Kombilər Neçə Növə Ayrılır? Kombi Alarkən Nələrə Diqqət Etməlisiniz?
Kombi mənzillərin istilik və isti su ehtiyacını ödəyən, rahatlığımızı təmin edən cihazdır. Kombi sistemi vasitəsilə istənilən hava şəraitində istənilən mənzili isitmək və isti su ilə təmin etmək mümkündür. kombilər yay və qış rejimində işləyir. Yay rejimində cihaz sadəcə suyu isidir. Qış rejiminə keçdikdə isə kombi suyu isitməklə yanaşı isidilmiş suyu istilik radiatoruna verir.
Kombi necə cihazdır?
Kombi divara asılabilən, ölçüləri kiçik, çəkisi yüngül, az yer tutan, asan daşına bilən, səssiz çalışan və rahatlığımızı təmin edən bir cihazdır.
Kombinin üstünlükləri nələrdir?
Sadə, qənaətcil və təhlükəsizdir. Bundan başqa isti su istifadə zamanı suyu komfortlu və fasiləsiz istifadə etmənizi təmin edər. İsti su istifadəsi üçün ayrı bir cihaz istifadəsinə və ödəniş ödəmənizə ehtiyac qalmaz.
Kombilər Neçə Növə Ayrılır?
İstehlak bazarında hazırda bir sıra xarici ölkələrdə istehsal olunmuş üç növ kombilər vardır: bacalı, hermetik və yoğuşmalı kombilər.
Bacalı kombilər:
Yanma əsasında lazım olan oksigeni alır və yanma sonunda lazımsız qazları, uyğun baca vasitəsilə xaric edir. Bu halda bacaların müəyyən olunmuş standartlara uyğun olması çox önəmlidir.
Hermetik kombilər:
Yanma üçün istifadə olunan hava ventilyator vasitəsilə xarici mühitdən alınır və yanma sonrası ortaya çıxan tullantı qaz eyni sistemlə xaricə atılır. Bu halda otağın havasını dəyişməyə ehtiyac olmur.
Yoğuşmalı kombilər:
Təbii qaz yandırdığı zaman böyük miqdarda su buxarı əmələ gəlir. Bu növ kombilər əmələ gəlmiş buxarın enerjisini hərəkət etdirir və enerji əldə edildikdən sonra kondensator buxarını kənara atır. Adi kombilərdə istifadə olunan istilik 80-90 faiz təşkil edirsə, yoğuşmalı kombilərdə bu 105-109 faiz olur.
Zəmanət verilir mi?
Kombi alarkən zəmanət müddətinə və sertifikatının olub olmamasına diqqət edin. Kombi üçün zəmanət müddəti istehsalçı tərəfindən müəyyən edilir. Lakin belə müddət yoxdursa qanunvericiliyə görə o ən azı 2 il zəmanətli sayılır.
Kombi seçərkən malın texniki servis xidməti və ehtiyat hissələrinin olmasına diqqət yetirin. Həmçinin evin sahəsini, cihazın gücünü, qızdırıcı cihazlarının sayı və növünü nəzərə almaq vacibdir. Tövsiyə edilən cihazın tutumunun onu istifadə edəcəyiniz yer üçün mümkün olub olmadığı haqqında məlumat əldə edin. Eyni zamanda kombi alarkən seçdiyiniz kombinin qiyməti ilə yanaşı, onun yanacaq sərfi və xidmət xərclərinin də əhəmiyyətli olduğunu unutmayın.
kombilər qüvvə və esenjor sayına görə də fərqlənirlər. Onların gücü 12 kVT-dan 35 kVt-dək qalxa bilər və müvafiq olaraq 50 kvadratmetrdən 350 kvadratmetrədək sahəni qızdırır və isti su verir. Esenjorun sayına gəlincə, tək esanjorlu kombilər yalnız mənzillərin isidilməsi üçün istifadə olunur, cüt esenjorlu kombilər isə istilikdən əlavə isti suyun verilməsini təmin edir.
Həmçinin kombilər avtomatik idarəetmə panelindən gecə və gündüz temperaturunu tənzimləməklə 24 saat açıq saxlanıla bilər.
Kombilərin tək mənfi cəhəti şaxtalı havada ayrı-ayrı sahələrdə sistemdə olan suyun buzlanma riskinin olmasıdır ki, bu da ciddi qüsurlarla nəticələnə bilər. Yeni nəsil kombi cihazlarında təhlükəsiz istifadə baxımından demək olar ki, bütün qabaqlayıcı tədbirlər nəzərə alınıb. Lakin bütün hallarda istifadə zamanı mütəmadi nəzarət olunması vacibdir.