Filter

Kafel nədir?

Kafel fayans da adlanır və bu adın İtaliyanın Faenza şəhərinin və ya Provansdakı Fayence şəhərinin şərəfinə almış olması qeyd olunur. Çindən gəldiyi üçün bir çox ölkələrdə bu materiala fayans  deyirdilər . İlk real plitələrə 500-cü illərdə İran saraylarının divarlarında rast gəlinmişdir.

Kafel daha çox  İnsanların sıx olduğu yerlərdə (ticarət mərkəzi, ticarət mərkəzi, xəstəxana və s.kimi obyektlərdə), temperatur fərqi olan yerlərdə, zavod, sex, anbar kimi yerlərdə, terraslar, balkonlar, hovuzlarda geniş şəkildə istifadə olunur.

Kafel adətən keramika, daş, metal, bişmiş gil və hətta şüşə kimi davamlı materialdan hazırlanmış nazik, kvadrat və ya düzbucaqlı örtüklərdir. Onlar ümumiyyətlə damları, döşəmələri, divarları, kənarları və ya masa üstü kimi digər obyektləri örtmək üçün bir massivdə yerində sabitlənir. Alternativ olaraq, kafel bəzən perlit, ağac və mineral yun kimi yüngül materiallardan hazırlanmış oxşar vahidlərə istinad edə bilər, adətən divar və tavan tətbiqləri üçün istifadə olunur. Kafel döşəmə, dam və divar kimi səthləri örtmək üçün istifadə edilən hamar elementdir. Bu gün kafellər həm daxili, həm də xarici konstruksiyaya nail olmaq üçün ən vacib komponentlərdən birinə çevrilib.

Kafelin ümumi xüsusiyyətləri hansılardır?

Hamama estetik gözəllik verən və onun ayrılmaz hissəsi olan kafel və metlaxların seçilməsində diqqətli olmaq lazımdır. Çünki təmirin effektivliyini təmin etmək üçün müxtəlif mozaikalarla, şəkillərlə, illustrasiyalarla bəzədilmiş kafellər sizin dizaynınızın və zövqünüzün əsasını təşkil edəcəkdir. Hamam otağına daxil olan şəxs ilk olaraq onun kafel və metlax seçiminə heyran olmalıdır. Lakin, gözəl kafel seçimi ilə yanaşı onun yapışdırlıması, yapışma zamanı keyfiyyətin itməməsi, aralıq doldurma materialları və s. də öz sözünü deyəcək.Kafel və metlax niyə qopur, çatlayır və ya sınır? Bu sual bəzilərimizi çox düşündürsə də əslində cavabı elə də çətin deyil. Öncəliklə, hamam otağı suyun və boru xətlərinin ən çox olduğu məkandır. Burada kafel və metlaxın altında qalan isti və soyuq su, kanalizasiya boruları gələcəkdə təmirinizin korlanmasına səbəb olur. Bu problemlərdən qurtulmaq üçün təmirə başlamazdan əvvəl bütün sadalanan boruları yeniləmək lazımdır. Bundan əlavə seçilən kafel və metlax yapışdırıcıları istiyə və soyuğa davamlı olmalıdır. Çünki, zamanla davamsız yapışdırıcılar aşınmaya məruz qalaraq kafelin altında boşluqların yaranmasına səbəb olur. Bu boşluqların üzərində duran kafel və metlax yüklənməyə məruz qaldıqda sınma və çatlama ilə nəticələnir.

Kafel bir tərəfi şirli olur və  80%-i kaolin və kvarsdan ibarət olan bir növ ağ torpaqdan hazırlanır.

Xüsusilə hamam, mətbəx və tualetlərin divarlarını örtmək və bəzəmək üçün istifadə olunan bu materialın maye keçirməyən və bəzək üçün yararlı olan hissəsi şir təbəqəsi ilə örtülmüşdür. 

Mətbəxlərdə istifadə olunacaq modellərə görə kafellərin fərqli növləri olur. Mətbəxlərdə istifadə olunan bu plitələr yalnız divarın bir hissəsini əhatə edir. Son zamanlar kərpic divar görünüşü ilə süni daş üzlük və ya taxta görünüşlü süni kafel materiallarına daha çox üstünlük verilir.

Kafellərin Modelləri hansılardır? 

 Kafel Metlax Modelleri üzrə dünyada çox sayda ölkə brend halını almış məhsullar satır. Bu ölkə və ya ölkələrdən ən ön planda olanları Avropa və İran Kafel Metlax Modelleri sayılır. İki seçim arasından isə ölkəmizdə həm keyfiyyətinə, həm də davamlılğına görə İran Kafel Metlax məhsulları daha çox istifadə edilir. 


Apardığımız araşdırmalara görə, ölkəmizdə seramik kafel metlax məhsulları digər növlərlə müqayisədə həm daha çox axtarılır, həm də daha çox alınır. Tələbatın çox olması kafel metlax modelleri satisi istiqamətini də digər tərəfə yönəldir.
Avropa və İran kafel modelleri arasındakı gözlədiyimiz fərq isə daha çox keyfiyyət üzərindən deyil, rəng və dizayn kimi prioritetlərə dayanır. Əgər biz seramik kafel metlax üzərindən fərqləndirsək, İran kafel metlax modelleri bizim zövqümüzə daha yaxın dizayn və rəngdə olur. Avropa seramik kafel metlax modelleri isə daha müasir və xarici dizaynda olur. Rəng və dizaynı bir kənara qoysaq, ən önəmli fərqlərdən biri də qiymet faktorudur. İran kafel metlax qiymetleri Avropa məhsullarına nisbətən büdcəmizə daha sərfəlidir. 

Bəs İran Kafel Metlax Qiymetleri nəyə əsasən tənzimlənir? 


Yuxarıda da bildirdiyimiz kimi, İran kafel metlax Modelleri ölkəmizdə avropa məhsullarına nisbətən müştərilərin ən çox üstünlük verdikləri növlərdir. Yenə seramik kafel metlax üzərindən getsək, İran kafel metlax qiymetleri həmin modellərdə avropa bazarına nisbətən daha sərfəli olur. 


Belə ki, rəng və dizayndan əlavə İran metlax qiymetleri daha davamlı, daha asan təmizlənən, asanlıqla rəngini itirməyən materillardan hazırlanır və bu da ən tənzimləyici faktorlar hesab edilir.

Kafellər özlüyündə istifadə yerinə görə bir neçə kateqoriyaya ayrılır. Məsələn, hamam-tualet kafelləri, mətbəx kafelləri, dəhliz kafelləri və s

Hazırda ən popular kafel modelləri ilə size də tanış edək. Altea white, Rose dark decor, Elite relief gray, PST35, Full galaxy blue, Antique beige, Antique beige relief, Rokstar acero matt, Apana grey, Salmon rose, Nordit multi color relief, HG smoke brown, Sg smoke gold , Holon atom HL və.s kafel modelləri ən çox seçilənlər sırasındadır. 

Kafel alarkən nələrə diqqət etməlisiniz? 

Evinizin çox istifadə etdiyiniz bir yerində, bir az əlavə pul ödəməklə daha keyfiyyətli kafel almaq həmişə yaxşıdır. Biri qırılsa belə, zərər daha az nəzərə çarpacaq, çünki kafellər birlikdə dekorasiya edilir. Çini plitələr vanna otağı üçün idealdır, çünki onlar məsaməsizdirlər və buna görə də onları suya davamlı etmək üçün əlavə bir tədbirə ehtiyacınız yoxdur. Döşəmə isitmə sistemi olan bir döşəmə sifariş verməyi  planlaşdırırsınızsa, istədiyiniz hər hansı bir kafel seçə bilərsiniz. Məqsəd düzgün qayda  ilə yapışqan əldə etməkdir, çünki istilik yandırıldıqda səhv bir hərəkət ilə plitələrin çatlamasına səbəb ola bilərsiniz. Divarlarınızda və döşəmələrinizdə hansı növ kafel plitələr istədiyinizi dəqiqləşdirdikdən sonra mağazalara baş çəkməyiniz məsləhətdir. Əgər kiçik bir otağınız varsa, daha böyük kafel plitələrdən istifadə qəribə görünəcək. Kiçik mətbəxlər və ya vanna otağı üçün genişlik hissi vermək üçün daha kiçik, daha açıq rəngli plitələrdən istifadə etmək yaxşıdır.

Və ya əksinə, daha böyük otaqlara daha böyük plitələr, xüsusən də döşəməyə uyğun olacaq. 

Kafel qiymətləri nədir? 

Kafel qiymətləri ucuz kafel və ya bahalı kafel olaraq deyil, bir çox xüsusiyyətlərinə görə dəyişir. Çünki keyfiyyətli və ucuz kafel qiymətləri təmirin effektivliyini təmin etmək üçün ən önəmli faktorlar arasındadır.Kafel qiymətləri bəzən müştərilər üçün əsas meyar olsa da,keyfiyyət ön planda olmalıdır.Kafel qiymətləri yuxarıda sadaladığımız bir sıra göstəricilərə əsasən dəyişir. Bütün məqamları nəzərə alaraq bazarda zövqlü və cibinizə uyğun kafel qiymətləri ilə maraqlandıq. Məsələn, hamam üçün Keystone grey, Keystone bej kafel dəsti 30×90 sm 17 azn, Kalkate cream,İ nnovation, Galaxy glassy kafel dəsti 30×90 18 azn, Baltico, Cichago kafel dəsti 40×100 sm 18 azn, 30×75 Zeta beyaz parlaq dəst 31.50 azn, Zeta gri décor parlaq 30×75 34 azn, Toscano vizon parlaq 44 azn, Cadoro pearl white glossy 22.15 azn-ə bazarda satışdadır.

Ölkəmizdə daha çox Avropa, Rusiya, İran, Çin, Türkiyədən istehlak edilən kafelləri hər ölçüdə, rəngdə, dizayn və keyfiyyətdə əldə edə bilərsiniz.