MƏTBƏX

moydadir ayaqli
Hamam moydadırlarının materialları arasında bir sıra fərqliliklər mövcuddur.
Moydadırlar MDF cə PVC olmaq üzərə iki əsas yerə bölünürlər.
MDF moydadırlar taxtadan, PVC moydadırlar isə plastik materialdan hazırlanırlar.
PVC moydadırlar dayanaqlılığı ilə, MDF moydadırlar isə təbiiliyi ilə ön plana çıxırlar.
Əlbəttə burda da, Material keyfiyyəti və sıxlığı müstəsna rola sahibdir.
Ag asma unitaz kvadrat
ASMA UNİTAZLAR Dizaynı və rahatlığı ilə tualet dizaynlarına yenilik gətirən məhsullardan biridir. Yenilikçi və müasir yanaşması ilə döşəməyə dəyməyən, fərqli və müasir görünüşə malik divariçi unitazların bir çox üstünlükləri vardır. Divar içi asma unitazlar müasir dizaynı və divardan asılması ilə kənarlarda kir yığılması və əlavə yuyulma sahəsi kimi problemlərdən xilas olaraq hamam və ya tualetinizdə rahatlıq təmin edir. Gigiyenik, unikal və rahat olması ilə tanınan bu məhsullar çox davamlı və uzunömürlü materiallardan hazırlanır.
Duş kabinlər hamam otağının səliqəli və dekorativ görünməsini təmin edir. Dekorativ görünüşü ilə yanaşı, duş kabinləri həmçinin çox funksionaldır: Duş kabinləri sayəsində su kənara çıxmadan kabinənin içində qalır, beləliklə duşun xaricindəki döşəmə də quru qalmış olur. Həmçinin Hamam otağının təmizlənməsini də asanlaşdırır. Duş kabinləri açıq və qapalı növlərə ayrılır.Tavanı olmayan kabinlər yalnız yan divarlarla məhdudlaşır. Bir qayda olaraq, iki (bəzən üç) tərəf hamamın divarlarına baxır, qalanları isə kabinənin öz divarlarıdır. Bu cür modellərə açıq duş kabinləri deyilir.

Sizdən gələn suallar.

Siz bu səhifədə müştərilərdən gələn suallarla tanış ola bilərsiniz.

Divar içi unitazlar nə qədər dözümlüdür?

– Divar içi unitaz modelləri həm möhkəm həm də, dözümlü olurlar. Belə ki, divar içi unitaz zavoddan hazır məhsul kimi çıxarkən cavab verməli olduğu dünya standartları mövcuddur.
400 kq standart ağırlığa dözməsi də bunlardan biridir.

Duş kabinlərin standart şüşə qalınlığı nə qədər olmalıdır?

– Duş kabinlərin standart qalınlığı deyimi düzgün deyildir.
Belə ki, Hal hazırda bazarda 5-9 mm olmaq üzərə müxtəlif qalınlıqda duş kabinlər mövcuddur.
Stoklarımızda 6mm və 8mm olmaq üzərə 2 əsas şüşə növü mövcuddur. 6mm şüşələr 190 Sm hündürlüyə qədər uzana bildikləri halda, 8mm şüşələr 210 Sm hündürlüyə qədər uzana bilirlər.