Filter

Duş Setləri

Evlərdə vazkeçilməz və çox istifadə edilən sahələrindən biri hamamdır. Hamamlarda istifadə edilən duş dəstləri (duş sistemləri/duş setləri) də çox diqqətlə seçilməlidir. Duş sistemləri (stayak) hamam otağının havasını dəyişən estetik quruluşa malik funksional avadanlıqdır. Bir çox brendə məxsus duş setləri var.  Bu duş modelləri ilə daha rahat və zövqlü duşa sahib ola bilərsiniz..
Duş dəstləri necə seçilir?
Duş dəstləri arasında etdiyiniz seçim duş qəbul etmək zövqünüzə təsir edəcəyi üçün hər bir avadanlığın bir-biri ilə uyğunluğu və performansı haqqında məlumatınız olmalıdır.  2022-ci ildə həm ehtiyaclarınızı qarşılayacaq, həm də hamam otağınıza zəriflik qatacaq duş seti alternativləri var.

Duş başlığından bir zamanlar sade normal su axırdısa, günümüzdə duşlar bizə yağış axıntılı, hidromasaj axıntılı və zərif axıntı təklif edir. Bundan əlavə, klassik duş modelləri, müasir duş modelləri, retro duş modelləri var. Beləliklə, duş dəstlərinin üslubları və növləri hansılardır, hansı duş dəsti hamam otağınıza uyğundur?

Duş sistemlərinə duş başlığıduş şlanqı və duş dayağı daxildir. Duş dəstlərinin seçimdə nəzərə almalı olduğunuz başqa bi məsələ də duş elementlərinin materialıdır. Gəlin bütün bu məsələlərə birlikdə nəzər salaq.
Duş dəstlərinin növləri
Divariçi gizli duş dəstləri  (divariçi stayak). Gizli duş sistemlərində duş elementləri divarın içinə montaj edilir, duş başlığı isə divara və ya tavana bərkidilərək sabitlənir. Ancaq bəzi gizli duş dəstlərinin başlıqları hərəkət etdirilərək istifadə olunur. Gizli duş setlərinə divariçi duş dəstləri də deyilir. Türkiyənin Teska brendinə məxsus divariçi duş setləri  olur. Grohe brendinə məxsus olanlar isə Almaniya istehsalı olur. Hamam otağına zəriflik qatan şlanqı olmayan dizaynları ilə gizli duş başlıqları quraşdırılmış hamam otağına əlavə xoş görünüş təmin edərək hamam otağınıza zəriflik qatır.

Divarüstü açıq duş dəstləri.  Divarüstü duş sistemlərində bütün elementlər (kran, boru, şlanq və s.) divarın üstünə yəni səthə montaj edilir. Divarüstü duş dəstlərindən istifadə daha rahatdır, çünki istənilən zaman açıq duş sisteminin təmiri və ya dəyişdirilməsi mümkündür. Açıq duş setləri çox yer tutsa da, bu növ duş dəstlərinin çeşidi çoxdur. İstənilən rəngdə və modeldə divarüstü duş seti tapa bilərsiniz.

Sürüşməli duş dəstləri. Sürüşməli duş dəstlərində duş başlığını istədiyiniz hündürlüyə uyğunlaşdıra bilərsiniz. Ledeme brendinə məxsus olan dus stayaklarında sürüşmə mexanizimindən istifadə olunub. Rusiya istehsalı olan dus setlərindən isə Frap modellərində sürüşmə müxanizimindən istifadə olunub. Sürüşməli duş sistemlərinin əsas üstünlüyü boya görə tənzimlənən stayakların olmasıdır. İstifadəçilərə sərbəstlik verən sürüşməli duş setləri daha faydalı məhsullar arasındadır. Xüsusilə uşaqları olanlar üçün vanna otağında rahat istifadəni təmin edir.

Termostatik duş dəstləri. Termostatik duş dəstlərində suyun temperatur dəyişikliyini tənzimləyən termostat cihazı var. Bir nasaslıq olduğu halda, termostatik duş sistemi su təchizatını bağlayır. Termostatik duş setlərinin iki növünü göstərmək olar: elektron (LCD displeylə təchiz edilmiş) və  mexaniki (klapanlar və tutacaqlarla təchiz edilmiş).

Kranlı duş dəstləri. Duş sistemini duş kabinasında deyil, vannanın üstündə quraşdırmağı planlaşdırırsınızsa, vannanı su ilə doldurmaq üçün kranlı duş dəsti seçməlisiniz. Kranlı duş sistemlərinin seçimi kransız duş dəstlərinə görə məhduddur.  Kranlı duş dəstlərinin həm standart, həm termostatik modelləri var.

Şlanqlı duş dəstləri. Şlanqlı duş dəstləri bu gün ən çox seçilən məhsullardır. Şlanqlı duş sistemləri duş başlığını divara asmaq üçün asılqan və şlanqdan ibarətdir. Bu duş seti istəyə bağlı olaraq divara bərkidilmiş kimi də istifadə edilə bilər. Nats brendinin bu tip modelləri keyfiyyətlinə görə çox üstün modellər sayılır.
Duş başlıqları
Duş başlıqlarının iki növü var: divara və ya tutacağa sabitlənmiş sabit duş başlığı və elastik şlanqla təchiz edilmiş tutacağa taxılıb çıxarıla bilən hərəkətli əl duşu. Duş balıqları forma  baxımından da fərqlidir. Klassik dəyirmi, oval, eləcə də kvadratdüzbucaqlı olur. Hamamın dizaynına və genişliyinə görə istədiyiniz formada duş başlığı seçə bilərsiniz.

Bundan başqa, duş başlıqlarında diqqət yetirilməli bir digər məqam başlığın ölçüsüdür.  Başlıq nə qədər böyükdürsə, onun daxili quruluşu bir o qədər mürəkkəbdir və qiyməti də bir o qədər yüksəkdir. Eyni zamanda, böyük duş başlıqları su təzyiqinin yüksək, kiçik duş başlıqları isə su təzyiqinin aşağı olduğu evlər üçün uyğundur.
Duş şlanqı
Elastik bir boru şəklində hazırlanan duş şlanqı qarışdırıcı (smesitel) ilə duş başlığını birləşdirir. Bu şlanqın istehsalında temperatur dəyişikliklərinə və su təzyiqinə davamlı olan kauçukdan istifadə olunur. Duş şlanqı metal və silikon ilə gücləndirilmiş çevik plastik borunun içinə yerləşdirilir.

Duş sistemində ən tez aşınmaya məruz qalıb pozulan element şlanqdır. Ona görə keyfiyyətli modelin seçilməsinə diqqət yetirilməlidir.
Duş dayağı
Duş dayağı duş başlığını su ilə təchiz etmək və onu divara bərkitmək üçün istifadə olunan şaquli boru şəklində bir dəstəkdir. Bəzi duş dayaqlarında idarəetmə elementləri də var.

Əgər gizli duş sistemidirsə, duş dayağı divarın içində gizlədilir və ancaq idarəetmə qolları səthdə buraxılır. Dayağın hündürlüyü, istifadəçilərin boyuna görə seçilir. Ancaq nə qədər uzun şlanq seçərsəniz, ailə üzvləri o qədər rahat edər.
Duş dəstlərinin materialı
Aldığınız hər hansı məhsulda ilk növbədə materiala baxmaq lazımdır.  Duş dəstləri adətən latundan və paslanmaz poladdan hazırlanır. Lakin latun duş dəstlərinə daha çox üstünlük verilir, çünki onlar korroziyaya daha davamlıdır.

Duş sistemlərini suyun və cızıqların təsirindən qorumaq üçün metal səhtlər xrom və ya keramika təbəqəsi ilə örtülür. Bu baxımdan paslanmaz polad duş dəstləri də gözəl alternativdir.

Duş sistemlərinin seçimi ilə bağlı yuxarıda sadalanan meyarları nəzərə alaraq, paslanmaz polad və ya latun duş setləri arasından hamam otağınızın dekorasiyası üçün ən uyğun modelləri seçərək öz zövqünüzü və üslubunuzu asanlıqla əks etdirə bilərsiniz.