Mətbəxi Necə Bəzəmək Olar?
Bildiyimiz kimi xanımların ən çox vaxt keçirdiyi məkanlardan birincisi mətbəxdir. Ailə üzvlərinin də yemək süfrəsində toplaşdığı məkan kimi götürsək, mətbəx dekorasiyalarına önəm verməyi ön plana çıxarmalıyıq. Mətbəx dekorasiyasında diqqət olunmalı bir çox nüanslar vardır. Bunlardan ən vacibi mətbəxlərin evimizin ümumi konsepsiyasına uyğun olmasını nəzərə almaqdır. Mənziliniz müasir üslubdadırsa, klassik mətbəx konseptini seçmək təbii ki, düzgün bir seçim olmaz. Və yaxud əksinə, klassik ev bəzəyi üçün müasir dizaynlı mətbəx konseptini seçmək düzgün deyildir.
Mətbəx otağınızda ilk dəyişikliyə mətbəx aksesuarları ilə başlamaq olar. Bu kimi xırda toxunuşlarla məkanınızı tamamilə başqa yerə çevirə və zövqünüzə uyğun bəzəyə bilərsiniz. Bununla yanaşı, mətbəx otağının gigiyenik normalara və müasir texnologiyaya ayaq uydurması da bir o qədər vacib məsələdir. İstər su kranları, filterlər, zibil qabları, hamam aspiratorları kimi kiçik, istərsə də mətbəx çanaqları, su qızdırıcısı, mərmər çanaqlar kimi böyük mətbəx aksesuarlarının seçiminə diqqət yetirmək lazımdır. Bütün bunların səbəbi isə günsonunda mətbəx otağında istənilən gözoxşayan görüntü yaratmaq dayanır.
Yuxarıda da qeyd etdiyimiz kimi, mətbəx otağının müasir standartlara və texnologiyaya cavab verməsinədiqqət etmək lazımdır. Günümüzdə bir çox şey yeniləndiyi kimi, mətbəx otaqları və onun aksesuarları da dayanmadan dəyişir, müasirləşir və yeni trendlər ortaya çıxır. Mətbəx üçün filterli kranlar bunun ən gözəl nümunələrindən biridir. Filterli kranların mətbəxlərimizə gəlməsinin üstündən çox zaman keçməsinə baxmayaraq, hər sahədə olduğu kimi bu sahədə də təkmilləşdirmələr aparılmışdır. Filter kranlar artıq mətbəx kranının yanında ayrı bu aksesuar kimi deyil, birbaşa kranın daxilində filterli kran olaraq daxil edilmişdir. Bu yeniliklə siz artıq mətbəxinizdə bir əşya ilə bir neçə işi eyni anda görmək imkanı əldə edirsiniz.
Bundan əlavə,paslanmaz çanaqların tarixinə nəzər salanda görürük ki, ilk zamanlar dəmir materialından hazırlanan və istər dayanıqlılıq, istərsə də pas atmaq baxımdan keyfiyyətli olmamaqla yanaşı son dərəcəağır idi. Texnologiyanın inkişafı ilə bu problemə də bir həll yolu tapıldı. Materiallara daha çox hakim olmağa başladıq və bu, çanaqların nerjdən hazırlanmasına şərait yaratdı. Nerjaveyka mətbəx çanaqlar qısa müddət ərzində mətbəxlərimizdə öz yerini tutmağa başladı.Xrom rəngli mətbəx çanaqları nisbətən dəbdən düşdüyü üçün istifadəçilər daha çox rəngli çanaqlara üstünlük verməyə başlayıblar. Bu minvalla, daha çox qara mat, boz, ağ, krem rənglərinə üstünlük verilmişdir. Nəzərə ala bilərik ki, eyni rəngli paslanmaz çanaqlarlayanaşı istifadəçilər mətbəx kranlarınında həmin tonlarınırahatlıqla tapa bilirlər. Həqiqətən mətbəx kranları ilə rəngli çanaqları sintez etməklə mətbəxinizdə qeyri- adi bir harmoniya yarana bilər. “Nats Avantgarde” brendinə məxsus rəngli su kranları ilə bunu həyata keçirə bilərsiniz. Çeşidlərimizə master.az saytının su kranları bölməsindən baxmaq sizin üçün faydalı olar.
Mətbəx otaqları dizayn və ölçüsünə görə bir-birindən çox fərqlənə bilir. Belə ki, bəzən mətbəx otağının ölçüsü heçdə istənilən qədər böyük olmaya bilər. Bu zaman mətbəx aksesuarları seçərkən insanlar daha diqqətli olmağa çalışmalıdırlar. Mətbəx otağı nə qədər kiçik olsa belə, mətbəx çanağı seçərkənseçiminsizin istəkləriniziqarşıladığından əmin olmağınızıtövsiyə edirik. İstər iki gözlü, istərsə də tək gözlü mətbəx çanaqları bir-birindən fərqli forma və quruluşa sahib olurlar. Əgər mətbəx otağının ölçüsü kifayət qədər genişdirsə, bu zaman iki gözlü mətbəx çanağı axtarmaq daha məqsədə uyğun olar. Əgər mətbəx otağınız yetərli qədər geniş deyilsə, bu zaman alınmalı olan mətbəx çanağının ölçüsünə diqqət yetirməkdə fayda var. Tək gözlü mətbəx çanaqları bəzən özünə bitişik mərmər boşluq ilə birlikdə gəlir ki, bu da istifadəçi üçün əlavə yer problemini aradan qaldırmağa kömək edir.Ümumiyyətlə, bəzən geniş mətbəx otaqlarında da istifadəçilər kompakt dizayna üstünlük verərək daha kiçik həcmli aksesuarlardan istifadə edə bilər və beləliklə, öz ərazi genişliyini ön plana çıxarmağa nail olarlar. Şimal ölkələrinin kiçik ev dizaynlarına nəzər salanda görürük ki, çox kiçik mətbəx otaqlarıböyük səmərəliliklə istifadə edilir.Burada iki əsas məqamatoxunmaq lazımdır: Ağıllı dizayn və ağıllı planlaşdırma. Həmçinin vurğulamaq istərdik ki, kiçik mətbəxi dekorasiya etmək ən çox yaradıcılıq tələb edən məqamlardan sayılır. Hansı mətbəx əşyalarını necə yerləşdirməkdən başlayaraq, divarların hansı rəngdə olacağına qədər bütün detallar dəqiqləşdirilməlidir.
Mətbəxdə xanımların ən çox istifadə etdiyi məhsullar arasında mətbəx su kranları da üstünlük təşkil edir. Bu kranların funksional olmağı istifadəçilərin işini bir o qədər də asanlaşdırır. Belə ki, mətbəx kranının 360 dərəcə dönə bilən olması, lülək hissəsinin rahatlıqla uzana bilməsi və mətbəx kranının açma-qapama sisteminin rahat işləməsi diqqət yetirilməli olan nüanslardandır. Adətən müşahidə edirik ki, istifadəçilər nisbətən keyfiyyətsiz məhsulların rənginin getməsi və açma-qapama sisteminin ləng işləməsi kimi problemlərlə üzləşir. Bunun əsas səbəbi məhsulun tanınmış bir brendə məxsus olmamasından qaynaqlanır. Lakin məhsulun latun deyil, sink materialda olması və yaxud əgər məhsul rənglidirsə, rəngin zavod üsulu ilə hazırlanmaması kimi səbəblər də əsas rol oynayır. Daima müştərilərimizə keyfiyyətli məhsul təklif etməyi qarşımıza məqsəd qoymuşuq ki, bu da saytımızda yer alan mətbəx kranları bölməsində özünü göstərir. Öncəliklə, mətbəx kranı alarkən məhsulun təmiz latun olmasına diqqət etməyiniz tövsiyyə olunur. Əgər buna riayət etsəniz, məhsulu hər il dəyişmək məcburiyyətində qalmayacaqsınız.