Eviniz üçün Uyğun Razetka Necə Seçmək Olar?
Eviniz üçün uyğun razetka necə seçmək olar?
Razetkalar mənzilimizdə bəlkə də ən axırda diqqət edilən,lakin ən çox lazımlı olan cihazdır.
İnsanlar evlərinin boyası haqqında diqqətlə düşünürlər, amma nədənsə həmin boyaya uyğun olan razetka rənginə və ya modelinə o qədər də fikir vermirlər.Beləliklə, eviniz üçün ən uyğun razetkanı seçərkən nələrə diqqət etməlisiniz;
1.Rəngi çox önəmli
Bəli, razetka seçərkən diqqət edəcəyiniz ilk məqam onun rəngidir.Otaqlarınızın rənglərinə uyğun olaraq razetka seçə bilərsiniz. Məsələn, evinizdəki otaqlarınızdan birinin rəngi ağ və ya kremdirsə, o otaqdakı razetka üçün qara, xrom və ya metal rənglərə üstünlük verilə bilər. Gözə çox xoş görünəcək və razetka gözə çarpacaq.
2.Funksionallıq
Bazarda çoxlu və müxtəlif növ vkluçatel modellərinə rast gəlmək mümkündür. Razetka marka və funksionallıq baxımındanda fərqlənə bilərlər.Əsas odur ki, sizə ən uyğun modeli seçin.
3.Sağlamlıq
Razetkalarda möhkəmlikdə çox vacibdir.Çünki razetkalar evdə ən çox istifadə olunan məhsullardır.Təbii ki,davamlı istifadə səbəbiylə köhnəlmə zamanla meydana gələcək.Əgər Schneider-electric kimi keyfiyyətli və möhkəm məhsulları istehsal edən markalara üstünlük verirsinizsə, məhsullarınızı heç bir problem olmadan illər boyu istifadə edə bilərsiniz.Qırılma, çatlama və rəngsizləşmə kimi bir çox probleminiz də yox olacaq.
4.Ehtiyat hissələrinin tədarükü
İstehlak bazarında hər il vkluçater və razetka modelləri yenilənir.Bu gün aldığınız modelləri 3-5 ildən sonra tapa bilməzsiniz.Lakin yüksək keyfiyyətli və tanınmış brendlərdə belə deyil.Çünki bu şirkətlər sizi illərlə ehtiyat hissələri ilə təmin edə bilər.