaj) Vanna: Yorgunluq və stressdən azad olmaq  üçün jakuzi vanna modellərini düşünə bilərsiniz. Hidromassaj sistemləri ilə birlikdə gələn bu modellər suyun vücuda təsiri vasitəsilə rahatlıq və xüsusi spa təəssüratı verir.

Walk-In Vanna: Əgər əsas məqsədiniz rahatlıq və giriş-asanlıqdirsə, walk-in vanna modelləri bir seçim ola bilər. Bu modellər daha alçalmağa müvəffəq ola bilən və girişi daha asan olan variantları təmsil edir.

Modern Minimalist Vanna: Minimalist vanna modelləri düzgün xəttlər, sade dizayn və sadə funksiyalar ilə seçilənlər üçün ideal olar. Bu modellər genelliklə daha minimalist və modern banyo tərzini tamamlamaq üçün istifadə olunur.

Köşk Vanna: Məkanın optimal istifadəsi üçün künc vanna modelləri gözəl bir seçimdir. Məkanın bir tərəfini işğal etmədən daha böyük bir vanna əldə etmək imkanı yaradır.

Ən yaxşı vanna modellini seçərkən, məkanın ölçüləri, bütcəniz, tərzdən gələn zövqünüz, əlavə funksiyalar və praktik tələblərinizi nəzərə almalısınız.

Vanna satışı

Hazırda vanna satışı ilə saysız firmalar məşğul olur. Siz burada hamam otağının ölçüsünə uyğun istənilən forma və materialda vannalar tapa bilərsiniz. Əlbəttə ki, vanna qiymətləri də dəyişkəndir. Vanna satışı ilə məşğul olan mağazalar bəzən vannaları duş kabin ilə birlikdə təklif edirlər.

 Hamam

 Hamam otağı  göründüyü kimi heç də sadə deyil. Onun dizaynı və materialları diqqət və zövq tələb edir. Hamam otağı təkcə duş kabini, vanna, kuvetdən ibarət deyil. Aksesuarlar və rənglər də seçimə daxildir.

 

Vanna seçərkən hansı məqamlara diqqət yetirilməlidir?

 Əlbəttə ki, bu məqamda daha çox vanna üçün ayırdığınız büdcə rol oynayır. Ancaq büdcədən əlavə hamamın ölçüsünü ilk öncə nəzərə almalısınız. Kiçik ölçülü hamama böyük ölçülü vanna təbii ki, uyğun gəlməyəcək. Hamam üçün vanna seçərkən ölçünü dəqiq hesablamalı, otağı dar etməyən model seçməlisiniz. Daha sonra diqqət etməli olduğunuz məqam vannanın möhkəmliyi, yəni materialıdır.