“Immergas” Brendinin Kombi Modelləri
Kombilər istehsalçı ölkə, model, material baxımından fərqlənirlər. Kombilərin qiymətləri də onların istehsalçısından, istehsal edildiyi ölkədən və keyfiyyətindən asılı olaraq dəyişə bilir.
İtalya brendi olan “İmmergas” kombiləri vardır ki, bu kombilər keyfiyyət və dözümlüyü ilə bazarda rəqiblərini geridə qoymağı bacarıb. “İmmergas” brendi 5 fevral 1964-cü ildə yaradılmışdır. Bu məhsul ölkənin qabaqcıl isitmə sistemi sayılır. “İmmergas” kombilərində ölçüyə görə qiymət dəyişməsi baş verir. Ölçüsü kiçik olan modellərin qiyməti nisbətən aşağı olur. Daxili tərkibi mis olan bu brendin kamera sayı da qiymətə təsir edən faktordur. Bir kameralı, yəni bir esenjorlu modellərin qiyməti daha aşağı olur. İki kameralı, yəni cüt esenjorlu modellər isə qiymət baxımından digərlərindən yüksək olur.
”İmmergas” brendinin özünün müxtəlif adlı kombiləri vardır. Bunlara “Eolo Mini, ”Eolo Start”, ”Eolo Mythos”, ”Eolo Maior” kimi bir çox modelləri misal göstərmək olar. Bütün bu modellər təbii qazla işləyir. Bu modellərin hər birində suyun minimum 35 dərəcə, maksimum isə 80 dərəcəyə kimi isinməsi mümkündür. ”İmmergas” kombisinin bütün modellərində qazın alovlanması elektrikli alovlanma hesabına başa gəlir. Buna görə də bütün modellərində elektrikli alovlanma modulyasiyası vardır.
”İmmergas” kombiləri də digər kombilər kimi xəta kodları ilə təhciz olunmuşdur. Xəta kodları kombinin displeyində, ekran hissəsində göstərilir. Müasir kombilərin demək olar ki, hamısı displey sistemi ilə təhciz olunmuşdur. Bu kombilərdə hansısa nasazlıq və ya işləmə xətası olduqda, qaz sızması, elektrik problemi və bu kimi digər halları istifadəçiyə bildirmək üçün E1, E2, E3 kimi kodlardan istifadə olunur. Bu kodlara xəta kodları deyilir.
”İmmergas” kombi xəta kodları aşağıdakılardır:
- 01 Kodu – Kombinin alovlanmada, qaz valfinda və ya platada problem.
- 02 Kodu – Bu xəta kodunda qırmızı işıq yanması meydana gelir. Bu xəta kodu cihazın çox qızdığını ve blok olduğunu gösterir. Əgər kombi düzəlməzsə, limit termostatında (həddindən artıq termostat qızması) problem olduğunu göstərir.
- 03 kodu- Kombidə ventilyator problemi olduğunu göstərir.
- 05 Kodu – Cihazdan isti su gəlməsində lazım olan NTC sensorundə xəta olduğunun göstərən koddur. Bu kod ekranda olduğu zaman kombidən isti su gəlməz və kombidə sarı işıq yanmağa başlayır.
- 10 Kodu – Kombinin su barında təzyiq aşağı olduğunu göstərən problemdir. Əgər kombinin suyu 0.5 bara düşmüşsə cihaz 10 xətası verir. Suyu 1.5 bara çatdırmaq lazımdır.
- 11 Kodu – Kombinin hava axınında problem olduğunu bildirir. Baca tıxanması, fan motoru və ya hava prosestatı ola bilər.
- 27 Kodu – Təsisat içində su dövriyyəsində baş vermir, nasosda problem ola bilər. Cihaz alovlanma etmir, isti su gəlmir, səs gəlir və ya isitməmə kimi bir çox problem yarada bilər.
- 28 Kod – Kombi cihazında elektrik sızması ola bilər. Problemin tam olaraq nədən qaynaqlandığını anlamaq üçün servis xidmətinə zəng etməlisiniz.
- 31 Kod – Bu, uzaqdan idarəetmə panelində problem olduğunu göstərən xəta kodudur.
- 30 C0 kodu – Alovlanma xətası. Ana kart, qaz valfı, alovlanma iyonu çubuğu, prosestat, baca borusu xətası ola bilər.
- 40 C0 kodu – Hava axın xətası, ana kart, fan, prosestat
- 50 C0 kodu – Su təzyiqi aşağı olması xətası (1,5 bar olmalıdır).
- 60 C0 kodu – Sirkulyasiya xətası, nasos, filtr, NTC, esenjor kirəcləşməsi ola bilər.
- 70 C0 kodu – Radiator suyu NTC xətası
- 80 C0 kodu – İstifadə su NTC xətası
- 90 C0 kodu – Həddindən artıq qızma, nasos, filtr, NTC, esenjor kirəcləşməsi.
Kombilərə Neçə İl Zəmanət Verilir?
Bir çoxlarını düşündürən mövzulardan biri də, kombilərin zəmanət məsələsidir. Əksər kombilərə standart olaraq 2-3 il arası zəmanət verilir. Ortalama olaraq zəmanət 30 AZN təşkil edir. İstəkdən asılı olaraq siz öz kombinizi qızıl zəmanətlə əldə edə bilərsiniz. Kombilərə zəmanət verilən zaman bir çox nüanslara fikir verilir. Kombilərə zəmanət zamanı mütləq şəkildə qaz tənzimləyiciyə, yəni requlyatora və elektrik tənzimləyiciyə, stablizatora ehtiyac duyulur. Çünki kombilərin işləməsinə ən çox mane olan cəhət işıqların qeyri-sabitliyi və elektrikdə olan nasazlıqlardır. Məhz buna görə stablizatorun olması kombinizin ömrünün uzanmasına səbəb ola bilər.
“İmmergas” kombilərdə bir qayda olaraq divara quraşdırılır. Bu zaman divarla kombi arasında 3-5 sm məsafə buraxmaq lazımdır. Bu boşluq hava axınını tənzimləyir. Kombinin elektrikə qoşulan hissəsi daha güvənli olmalıdır. Kombilər bir qayda olaraq birfazalı elektrik yuvasına qoşulur. Kombilərin quraşdırılması zamanı bir sıra ardıcıllıqlara əməl edilməlidir. Birinci növbədə qazanın yəni, kombinin divara bərkidilməsidir. Divar ilə avadanlıq yəni kombi arasında 3 və ya 5 sm ara məsafə saxlamaq vacibdir. Quraşdırılma xüsusi asqılardan istifadə olunmaqla həyata keçirilir. Bacaya qoşulmazdan əvvəl, kombinin qazanına yəni çıxış borusunda qaralmanın olub-olmamağına baxmaq lazımdır. Baca borusu kombinin baca çıxışına uyğun olmalıdır. Bacanın bütün əlaqələri, birləşmə hissələri sıx olmalıdır. Kombinin su təhcizatına qoşulma prinsipi də düzgün olmalıdır. İsitmə sistemi və istilik su quraşdırıcısının tutulmaması üçün kombilərə su yumşaldıcı qoyulması tövsiyə olunur. Avadanlığı qaz xəttinə qoşmazdan əvvəl qaz requlyatorundan istifadə edilir. Kombinin istiliyini qoşmazdan əvvəl onun təzyiqini yoxlamaq lazımdır.