Geri Qaytarma Siyasəti

Geri qaytarma siyasəti


Master.az şəbəkəsindən alınan məhsullar alındığı tarixdən etibarən ( lakin alınma günü
nəzərə alınmamaq şərti ilə) 14 təqvim günü ərzində dəyişdirə və ya qaytara bilər. Bu, aşağıdakı
şərtlər əsasında həyata keçirilir: 1. Məhsul və komplektasiyasına daxil olan hissələrin əmtəə görünüşü saxlanılıbsa (mexaniki
zədələr, cızıqlar, sürtülmələr yoxdursa, birdəfəlik (blister) qablaşdırmalı məhsullar üçün isə –
qablaşdırma açılmayıbsa);
2. Zavod plombu, qoruyucu örtüyü, yarlığı saxlanılıbsa;
3. Məhsulda istifadə izləri aşkarlanmayıbsa.
Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri istehlakçıların hüquqlarının müdafiəsi haqqında 
Azərbaycan Respublikasının qanunu əsasında tənzimlənir.
Əgər məhsul nağdsız ödənişlə əldə olunubsa, ödənişin geri qaytarılması ilə bağlı mağaza
tərəfindən istehlakçının müştərisi olduğu banka sorğu göndərilir. Ödəniş bank tərəfindən adətən 3- 4 iş günü ərzində müştərinin kartına geri qaytarılır.
Dəyişdirilmə və qaytarılma şərtləri ilə bağlı istənilən sualınızı 050 272 11 44 nömrəsinə zəng
edərək, yaxud birbaşa ünvana yaxınlaşaraq bildirə bilərsiniz.