Kombi Necə Seçilməlidir?
Evlərimizin isidilməsi üçün istifadə etdiyimiz kombiləri seçərkən üç şərtə əməl etmək tövsiyə edilir. Birinci növbədə evin ümumi sahəsi və mərtəbələrin sayı nəzərə alınmalıdır. Evin ümumi sahəsindən asılı olaraq kombilərin ölçüləri dəyişir. Bundan əlavə olaraq istilik itkisi də nəzərdə tutulmalıdır. Belə bir hesablama mütəxəsislər trəfindən aparılması daha yaxşı olardı. Təxmini hesablamalara görə, hər 10 kv.m üçün 1 kVt güc lazımdır. Kombinin gücün istilik itkiləri iə birlikdə hesablamaq çətin olduğu üçün bunu mütəxəsislərə etibar etsəniz, daha da yaxşı olar. Ev həyət evidirsə, bu evlərdə istilik itkisi bina evinə nisbətən çox olur. Kombinin ölçüsü 20 kw, 24 kw, 28 kw, 30 kw və bir neçə belə fərqli ölçüyə malik ola bilir. Evin ölçüsünə uyğun kombi seçildikdən sonra, ikinci nəzərə alınmalı nüans kombinin quraşdırıldığı yerdir. Kombilər quraşdırılan zaman onun yanmış qazlarının çıxarılması üçün münasib bir şərait lazımdır. Kombini qapalı məkanlarda yerləşdirməsəniz, daha uyğun olar.
Kombilərin Qiyməti Nəyə Əsasən Müəyyənləşir?
Hal hazırda kombilərin müxtəlif qiymətləri vardır. Kombinin qiymətinə təsir edən birinci səbəb kombinin funksionallığı və onun ölçüləridir. Kombilərin isitmə həcimi artdıqca onun qiymətinə də təsir edir. Bundan əlavə olaraq, kombilərdə bir çox funksiyalar vardır ki, bunların fərqlilikləri də qiymətlərin dəyişməsinə birbaşa təsir göstərir. Məsələn Wi-fi funksiysı olan kombilər qiymət baxımından digər kombilərdən üstün olur. Bu da onun funksionallğı ilə əlaqəlidir. Bundan əlavə olaraq kombilərin qiymət fərqi onun istehsal edildiyi ölkələrə gördə dəyişir. İtalya istehsalı olan kombilər qiymət baxımından daha yüksək modellərdir. Türkiyə istehsalı olan kombilər isə orta qiymət təşkil edir. Çin istehsalı olan kombilər isə nisbətən daha aşağı qiymətə malikdir. Kombilərin daxili hissələri və onların daxilində istifadə olunmuş materialdan asılı olaraqda qiymətlərin dəyişməsi və müxtəlifliyi hiss olunur. Kombilərin içində olan kamera hissəsi, yəni kombilərin esenjor hissəsi misdən və alminiumdan olur. Alminium materiallı kombilər mis esenjorlu kombilərə nisbətən daha münasib olur. Bəzi vaxtlar isə kombinin qiymətləri onun kameralarının sayından asılıdır. Kombi eyni ölçülüdürsə, lakin qiymət fərqi varsa, modelin kamera sayına diqqət etmək lazımdır. Kombilər bir kameralı, yəni bir esenjorlu və ya iki kameralı yəni iki esenjorlu olur.
İtalya brendi olan “İmmergas” kombi daxili mis olan və qiymət baxımından yüksək və keyfiyyətli kombilərdən sayılır. “İtaltherm” və “Radiant” kombiləri də İtalya brendidir. Bundan əlavə olaraq, Türkiyənin “Eca” və “Baymak” brendinə məxsus kombilərini orta qiymətli kombilər adlandırmaq olar. Orta qiymətə olan kombilər hazırda bazarda çoxluq təşkil edir. Qiymət baxımından daha aşağı və münasib olan kombilər isə Çin istehsalı kombiləridir. Çin istehsalı kombilərindən “Caldo” , “Comfort”, “Herman” brendinə məxsus kombilər vardır ki, bunlar İtalya istehsalı kombilərinə nisbətən daha ucuzdur.
Kombilərə Neçə İl Zəmanət Verilir?
Bir çoxlarını düşündürən mövzulardan biri də, kombilərin zəmanət məsələsidir. Əksər kombilərə standart olaraq 2-3 il arası zəmanət verilir. Ortalama olaraq zəmanət 30 manat təşkil edir. İstəkdən asılı olaraq siz öz kombinizi qızıl zəmanətlə əldə edə bilərsiniz. Kombilərə zəmanət verilən zaman bir çox nüanslara önəm verilir. Kombilərə zəmanət zamanı mütləq şəkildə qaz tənzimləyiciyə , yəni requlyatora və elektrik tənzimləyiciyə, stablizatora mütləq şəkildə ehtiyac duyulur. Çünki kombilərin işləməsinə ən çox mane olan cəhət işıqların oynaması və elektrikdə olan nasazlıqlardır. Məhz buna görə stablizatorun olması sizin kombinizin ömrünün uzanmasına səbəb olur.
Soyuqlu qış günlərinin əvəz olunmazı sayılan kombilər bir neçə növə bölünür. Baca ilə olan kombilər vardır ki onlar, yanma zamanı lazımi olduğu qədər oksigeni udur və yandıqdan sonra istifadə olunmuş qazları, xüsusi boru yəni baca vasitəsi ilə çıxardır. Belə hallarda bacalar standartlara cavab verməlidir. Bundan əlavə olaraq, hermetik kombilər vardır ki, bu modellərdə yanma üçün lazım olan hava xaricdən alınır. Havanın xaricdən alınması üçün xüsusi ventilyatorun köməyindən istifadə olunur. Ventilyatorun köməyi ilə alınan hava eyni qayda olaraq istifadə edildikdən sonra həmin ventilyatorun köməyi ilə də yanma kamerasından xaric olunur. Bu sistem elə təhciz olunub ki, yanma üçün heç bir otaq havası istifadə olunmur. Üçüncü növ kombilər isə, kompressor, digər adı ilə kondensatorlu kombilərdir. Bu kombilərdə təbii qazın yanması zamanı, çoxlu miqdarda su buxarı əmələ gəlir. Kondensator kombisi yaranan buxarın enerjisini qarışdıracaq və enerjini aldıqdan sonra kondensator buxarını atacaq və bu proses nəticəsində enerjiyə qənaət olunur. Təxmini hesablamalara görə, bu kombilər 30-40 faiz enerjiyə qənaət edir.
Qaz təhcizatı olmayan mənzillərdə elektrikli kombilərdən istifadə oluna bilər. Thermona elektrikli kombi modeli Çexiya istehsalı olan kombilərdəndir. Bu kombilər müxtəlif fazalı ola bilirlər.
Kombilərin quraşdırılması zamanı bir sıra ardıcıllıqlara əməl edilməlidir. Birinci növbədə qazanın yəni, kombinin divara bərkidilməsidir. Divar ilə avadanlıq yəni kombi arasında 3 və ya 5 sm ara məsafəsi, boşluq saxlamaq vacibdir. Quraşdırılma xüsusi asqılardan istifadə olunmaqla həyata keçirilir. Bacaya qoşulmadan əvvəl, kombinin qazanına yəni çıxış borusunda qaralmanın olub-olmamağına baxmaq lazımdır. Baca borusu kombinin baca çıxışına uyğun olmalıdır. Bacanın bütün əlaqələri, birləşmə hissələri sıx olmalıdır. Kombinin su təhcizatına qoşulma prinsipi də düzgün həyata keçirməlidir. İsitmə sistemi və istilik su qarışdırıcısının tutulmaması üçün kombilərə su yumşaldıcı qoyulması tövsiyə olunur. Avadanlığı qaz xəttinə qoşmazdan əvvəl qaz requlyatorundan istifadə edilir. Kombini istiliyini aktiv etməzdən əvvəl onun təzyiqini yoxlamaq lazımdır.
Kombi Sistemi və ya İstilik Qazanları Necə İşləyir?
Kombi qazanının daxili prinsipi kifayət qədər mürəkkəbdir. Sadə görünən kombi qazanlarının sərfəli və güclü bir sistemi vardır. Kombi qazanlarında isti su prinsipi, su açdığınız anda işə düşür.