Düzgün Duş Kabin Seçimi Necə Olmalıdır?
Düzgün duş kabin seçimi necə olmalıdır?
Duş kabinləri son vaxtlara qədər çoxları üçün mövcud deyildi, amma indi çox seçilən bir məhsuldur. Getdikcə daha çox insan hamam otağını təmir edərkən tək duş deyil, duş kabinələri quraşdırmağa üstünlük verir. Düzgün seçilmiş duş kabinləri hamam otağında ahəngdar görüntü yaradır. Duş kabinləri hamam otağının səliqəli və dekorativ görünməsini təmin edir. Dekorativ görünüşü ilə yanaşı, duş kabinləri həmçinin çox funksionaldır: Duş kabinləri sayəsində su kənara çıxmadan kabinənin içində qalır, beləliklə duşun xaricindəki döşəmə də quru qalır. Hamam otağının təmizlənməsini də asanlaşdırır. Duş kabinləri açıq və qapalı növlərə ayrılır.Tavanı olmayan kabinlər yalnız yan divarlarla məhdudlaşır. Bir qayda olaraq, iki(bəzən üç) tərəf hamamın divarlarına baxır, qalanları isə kabinənin öz divarlarıdır.Bu cür modellərə açıq duş kabinləri deyilir.
Duş kabinlərinin yüksək keyfiyyətli quraşdırılması üçün döşəmə və tavan səthlərinin düzəldilməsi kimi tədbirlərdən ibarət olan hərtərəfli hazırlıq işləri aparmaq lazımdır.Bütün bunlar sıxlığı təmin etmək üçün zəruri tədbirlərdir.Bu tip kabinələrdəki qapılar son dərəcə məhdud tənzimləmə imkanları(2mm-ə qədər) olan polad menteşələr vasitəsilə divara bərkidilir.
Duş kabinlərinin həyatımızda çox mühüm və xüsusi yeri var.Həmçinin onun təmin etdiyi onlarla fayda var.İndi bu faydaların təfərrüatlarına nəzər salaq.
•Duş kabinləri hamam otağında çox az yer tutur və hamam otağından səmərəli istifadəni təmin edir.
•Duş kabinləri suyun ətrafa yayılmasının və bütün hamam otağının islanmasının qarşısını alır. Bu da hamam otağının quru və təmiz qalmasını təmin edir.
•Duş kabinələri paltaryuyan maşın və moydadırların islanmasının qarşısını alır. Bu da paltaryuyan maşın və moydadırların ömrünü uzadır.
•Duş kabinələri suyun ətrafa yayılmasının qarşısını alaraq,ətrafı quru saxlamaqla yanaşı,insanları hamam təmizləməkdən də xilas edir.İnsanlar duş qəbul etdikdən sonra hamamı təmizləmək əvəzinə duş qəbul etmənin rahatlığını yaşaya bilərlər.
•Duş kabinələri duş zamanı,xüsusilə soyuq qış aylarında isti su buxarının çıxmasının qarşısını alaraq ətraf mühitin daha tez isinməsinə şərait yaradır.Duş zamanı insanları soyuqdan xilas edir.
•Duş kabinələri təmizlik və gigiyena baxımından son dərəcə faydalı məhsuldur və təmizlənməsi çox asan və praktikdir.
•Duş kabinələrinin hər bir hamam sahəsinə uyğun modelləri var və istənilən hamam otağına asanlıqla quraşdırıla bilər.
•Duş kabinələri şəxsi məxfilik baxımından da son dərəcə faydalı məhsuldur.Mat və rəngli şüşə variantları sayəsində duş sahəsinin kənardan görünməsinin qarşısını alır.Bu zamanda da hamam otağının həm digər sahələrindən istifadə oluna bilər, həm də eyni anda duş alına bilər.
•Duş kabinələri funksional üstünlükləri ilə yanaşı vizual üstünlükləri də təmin edir.Hamam otağının dekorasiyasında şık və estetik görüntü yaradır.
Duş kabinələri alarkən onları hamam otağının ölçülərinə uyğun seçməliyik.Duş kabinələrinin bütün ölçülərini üç növə bölmək mümkündür:
•Kiçik ölçülü(70 ilə 100 sm arasında olan divar ölçüləri olan modellərə daxildir)
•Orta ölçülü(burada divar ölçüləri 80-130sm-dəkdir)
•Tam uzunluq(divar uzunluğu 17 sm və daha çox ola bilər)
Çox vaxt kiçik hamam otaqlarında künc kabinələrinə üstünlük verilir.
Duş kabinələri şüşə və plastik materiallarda olur.Şüşə kabinələr 6mm qalınlığında möhkəm şüşədən hazırlanır.Etibarlı və davamlıdır.İstənilən yuyucu ilə təmizləmək asandır.Yeganə çatışmazlıq yüksək qiymətdir.Plastik kabinələr isə şüşəyə nisbətən sərfəli qiymətə olur.Lakin güclü və davamlı deyillər,buna görə də bir müddət sonra cəlbedici görünüşlərini itirirlər.
Verilən tövsiyələrə əsaslanaraq,həm qiymət,həm də ölçü baxımından istədiyiniz məhsulu seçmək mümkün olacaq.