Mətbəx Kranı Alarkən Nələrə Diqqət Edilməlidir?
Mətbəx kranı alarkən nələrə diqqət edilməlidir?
Kranlardan ən çox istifadə etdiyimiz məkanlardan biri də mətbəxdir.Gün ərzində evdar qadınlar yemək hazırlayarkən tez-tez Mətbəx kranından istifadə edirlər.Bu səbəbdən Mətbəx kranının seçimi düzgün olmalıdır.Modelinin müəyyən edilməsi ilk amillərdəndir.Onun Tülpana uyğun gəlməsinə diqqət etmək lazımdır.
Usta köməyi:
Təmirində diqqət tələb edən kran modellərində usta köməyi lazımdır.Əsasda fotoselli(sensor) kranlarda usta köməyinin olması vacibdir.
Növünün təyini:
Kran seçim edərkən xrom, paslanmayan polad və ya qızıl örtük arasında seçim edə bilərsiniz.Ən çox seçilənlər isə xrom və paslanmayan poladdır.
Hündürlüyün müəyyən edilməsi:
Kran ilə Tülpan arasındakı məsafəni təyin etmək lazımdır.Standart olaraq 90 mm hündürlüyündə hər Tülpana uyğun gəlir.Kranın altında qabların yuyulması kimi vəziyyətlərdə rahat istifadə üçün Tülpanın və kranın hündürlüyünə diqqət yetirməlisiniz.Mətbəxdə daha faydalı olması üçün ümumiyyətlə spiral kranlara üstünlük verilir.Spiral kranlar istədiyiniz şəkildə uzana bilir.Hündürlüyü tənzimləyə bildiyiniz üçün mətbəxlərdə ən çox seçilən kran modelləri sırasındadır.
Su qənaəti:
Mətbəx kranlarını su qənaəti üçün xüsusi olaraq istehsal olunan seriyalardan seçə bilərsiniz.Ya da fotoselli kranları seçə bilərsiniz.Suya qənaət etməkdə fotoselli kranlar daha effektivdir.
Blue Life:
Burada bildirilir ki, istehsal və layihələndirmə prosesində təbii ehtiyatların qorunmasına və məhsullarda insan sağlamlığına zərərli tullantıların olmamasına diqqət yetirilir.
Aerator:
Aeratorlar kranların uc hissələrinə bərkidilir.Kranın ucundan çıxan su havaya qarışaraq onu daha təziqli edir.Sudan daha funksional istifadə etmək məqsədi daşıyır. Aerator ilə suyun təzyiqini tənzimləyə bilərsiniz.Həmçinin aerator oksigenli su verdiyi üçün sudakı xlorun buxarlanmasına şərait yaradır.Bu da xlorfenolun yaratdığı qoxunu azaldır.
Filtr özəllikləri:
Bəzi kranlarda filtr özəlliyi var.Filtr sizi suya düşə biləcək kirdən və əhəngdən qorumaq üçündür.Həmçinin bu filtr kranın ömrünü uzadır.Filtrli kranları seçmək daha yaxşı olardı.Kranda filtr yoxdursa, kranın filtrlə təchiz oluna biləcəyini nəzərə alın.