Kateqoriyasız

Hamamı necə düzgün dekorasiya eləmək olar?

Hamamı necə düzgün dekorasiya eləmək olar?

Hamam hər evdə görülən məkanlardan biridir.Təmizlikdən başqa şəxsi baxımlarımızı da etdiyimiz özəl yerlərdən biridir.Bu gün kiçilən mənzillərdə getdikcə məhdud bir məkana sıxışdırılan hamam otağının bu keyfiyyəti diqqətdən kənarda qalır.Yalnız hamamın dekorasiyasıda mühüm məsələdir.Dekorasiya tülpan moddelərindən tutmuş kafel örtüklərinə qədər hər şeyə təsir göstərir. Hamam otağının dekorasiyası digər otaqlar kimi asan başa gəlməyə bilər.İstehlak bazarında istədiyiniz üslubda kafel,duş kabin və tülpan modelləri tapa bilərsiniz.Lakin bu hissələrin dəyişdirilməsi həm çox zəhmətlidir,həm də baha başa gəlir.Buna görə də,hamam dekorasiyanızdan sıxıldığınız zaman dəyişiklik etmək heç də asan olmayacaq.

Kiçik bir büdcə ilə hamam otağınıza yeni hava qatmaq istəyirsinizsə,aksesuarlardan başlayın.Beləliklə,hamam otağınızı qısa müddətdə və son dərəcə qənaətli üsulla təmir etmək mümkün olacaq.Aşağıdakı müxtəlif hamam dəstlərinin nümunələri ilə hamam otağı aksesuarlarının seçimini sizin üçün asanlaşdırdıq.

Hər hamam otağında olan əsas hissələr vanna və duş,tülpan və unitazdır.Bunlara moydadırlar da əlavə edilə bilər.Bir mənzil alarkən və ya kirayə verərkən,bütün bu əşyalar hamam otağında mövcud olur.Daha sonra əlavə edə biləcəyiniz kiçik əşyalar və aksesuarlardır ki,biz onları hamam dəsti və ya hamam aksesuarları adlandırırıq.

Hamam aksesuarlarına güzgü, sabun qabı,diş fırçası qabı,asmalar və rəflər,dəsmal tutacaqları,tualet kağızı tutacaqları,hamam fırçası və altlığı daxildir.                                              

Hamam aksesuarlarını müəyyən etdikdən sonra onun dekorasiyadakı əhəmiyyətindən danışaq.Qonaq otağı və yataq otağı kimi sahələri dekorasiya etmək mətbəx və hamam otağı kimi sahələrə nisbətən daha asandır.Hamam otağının dekorasiyasını çətinləşdirən  odur ki, bu yer nəm olduğundan xüsusi təmizlik tələb edir.

Hamam otağında istifadə ediləcək əşyalar adətən az və yığcam olur.Daha əvvəl dediyimiz kimi, hamam otağında həm divarlar,həm də döşəmə su buxarından vaxtaşırı nəmlənir.Bu zaman istifadə edilən əşyaların suya davamlı olması nəzərə alınmalıdır.

Hər hamam otağında olması gərəkən əsas məhsullara əl sabunu,diş məcunu, pasta və s nümunə göstərmək olar.Ancaq onları harada yerləşdirəcəyiniz də vacibdir.İstehlak bazarında belə məhsulları səliqəli görünüşdə yerləşdirmək üçün çoxlu aksesuarlar var.

Hamam otağı üçün aksesuarlar seçərkən onları bir-birinə uyğun seçmək lazımdır.Bu tip aksesuarlar bir yerdə çox dəbli görünəcək.Birlikdə onlar istənilən interyerə uyğun gəlir.

Hamam aksesuarları alarkən onları düzgün yerləşdirmək də vacibdir:

Məkan ölçüsü.

Əgər məkan kiçikdirsə,bu halda diqqətli seçim etmək lazımdır.Hamam otağında lazımsız yer tutmayan aksesuarlar seçmək lazımdır.Əgər hamam otağı daha genişdirsə,onun interyerinə təkcə funksional deyil,həm də dekorativ aksesuarlar əlavə etmək olar.                              

Otağın stili.

Bütün detallar hamam otağının stil və dizaynına görə bir birinə uyğun olmalıdır,boşluğu ağırlaşdıran xırda lazımsız kiçik detallardan imtina etmək lazımdır.                                      

Təhlükəsizlik.

Hər bir detal öz yerində yerləşdirilməlidir.Gündəlik gigiyena prosesini təsəvvür edin və düşünün, yeni əlavə edəcəyiniz aksesuarlar sizə mane olacaqmı?. Elektrik cihazlarını suya yaxın yerləşdirməyin, və unutmayın ki, döşəmədə olan ilişib yıxıla biləcəyiniz kabel və digər cihazlar aradan qaldırılmalıdır.Təsadüfən sındıra biləcəyiniz aksesuarları düzgün yerləşdirmək və ehtiyatlı olmaq lazımdır.Daha böyük təhlükəsizlik üçün,hamam otağının döşəməsinə sürüşmə əleyhinə kiçik rezin əsaslı xalça sərə bilərsiniz.Əgər xalça hamam otağının rəng çalarında olsa,asanlıqla interyerdə öz yerini tapar və sizə rahatlıq gətirər.                                                                                                

Rahatlıq.

Bütün lazımlı aksesuarları elə yerləşdirmək lazımdır ki, lazım olduqda onları götürmək asan olsun.Kosmetik vasitələri,rahat istifadə etmək üçün, duş kabinəsində və ya vannanın üzərində asılma rəfdə yerləşdirmək olar.Həmçinin hərəkət zamanı gigiyena vasitələrini aşırmaq riskini minimuma endirmək lazımdır.

Hamam aksesuarlarına nəzər salaq,sonra bu materialların müsbət və mənfi cəhətlərini müzakirə edək:

Tualet kağızı tutacaqları.

Bu tutacaqlar tualet kağızını saxlamaq üçün istifadə olunur və onları sudan qoruyur.                          

Hamam fırçası və altlığı.

Hamam fırçası yerdə xoş görüntü yaratmır.Buna görə də fırça altlığları var.Hamam fırçasını içərisinə qoya bilərsiniz,bir tərəfdən təmiz və səliqəli,digər tərəfdən isə daha xoş görünər.                                                                        

Sabun qabı.

Hal hazırda supermarketlərdə bir çox sabun kağıza quraşdırılıb və sabun qabı yoxdur.Buna görədə sabunu səliqəli saxlamaq üçün sabun qabına ehtiyacımız var.                                                                                                                    

Diş fırçası qabı.

Gigiyena və sağlamlıq baxımından diş fırçalarının saxlanma şəraitinə diqqət yetirmək lazımdır.Buna görə də hamam otağında diş fırçası qablarının olması vacibdir.                                                                                                

Künc rəflər.

Rəfə ümumiyyətlə şampun, duş jeli, kosmetika qoyula bilər.Bir sözlə düşündüyünüz hamam məhsullarını bu rəflərə yerləşdirə bilərsiniz.

 

Geri siyahıya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.