Unitaz Necə Seçilir?
Unitaz seçimi bütün tualet və hamamlar üçün çox vacibdir. Çünki unitazlar hamam və tualetlərin ən qabaqcıl və vacib sanitar avadanlığı elementlərindən biridir. Unitazın rahat, praktik, estetik və uzunmüddətli istifadəyə uyğun olması üçün düzgün seçim etməlisiniz. Ona görə də seçim edərkən bütün məqamları nəzərə almaq vacibdir.
Hər hansı bir tikinti materialı alarkən davamlılıq meyarını diqqət mərkəzində tutmalısınız. Bu məişət santexnikasının kimyəvi maddələrə və təsirlərə davamlı olması vacibdir. Unitazlar tez-tez təmizlənir və bir çox kimyəvi maddələrə məruz qalır. Unitaz seçərkən məhsulun zəmanət müddətini öyrənmək sizin xeyrinizə olacaq.
İstehlak bazarında bir çox unitaz modelləri var. Əsas odur ki, sizin hamam və tualetinizə uyğun modeli tapıb alasız. Bunun üçün də seçim edərkən unitazın növü, qoyulacaq yeri, ölçüsü, materialı, forması və rəngi, çanağı, qapağı və oturacağı, təmizlənməsi və istehsal standartları nəzərə alınmalıdır.
Unitaz Növləri Və Ölçüləri
Unitazların əsas olaraq üç növünü göstərmək olar: ayaqlı unitazlar və ya döşəməüstü unitazlar, asma unitazlar və ya divariçi unitazlar, ayaqlı-asma unitazlar.
Ayaqlı unitazlar
və ya digər adıyla döşəməüstü unitazlar. Ayaqlı unitazlar klassik üslubda dizayna uyğundur. Bu unitaz modelləri döşəməyə anker boltları ilə bərkidilir, daha davamlıdır və daha münasib qiymətədir. Döşəməüstü unitazların quraşdırılması da asandır. Ayaqlı unitazlar adətən müxtəlif dizayn və modellərə malikdir. Əsas fərq su çəlləklərindən (baçoklardan) qaynaqlanır.
Su çəlləklərinin növlərinə görə üç unitaz modelini göstərmək olar. Birincisi, unitaza inteqrasiya oluna bilən su çəlləyinə malik model. Bu model minimalist və şıkdır, ancaq nazaslıq halında bütün unitazı dəyişdirməyə məcbursunuz. İkincisi, su çəlləyi ayrıca olaraq unitazın arxasına quraşdırılmış bir modeldir (kompakt). Kompakt modellər daha davamlıdır və nasazlıq olduqda çəlləyi ayrıca dəyişdirmək mümkündür. Üçüncü modeldə, su çəlləyi ayrıca yəni unitazın üstündə yerləşdirilir və çanağa bir boru ilə bağlanılır. Retro üsluba uyğun bu modelə son zamanlar az müraciət edilir.
Quraşdırılması asan olsa da, ayaqlı unitazlar hamam otağında asma unitazlara nisbətən daha çox yer tutur. Standart ayaqlı unitazlar adətən aşağıdakı ölçülərdə olur: 36x63x82 sm (en/uzunluq/hündürlük). Ona görə dar hamam otaqlarında yerə qənaət etmək baxımından döşəməüstü unitaz modelləri seçilməməlidir.
Asma unitazlar (Divar ici unitaz)
və ya divariçi unitazlar. Asma unitazlarda bir çox hissə divarin içinə yerləşdirilir. Divara bərkidilən unitazlar 300 kiloqramdan artıq çəkiyə davamlıdır. Kiçik bir hamam və tualetiniz varsa, mümkün qədər kiçik unitaz modeli istifadə edərək yerə qənaət edə bilərsiniz. Bu unitaz modelləri yerə qənaət etməyinizə kömək edəcək.
Asma unitaz modelləri adətən təxminən 40 sm enində və 55 sm uzunluğunda olur. Unitazın arxasındakı qurğu üçün 35-50 sm genişliyində və 10-25 sm uzunluğunda, yanlarında ən azı 20 sm və qabağında 80×60 sm yer ayrılmalıdır.
Divariçi unitazlar hamam və tualetdə məkanı daha geniş göstərir. Bu modellər təmir baxımından da heç bir çətinlik yaratmır. Asma unitazın arxa tərəfində su çəlləyi (baçoku) olmadığı üçün daha az uzunluğa malikdir və dibi açıq olduğundan təmizlənməsi də çox asandır.
Unitazlar istehsalına görə müxtəlif ölkələrə aid olur. Türkiyə istehsalı olan unitaz modelləri Dura Bagno və Turkuaz modelləri divar içi modellərdir. Divarin içinə bağlanan divar mexanizimləri Türkiyə, Almaniya və bir çox ölkələrin istehsalı olur. Grohe divariçi mexanizimi çox keyfiyyətli məhsullardan sayılır və istehsal olaraq Almaniya istehsalıdır. Turkiyə istehsalı olan Visam gizli mexanizimi də ölkəmizdə çox istifadə olunan məhsullardandlr.
Ayaqlı-asma unitazlar
. Bu növ unitaz modelləri yuxarıda qeyd olunan ayaqlı unitaz növü ilə asma unitaz növünün qarışığıdır. Unitazın çanağı döşəməyə bərkidildiyi halda, su çəlləyi divara quraşdırılır. Ayaqlı-asma modellər daha yığcamdır, texniki hissələri gizlidir, müasir dizayna malikdir, yerə qənaət etməyə imkan verir. Bu unitaz modellərinin təmizlənməsi və təmiri asandır. Bundan başqa, bu unitazlar yüngül arakəsmələrə belə quraşdırıla bilər və səssiz işləyir. Ancaq ayaqlı-asma unitazların quraşdırılması mürəkkəb və bahalıdır.
Unitaz qiymətləri nədir?
Unitaz qiymətləri dəyişkəndir və bazarda fərqli qiymətlərə təklif olunur. Qiymətlər istehsalçı firma, ölkəyə görə, həmçinin, material, ölçü, modelə görə dəyişir. Məsələn, Classo seriyasında olan müxtəlif model unitazlar ən ucuzu 150 azn, ardınca 290, 310, 320, 270 azn qiymətlərə təklif olunur. Bundan əlavə, CT seriyası müxtəlif model unitazları 230, 250, 310, 280, 320 azn qiymtlərə tapa bilərsiniz. Kompakt unitaz modelləri 150 – 170 azn arasında dəyişir.
Unitaz Materiyalı
Fayans. Fayans incə məsaməli keramika növüdür. Fayans unitazın səthi xüsusi emaye ilə örtüldüyü üçün hiqroskopikliyi (nəm çəkmə qabiliyyəti) aşağıdır. Fayansın rəngi ağ olsa da, emaye istənilən rəngdə ola bilər. Ancaq zaman keçdikcə emaye təbəqəsi incəlir və fayansın rəngi üzə çıxır. Bundan başqa, emaye təbəqəsi incəldikcə daha çox nəm çəkməyə başlayır. Fayans unitazların qiyməti uyğun olur. Bu materialdan olan unitazların orta istifadə müddəti 15 ildir.
Çini Unitazlar
Çini unitazlar fayans unitazlara bənzəyir, lakin daha davamlıdır, daha uzun müddət istifadə edilə bilir və daha yüksək qiymətə malikdir. Bu materialdan olan unitazların istifadə müddəti təxminən 25-30 il arasındadır, qiyməti isə fayans unitazlara nisbətən 30-50% yüksəkdir.
Plastik Unitazlar
. Plastik unitazlar adətən akrildən hazırlanır. Bəzən isə plastik unitazların fiberşüşə ilə gücləndirilmiş çoxqatlı modelləri də olur. Bu materialdan olan unitazlar gözəl görünür və münasib qiymətə satılır. Bundan başqa, plastik unitazların quraşdırılması da asandır, amma cızıq və yüksək temperatura qarşı davamlı deyil.
Paslanmaz Polad Unitazlar
. Paslanmaz polad unitazların görünüşü çox gözəldir, amma bu modellər istiliyi saxlaya bilmir. Paslanmaz poladdan olan unitazlar davamlı və möhkəmdir. Bu materialdan olan unitazlar korroziyaya davamlıdır və bunların təmizlənməsi də asandır. Ona görə ictimai yerlərdə ən çox paslanmaz polad unitazlardan istifadə edilir.
Çuqun Unitazlar
. Çuqun unitazlara az rastlansa da, unitaz istehsalında bu materialdan da istifadə olunur. İctimai yerlər üçün uyğun olan çüqun unitazlar korroziyaya çox davamlııdr, ancaq eyni zamanda çox ağırdır.
Unitaz Modelləri Və Rəngləri
Hazırda istehsal olunan unitazların iki formasını göstərmək olar: oval və düzbucaq. Unitaz seçərkən hamamın genişliyindən və dizaynından aslı olaraq oval unitazlara və ya düzbucaq unitazlara üstünlük verilməlidir.
Unitazın rənginə gəlincə, ən çox üstünlük verilən rəng ağ olsa da, qara, çəhrayi, krem və digər rənglərə də rast gəlmək mümkündür. Unitazın rəngini seçərkən, vanna və ya duş kabinasının rəngini nəzərə almaq lazımdır.
Unitaz Baçoku – Unitaz Çanaqları
Unitaz çanaqları süzgəcvari, nimçəvari və astanalı olur.
Süzgəcvari Unitaz Çanaqlar
tullantıların dərhal suya düşməsini təmin edir. Bu model yüksək dərəcədə gigiyenik olsa da, bunlarda sıçrama sayı yüksəkdir.
Nimçəvari Unitaz Çanaqlar
da tullantılar unitazda toplanır və yüksək təzyiqli su ilə təmizlənir. Bu modeldə sıçrama sayı aşağı olsa da, gigiyenik sayılmır. Astanalı çanaqlarda isə tullantılar dərhal suya düşür və sıçrama sayı da aşağıdır.
Unitaz Qapaqları Və Oturacaqları
Unitaz qapağının seçimi əhəmiyyətsiz görünsə də, həm rahatlıq, həm də görünüş baxımından unitazı tamamlayır. Unitaz qapaqlarının fərqli rəng və ya naxışları hamam və tualetə rəng qatsa da, bu gün tez-tez rast gəlinən yavaş bağlanan unitaz qapaqları səsin qarşısını alır.
Unitaz qapaqlarında gigiyenanı rahatlıqla təmin edə bilmək çox əhəmiyyətlidir. Buna görə də, hamar səthə malik, asanlıqla təmizlənən və çirkləri dəf edən unitaz qapaqlarını seçmək lazımdır. Bu səbəblə son zamanlar istehlakçılar antibakterial qapaqlara üstünlük verirlər.
Oturacağın hansı materialdan hazırlandığı da vacibdir. Ehtiyacınıza görə duroplast (estetik və möhkəm) və ya polipropilen (yüngül və elastik) unitaz oturacağı seçə bilərsiniz.
Oturacağının unitaza ideal oturması üçün eyni istahsalçının məhsullarını almağı məsləhət görürük. Eyni zamanda, oturacaq asanlıqla çıxarılmalıdır. Bu təmizliyin təmin edilməsi baxımından vacibdir.
Unitaz təmizlənməsi
Tualetlərdə diqqət edilməli olan ən vacib məsələ gigiyenadır. Hamam və tualetin gigiyenasını təmin etmək çox vacibdir. Ancaq təmizlik çox vaxtınızı almamalıdır. Buna görə də hamam və tualetdə asan təmizlənən məhsul seçmək lazımdır.
Keramikadan Unitazlar
olmasının ən mühüm səbəbi onların hamar olması və üzərində çox kir saxlamamasıdır. Ancaq təbii ki, zamanla səthdə kir və saralma əmələ gəlir. Son zamanlarda bəzi markaların yeni texnologiya örtükləri sayəsində bu kirləri azaltmaq mümkündür.
Unitaz İstehsalında Dövlət Standartları
Unitazlar aşağıda qeyd olunan dövlət standartlarına uyğun olmalıdır:
- qurğunun hündürlüyü-400mm
- statik yüklənmə-200kq
- yuyulma üçün su həcmi-6 l-dən az olmamalı
Bu parametrlər bütün istehsalçılar üçün məcburidir.
Vanna otağınız üçün uyğun unitazı necə seçmək olar?
Unitaz seçimi bütün Tualet və hamamlar üçün çox vacibdir. Unitaz seçərkən funksionallığı, təmizliyi, təsirli su istifadəsini və dizaynı nəzərə almalısınız.
Çünki Unitazlar hamam və Tualetlərin ən qabaqcıl və vacib sanitar avadanlığı elementlərindən biridir.Düzgün seçim etsəniz,onlar çox davamlı məhsullardır və sizə illərlə xidmət edə bilərlər.Buna görə də seçim edərkən bütün variantları nəzərə almaq vacibdir.Hər hansı bir tikinti materialı alarkən davamlılıq çox vacibdir.Bu materiallar aksesuarlar kimi deyil,birbaşa quraşdırma ilə bağlıdır.Ümumiyyətlə ağırdır və onların yığılması bacarıq tələb edir.Böyük bir problem yoxdursa və ya dekorasiya dəyişikliyi edilmirsə,asanlıqla dəyişdirilmir.Buna görə də,xüsusilə Unitaz seçərkən kimyəvi maddələrə və təsirlərə davamlı olması vacibdir.Unitazlar hər zaman təmizlənir və bir çox kimyəvi maddələrə məruz qalırlar.Unitaz seçərkən məhsulun zəmanət müddətini öyrənmək və onların nə qədər davamlı olduğunu araşdırmaq sizin xeyrinizə olacaq.İstehlak bazarında bir çox Unitaz modelləri var.Əsas odurki sizin hamam və Tualetinizə uyğun modeli tapıb alasız.Seçim edərkən Unitazın qoyulacaq yeri,forması,yerə uyğun ölçüsü nəzərə alınmalıdır.
Unitazın ölçüləri standartdırmı?
Sualın cavabı qısaca bəli.Unitazların ölçüləri adətən standartdır.Standart Unitazların hündürlüyü təxminən 55 sm,uzunluğu 52 sm və eni 32 sm-dir.Ancaq bazarda bir qədər böyük və ya kiçik olanlarını da tapa bilərsiniz.
Kiçik bir hamam və Tualetiniz varsa,mümkün qədər kiçik Unitaz modeli istifadə edərək yerə qənaət edə bilərsiniz.Bundan əlavə,bir neçə sadə məsləhətlə məkanınızı daha böyük göstərə bilərsiniz.Quraşdırılması imkan yaradırsa,divara asılan Unitaz modelləri sizə yer qənaəti yaradacaq.Bu model Unitazlar hamam və Tualetdə geniş görüntü yaradır.Bu modellər təmir baxımından da heç bir çətinlik yaratmır.Divara asılan Unitazın arxa tərəfində su baçoku olmadığı üçün daha az uzunluğa malikdir və dibi açıq olduğundan təmizlənməsidə çox asan olacaq. Əgər divara quraşdırılması imkan yaratmırsa, o zaman adi Unitaz(ayaqlı) sizin xilaskarınız olacaq.
Unitazlar hansı materiallardan hazırlanır?
Hamam içində unitaz öz dövründə insanların rəğbətini qazanmış və 1884-cü ildə London sərgisində qızıl medal qazanmışdır. İlk unitaz saxsıdan hazırlanmış və taxta oturacaq quraşdırılmışdı. O zamandan bəri bu santexnika avadanlğının hazırlanmasında istifadə olunan materiallarının çeşidi kifayət qədər artmışdır.
Saxsı
Saxsı unitazlar nisbətən kiçik sərtliyə malikdirlər və məsamələrin çoxluğu təmizlənməni çətinləşdirir. Hal-hazırda unitazların hazırlanmasında bu materialdan demək olar ki, istifadə olunmur. Belə ki, bu unitazlar materialın kövrəkliyi səbəbindən qırılmağa və çatlamaya məruz qalırlar.
Çini
Çini unitazlar saxsıdan olanlarla müqayisədə uzunömürlü və rahat təmizlənən olurlar. Bu da onun nəinki evlərdə, hətta ictimai obyektlərdə də istifadəsini mümkün edir. Çini unitazların yeganə, amma kifayət qədər önəmli olan çatışmazlığı – qiymət bahalığıdır ki, buna da səbəb istehsalat xərclərinin çoxluğudur.
Xərclərin azaldılması üçün, keramikadan hazırlanan unitazlar daha geniş yayılmışdır. Keramika Çini materialdan səthindəki məsamələrin azlığı, ağır çəki və az sıxlığı ilə fərqlənir.
Polad və Çuğun
Metal santexnikalar (qizildan başqa) klassik növlərə aid edilir və ictimai tualetlərdə quraşdrılır. Bu qəbildən olan avadanlıqlar həm möhkəm olur, həm də rahat təmizlənir. Amma qiyməti daha baha olur. Daha az populyar olanı – çuğun unitazlardır. Səbəb isə çox ağır olması və emal örtüyünün mexaniki təsirlərə davam gətirə bilməməsidir.
Şüşə, daş
Şüşədən, süni və ya təbii daşdan hazrlanmış unitazlar “modern” kateqoriyasına aid edilir. Bu santexnika malları yüksək qiymət və zövqlü görünüşləri ilə fərqlənirlər. Şüşə və təbii daşdan olan unitazların davamlılığının az olduğu üçün, onları əsasən, görüntü baxımından heç də seçilməyən süni şüşə və daşlarla əvəz edirlər.
Plastik
Müasir texnologiyalar gücləndirilmiş plastikdən unitazlar hazırlamağa imkan verir. Bu unitazlar yüksək davamllığa sahib olur, xidmət olunması sadədir, strukturunda demək olar ki, gözlüklər yoxdur və bu da yüksək gigiyenik göstəricidir. Mənfi cəhətlərinə, fiziki təsirdən və yüksək temperaturdan deformasiyaya uğramasını aid etmək olar.
Unitaz modelləri hansılardır?
Unitaz modelləri çoxdur və hər bir hamam aksesuarında olduğu kimi unitazların da müxtəlif çeşidləri mövcuddur. Bəzi unitazlar su çəni ilə birlikdə divardan aralı vəziyyətdə qoyulur. Digərləri divara sıfır kateqoriyasına girir, hansı ki divar ilə arada boşluq qalmadığı üçün daha estetik bir görüntü qazandırır. Ənənəvi hamamlarda istifadə olunan yerlik unitazlar ( türkcədə “hela taşı” adlandırılır ) əsasən ictimai tualetlərdə və ya daha rural ərazilərdə yerləşən tualetlərdə istifadə olunur. Son zamanlarda trenddə olan unitaz modelləri isə əsasən asma unitazlardır. Bu modellərin fərqi ondadır ki, onların su çənləri ( baçokları ) divarın içinə gizlədilir və daha kompakt bir hal alır.Lakin sizin üçün daha uyğun seçimləri bir araya toplayıb ümumiləşdirdik və indi sizə təqdim edirik.
Klassik standart unitaz sadə, təmiz və müstəsna dizayn seçimi olan klassik standart unitazlar ən populyar seçimlərdəndir. Divara quraşdırılan və yerə bağlanan unitazlar banyo məkanınıza genişlik hissi verə bilər və təmizlik və təmir zamanı daha rahatlıq təmin edə bilər. Bəzı unitaz modelləri hidraulik və ya elektronik sistemi ilə təmizlik funksiyasını idarə edir. Bu modellər su istifadəsini tənzimləmək və enerji sərfiyyatını azaltmağa kömək edir. Yüksəl unitazlar əlverişli bir hündürlükdə yerləşdirilmişdir və yaşlı insanlar və ya hər hansı bir səhhət problemləri olanlar üçün daha rahatdır. Dual flush (ikili su sərfiyyatı) sistemi ilə donatılmış unitazlar böyük və kiçik su qatıq üçün fərqli düymələr təklif edir, bu da su təsirini azaltmağa kömək edir. Bəzi dizaynlarda vanna və unitaz birləşdirilmişdir, bu da yer sərfiyyatını artırır və kompakt bir banyo üçün mükəmməl seçimdir. Bide və unitaz kombinasiyası olan modellər təmizlik və yer seçimini təkmilləşdirə bilər. Minimalist və modern banyo tərzi üçün sadə və yaxşı formada olan unitaz modelləri mövcuddur.
Unitaz seçərkən, təmizliyi və funksionallığı nəzərə alaraq daha məqbul variantları seçməyə çalışın. Həm də su sərfiyyatını və enerji tənzimləmə funksiyalarını da qiymətləndirməyi unutmayın.
Divar içi unitaz
Son zamanlarda trenddə olan unitaz modelləri isə əsasən asma unitazlardır. Bu modellərin fərqi ondadır ki, onların su çənləri ( baçokları ) divarın içinə gizlədilir və daha kompakt bir hal alır. Belə modellər əgər vanna otağı ilə tualet bitişikdirsə, çox sahəni tutmur və yerə qənaət edir. Bu cür unitaz modelləri bazarda 230, 250, 300, 310 azn qiymətlərə təklif olunur.
Divar içi gizli baçok-rezervuar NOVA və asma unitaz STAR hamam otağında sahəyə qənaət etmək üçün gözəl seçimdir.